
DEGENERASİYA[lat.] biol. 1. Təbii şəraitin yaxşı olmaması üzündən bitki və heyvan orqanizminin nəsildən-nəslə cırlaşması, pisləşməsi. Yemləmə, saxlama və qulluq şəraitinin kifayət dərəcədə olmaması nəticəsində cırlaşmaya degenerasiya, yaxudpisləşmə deyilir. “Ümumi zootexniya”.
Canlı orqanizmlərin hüceyrə və ya üzvlərinin pozulması prosesi. Paylaşın - Hamı bilsin
|