İzahlı lüğət

DOMBALAQ (ID - 10396)

is. Başı yerə dirəyib, ayaqlarını başından aşırma; mayallaq.
□ Dombalaq aşmaq, dombalaq vurmaq - mayallaq aşmaq. [Odabaşı:] Bir para sarsaq-sursaq kitablarda yazırlar ki, .. yer dombalaq aşır. Ə.Haqverdiyev.

DOMBALAQLAMA (ID - 10397)

“Dombalaqlamaq”dan f.is.

DOMBALAQLAMAQ (ID - 10398)

f Dombalaq aşmaq.

DOMBALAQLANMA (ID - 10399)

“Dombalaqlanmaq”dan f.is.

DOMBALAQLANMAQ (ID - 10400)

f Yerə dəyib yuvarlanmaq, dombalaq aşmaq.

DOMBALAN (ID - 10401)

is. 1. bot. Yer altında bitən kartofabənzər göbələk növü; yerdombalanı.
Çiban, ur, şiş.
Bax domba.

DOMBALAN GÖZ(LÜ) (ID - 10402)

bax dombagöz(lü).

DOMBALIQ (ID - 10403)

is. Domba şeyin halı; donqarlıq.

DOMBALMA (ID - 10404)

“Dombalmaq”dan f.is.

DOMBALMAQ (ID - 10405)

f dan. 1. Ayaq üstündə, yaxud dizləri üstündə durub bədənin beldən yuxarı hissəsini aşağı əymək.
2. Köpmək, şişmək, qabarmaq. Ordun dombalmış, deyəsən, dişin bərk ağrıyır. Gözləri isə qışqırdıqca, elə bil, daha...

DOMBALTMAQ (ID - 10406)

icb. dan. Köpdürmək, qabartmaq. [Uşaqlardan biri:] Gör Abışla Tosu ordlarını necə dombaldırlar?.. Ə.Abasov.

DOMBRA (ID - 10407)

is. [qaz.] Gövdəsi üçbucaq, yaxud yarımoval şəklində olan ikisimli qazax xalq musiqi aləti.

DOMBRAÇI (ID - 10408)

is. Dombra çalan çalğıçı.

DOMBUL (ID - 10409)

is. Yumru, yuvarlaq, koppuş. Dombul qız. Dombul əllər.

DOMCA (ID - 10410)

is. Balıq, yaxud quş tutmaq üçün dairəvi tordan ibarət ov aləti. Domca ilə çaylardan balıq tutulur. Domca atmaq (balıq tutmaq üçün domcanı suya atmaq).

DOMCA-ÇIRAQ (ID - 10411)

is. Qaranlıq və sis-dumanlı gecələrdə quş ovlamaq üçün ovçuların işlətdiyi domca, çıraq və zəngdən ibarət ov ləvazimatı.

DOMCALANMA (ID - 10412)

“Domcalanmaq”dan f.is.

DOMCALAMAQ (ID - 10413)

f 1. Balığı tutmaq üçün domcanı suya salıb çıxarmaq.
Qaranlıq və sis-dumanlı gecələrdə domca ilə qırqovul tutmaq.
məc. zar. Tutmaq, yaxalamaq.

DOMCALAMA (ID - 10414)

“Domcalamaq”dan f.is.

DOMCALANMAQ (ID - 10415)

məch. Domca ilə tutulmaq (balıq, quş).

DOMİNAT (ID - 10416)

is. [lat.] Qeyri-məhdud hakimiyyət rejimi.

DOMİNİON (ID - 10417)

[ing.] Britaniya imperiyasının özünü idarə edən hissəsi (keçmiş müstəmləkəsi).

DOMİNO (ID - 10418)

[fr. əsli ital.] Üst tərəfində xallar olan 28 sümük (ya başqa şeydən qayrılmış) daşla oynanılan oyun, habelə bu oyuna məxsus daşlar komplekti. Domino oynamaq. Domino daşları.

DOMİNOÇU (ID - 10419)

is. Domino oynayan adam, domino oyununu çox sevən adam, domino yarışında iştirak edən adam.

DOMKRAT (ID - 10420)

[alm.] tex. Ağır şeyləri az yuxarı qaldırmaq üçün mexanizm. Əl domkratı. Avtomobil domkratı.

DOMNA (ID - 10421)

[rus.] tex. Dəmir filizini əridib çuqun əldə etmək üçün şaxtalı peç, soba.
Domna sobası (ocağı, peçi) - bax domna.

DOMRA (ID - 10422)

[rus.] Mandolinaya oxşar rus xalq musiqi aləti.

DOMUŞMA (ID - 10423)

“Domuşmaq”dan f.is.

DOMUŞMAQ (ID - 10424)

f 1. Oturacaq yerə istinad edərək ayaqlarını yığıb oturmaq.
// Büzüşüb oturmaq.
Dimdiklə bitlənmək. Toyuqlar domuşur.

DOMUŞUQ (ID - 10425)

sif. Büzüşmüş, donuxmuş.

DON1 (ID - 10426)

is. Qadınların, habelə kişilərin üstdən geydikləri uzunətəkli, belibüzməli, ya büzməli paltar. [Kişinin] əynində qara şaldan belibüzməli don vardır. H.Sarabski. [Qədir:] Allah qoysa, qulluqda hamısının əvəzi çıxar, arxalıq...

DON2 (ID - 10427)

is. 1. Havanın sıfırdan aşağı dərəcəsi, şaxta.
□ Don aparmaq - donun təsirindən, şaxtadan zədələnmək, yaxud keyimək. Ayağını don aparmaq. Don kəsmək dondurmaq dərəcəsində şiddətli təsir etmək; bərk üşümək, soyuqdan...

DONANMA (ID - 10428)

is. 1. Ölkənin, yaxud ayrıca bir dənizin, çay hövzəsinin hərb və ya ticarət gəmilərinin hamısı; flot. Hərbi dəniz donanması. Qara dəniz donanması. Ticarət donanması.
2. Böyük hərb gəmiləri dəstəsi.
□□ Hava donanması...

DONANMAÇI (ID - 10429)

is. Donanmada qulluq edən adam; donanma xidmətçisi.

DONATDIRMA (ID - 10430)

“Donatdırmaq”dan f.is.

DONATDIRMAQ (ID - 10431)

icb. məh. Bəzətmək (işıqlarla, bayraqlarla və s. ilə). Toyda bağ və bağçanı donatdırmışlar.

DONATMA (ID - 10432)

“Donatmaq”dan f.is.

DONATMAQ (ID - 10433)

f. məh. Bəzəmək (işıqlarla, bayraqlarla və s. ilə).

DONDURMA1 (ID - 10434)

1. “Dondurmaq”dan f.is.
sif. Dondurulmuş və ya buza qoyulmuş, buzda saxlanmış. Dondurma ət. Dondurma şərbət.
is. Don olan vaxt, ayaz, şaxta, soyuq hava. Dondurmada sulanan yerlər.
□□ Dondurma şumu k.t. - yazda taxıl əkmək...

DONDURMA2 (ID - 10435)

is. Dondurulmuş süd (qaymaq), şəkər, meyvə şirəsi və s. qatışığından hazırlanan şirin yemək; morojna. Südlü dondurma. Şokoladlı dondurma. - Bir qədər oynadıqdan sonra, Mirzağa Cəmiləni yanına alaraq bufetə aparmış, onu dondurmaya...

DONDURMAÇI (ID - 10436)

is. Dondurma hazırlayan və ya satan adam; morojnaçı.

DONDURMAÇILIQ (ID - 10437)

is. Dondurmaçının işi, peşəsi, sənəti.

DONDURMAQ (ID - 10438)

f 1. Soyuğun təsiri ilə buz halına salmaq. Suyu dondurmaq. Şaxtalar çayları dondurmuşdur. - Cavadyoldaşları ilə birlikdə damarlarda qanı donduran soyuqlara sinə gərərək, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev.
...

DONDURMASATAN (ID - 10439)

is. Bir yerdə durub, ya gəzdirməklə dondurma satan adam; morojnasatan.

DONDURUCU (ID - 10440)

DONDURULMA (ID - 10441)

“Dondurulmaq”dan f.is.

DONDURULMAQ (ID - 10442)

məch. Soyuğun təsiri ilə buz halına salınmaq.
// Maye halından bərk hala salınmaq.

DONDURULMUŞ (ID - 10443)

f.sif. Buz halına salınmış.
// Soyuğun təsiri ilə donuq hala gətirilmiş. Dondurulmuş balıq (ət).

DON (ID - 10444)

JUAN [bəzi Qərbi Avropa ədəbi əsərlərinin qəhrəmanı Don Juanın adından] Aşiqanə macəralar düşkünü; arvadbaz, qadın düşkünü.

DONJUANLIQ (ID - 10445)

is. Don Juana xas olan sifət; arvadbazlıq, qadın düşkünlüyü. [Aslanov:] Mollayevin donjuanlığını mən çoxdan bilirəm! M.Hüseyn.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed