İzahlı lüğət

DEDİKCƏ (ID - 8496)

sif və zərf Olduqca, xeyli çox, son dərəcə (çox zaman sifətin dərəcəsini gücləndirir). Dedikcə gözəl mənzərə. Dedikcə yaxşıdır. Dedikcə ağıllı adamdır. Dedikcə maraqlı kitabdır. - Bir də qapı açıldı və içəriyə ortaboylu,...

DEDİ-QODU (ID - 8497)

is. Bir şəxs və ya şey haqqında adamlar arasında gedən söz-söhbət, danışıq, şayiə. Bununla da Qızıl Arslan ixtilafın həll olunduğunu və dedi-qoduların bitdiyini zənn edərək sevinirdi. M.S.Ordubadi. Bu hadisə bütün məhəllədə...

DEDİ-QODUÇU (ID - 8498)

sif Dedi-qodu ilə məşğul olan; sözgəzdirən. Dedi-qoduçu adam.

DEDİ-QODUÇULUQ (ID - 8499)

is. Dedi-qoduçu adamın xasiyyəti, peşəsi.

DEDİRTMƏ (ID - 8500)

“Dedirtmək”dən f.is.

DEDİRTMƏK (ID - 8501)

icb. Deməyə məcbur etmək. Aclıq nəyi yedirtməz, toxluq nəyi dedirtməz. (Ata. sözü). ..Məhəbbət coşdu, məni bürüdü: - Ruqiyyə, Ruqiyyə! - dedirtdi. A.Divanbəyoğlu. Salman istədiyini Lal Hüseynə dedirtdikdə yumşalıb yerində...

DEDUKSİYA (ID - 8502)

[lat.] mənt. Mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticəyə gəlmə; hər hansı bir ümumi fikirdən məntiqi yolla yeni müddəa çıxarma (induksiya əksi). Deduksiya üsulu.

DEDUKTİV (ID - 8503)

sif [lat.] mənt. Deduksiyaya əsaslanan. Deduktiv üsul. Deduktiv metod.

DE-FAKTO (ID - 8504)

[lat.] Faktik olaraq, felən.

DEFİS (ID - 8505)

is. [lat.] İki söz arasında və söz hecalarını sətirdən sətrə keçirdikdə qoyulan kiçik xətt (-); məs.: artıq-əskik, bağ-bağat, biləbilə.

DEFİSİT (ID - 8506)

[lat.] iqt. Çıxarın gəlirdən çox olması. Büdcə def.isitinin artması.

DEFİSİTLİ (ID - 8507)

sif. Def.isiti olan, çıxarı gəlirindən çox olan, ziyan verən, ziyanlı. Def.isitli müəssisə.

DEFİSİTLİK (ID - 8508)

is. Def.isitli olma, çıxarın gəlirdən çox olması. Büdcənin def.isitliyi.

DEFİSİTSİZ (ID - 8509)

sif. Def.isiti olmayan, def.isit verməyən. Def.isitsiz büdcə.

DEFORMASİYA (ID - 8510)

[lat.] Bir şeyin şəklinin və ya həcminin dəyişməsi; pozulma.

DEGENERASİYA (ID - 8511)

[lat.] biol. 1. Təbii şəraitin yaxşı olmaması üzündən bitki və heyvan orqanizminin nəsildən-nəslə cırlaşması, pisləşməsi. Yemləmə, saxlama və qulluq şəraitinin kifayət dərəcədə olmaması nəticəsində cırlaşmaya degenerasiya,...

DEGENERAT (ID - 8512)

[lat.] Cismani və ya ruhi pozğunluq əlamətləri olan adam.

DEGENERATİV (ID - 8513)

sif. [lat.] biol. Degenerasiya əlamətləri olan. “A ” vitaminozlu dişilərdə .. sonralar isə degenerativ dəyişmələr baş verir. "Ümumi zootexniya”.

DEHADE (ID - 8514)

is. dan. Arası kəsilmədən demə, yerbəyerdən demə, söyləmə, danışma.

DEHQAN (ID - 8515)

DEHQANLIQ (ID - 8516)

is. köhn. Kəndlilik, əkinçilik, rəncbərlik.

DEİST (ID - 8517)

[lat.] Deizm tərəfdarı.

DEİZM (ID - 8518)

[fr. deisme əsli lat. deus - Allah] fəls. Allahın yalnız dünyanı yaradan ilk qüvvə olduğunu mümkün hesab edən, lakin onun bir şəxsiyyət kimi mövcud olub təbiət və cəmiyyət həyatına müdaxiləsini inkar edən, XVII-XVIII əsrlərdə...

DEKABR (ID - 8519)

[lat.] Təqvim ilinin 12-ci və sonuncu ayı. Dekabr soyuqları.

DEKABRİST (ID - 8520)

[rus.] tar. 1825-ci ildə dekabrın 14-də Rusiyada təhkimçilik üsulu və mütləqiyyətə qarşı bir qrup zadəgan tərəfindən qaldırılmış inqilabi üsyanın iştirakçısı. Dekabristlər üsyanı. - [Peterburq ali məktəb tələbələrinin]...

DEKADA (ID - 8521)

[fr. əsli yun.] On günlük zaman ölçüsü; ayın üçdə biri; ongünlük. İncəsənət və ədəbiyyat dekadası. Ayın birinci dekadası.

DEKADENT (ID - 8522)

[fr.] Dekadentizm tərəfdarı. Dekadent şairlər.

DEKADENTLİK (ID - 8523)

is. [fr.] ədəb. incəs. XIX əsrin axırı və XX əsrin əvvəllərində burjua ədəbiyyatı və incəsənətində pul düşkünlüyü və ifrat fərdiyyətçiliyi ifadə və “sənət sənət üçündür” şüarmı təbliğ edən cərəyan.

DEKAN (ID - 8524)

is. [lat.] Ali məktəbdə fakültəyə başçılıq edən şəxs. Universitetin filoloji fakültəsi dekanı.

DEKANAT (ID - 8525)

[lat.] Ali məktəbdə dekanın başçılıq etdiyi fakültənin tədris-inzibati idarəsi; dekanlıq. Dekanatın sərəncamı. Dekanata müraciət etmək.

DEKANLIQ (ID - 8526)

is. 1. Bax dekanat.
2. Dekan vəzifəsi.

DEKLAMASİYA (ID - 8527)

[lat.] Şeir və nəsri həyəcanlı səs və hərəkətlə söyləmə; bədii oxu məharəti. Axşam məktəbdə deklamasiya deyəcəyəm. Mir Cəlal. Belə deklamasiya deməyə xüsusən Qələndər meyl göstərirdi. Ə.Əbülhəsən.

DEKLAMATOR (ID - 8528)

[lat.] Bədii əsərləri məharətlə oxuyan adam; deklamasiya ilə çıxış edən artist.

DEKLAMATORLUQ (ID - 8529)

is. Məharətlə deklamasiya demə. Deklamatorluq məharəti. Onun deklamatorluğuna söz yoxdur.

DEKLARASİYA (ID - 8530)

is. [lat.] 1. Hökumət və ya partiyanm bildirişi, bəyanatı.
Gömrük bəyannaməsi.
Poçt sənədi.
Vergi bəyannaməsi.

DEKOLTE (ID - 8531)

is. [fr.] Qadın paltarında boğazı, çiyinləri, döşün və kürəyin yuxarı hissəsini açıq göstərən kəsik və bu şəkildə olan qadın paltarı. Bu dekoltedir. Amerikalılar indi beləpaltarı sevir(lər). M.S.Ordubadi. Nəhayət, Yekaterina...

DEKOR (ID - 8532)

b ax dekorasiya. Rəssamyaratdığı dekorlar vasitəsilə keçmiş dövrün həyat və məişəti üçün səciyyəvi olan xüsusiyyətləri məharətlə açıb göstərə bilmişdir..

DEKORASİYA (ID - 8533)

[fr.] 1. Əhvalatın vaqe olduğu yerin və şəraitin teatr səhnəsində rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri: səhnə tərtibatı. [Şaqqulu:] Dekorasiyaları da söküb hərəsini bir divara söykədi. C.Cabbarlı. Əlvəndi gözlərini...

DEKORASİYAÇI (ID - 8534)

is. 1. Dekorasiya rəssamı.
2. Bəzəkçi, bəzək mütəxəssisi.

DEKORATİV (ID - 8535)

sif. [fr.] Bəzək üçün düzəldilmiş, bəzək üçün olan. Binalarda dekorativ sütunlar.
□ Dekorativ bitkilər meyvə və kölgəlik üçün deyil, yalnız bəzək üçün əkilən ağac, kol və s. Qarşıda, şüşəbənd arxasında müxtəlif...

DEKORATOR (ID - 8536)

[fr.] 1. Bax dekorasiyaçı.
2. Bəzək mütəxəssisi.

DEKORÇU (ID - 8537)

bax dekorasiyaçı.

DEKRET (ID - 8538)

[lat.] Ali hökumət orqanının qanun qüvvəsində olan qərarı; fərman, qanun. Neft sənayesinin milliləşdirilməsi haqqında iyulun 2-də verilən dekret Bakıda mühüm bir hadisə kimi qarşılandı. M.S.Ordubadi.

DEQAZASİYA (ID - 8539)

[xar.] xüs. Qazdan təmizləmə, zərərsizləşdirmə, zərərsiz hala salma.

DEQAZATOR (ID - 8540)

[xar.] 1. Zəhərli maddələrlə zəhərlənmiş yeri, paltarı, şeyləri və s.-ni zərərsiz hala salmaq üçün cihaz.
Qazı zərərsizləşdirmək üçün kimyəvi maddə.
Zəhərlənmiş şeyin və ya yeri zərərsizləşdirmə işi ilə...

DEQUSTASİYA (ID - 8541)

is. [fr.] xüs. İstehsal edildiyi zaman məhsulun (şərabın, Çayın və s.-nin) keyfiyyətinin dadma yolu ilə müəyyən edilməsi. Üzüm şərablarının dequstasiyası.

DEQUSTATOR (ID - 8542)

is. [fr.] xüs. Dequstasiya mütəxəssisi.

DELEQAT (ID - 8543)

[lat.] bax nümayəndə. [İkinci qadın:] ..Cahan xala, biz bir çox qadınların tərəfindən buraya deleqat gəlmişik. Ə.Haqverdiyev. İndi mən yarımçadralı, ağzıdualı köhnə bir qadını yox, hörmətli bir deleqatı gözləyirdim. Mir...

DELFİN (ID - 8544)

is. [yun.] zool. Dişli balinalar qrupuna mənsub dəniz məməlisi. Delfinlər dişli və yırtıcı heyvanlardır. - Bir anlıq dünyada yox olsa bəşər; Məni delfinlərin yanına göndər. M.Araz.

DELTA1 (ID - 8545)

[yun.] Yunan əlifbasının üçbucaq şəklində olan dördüncü hərfin (“delta” işarəsi) adı.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed