DON1is. Qadınların, habelə kişilərin üstdən geydikləri uzunətəkli, belibüzməli, ya büzməli paltar. [Kişinin] əynində qara şaldan belibüzməli don vardır. H.Sarabski. [Qədir:] Allah qoysa, qulluqda hamısının əvəzi çıxar, arxalıq nədir, sənə lap məxmər don alaram. Mir Cəlal.
// Ümumiyyətlə, paltar, libas, üst geyim. Sənə ağ don yaraşır, niyə qarə geymisən sən? S.Ə.Şirvani. Bərk ayaqda körpəsini ayıraraq döşündən; Mərd analar cəbhələrdə don geyəcək meşindən. S.Rüstəm. [Nuriyyə:] İnstitutda oxuduğum zaman rəfiqələrim gündə bir dəst paltar geydikləri halda, mən bütün ili bir donla başa vurdum... İ.Əfəndiyev. // məc. Obrazlı təşbehlərdə, örtü mənasında. [Fitnə:] ..Yaşıl don geyinmiş çayır, dağ, yamac; Bir şənlik məclisi qurmuş hər orman. A.Şaiq. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. ..Ağ don geyinmiş bu qış .. Dilaranın gözlərində qaraldı. Ə.Məmmədxanlı. // məc. Görkəm, qiyafə, zahiri görünüş. Bu donda heç kəsi görmədim. □□ Don biçmək - 1) məc. tənbeh etmək, bərk cəzalandırmaq; 2) məc. səliqəyə salmaq, sahmana salmaq. Bu işə bir don biçmək lazımdır; 3) məc. kələk gəlmək, bazı gəlmək, başmı tovlamağa çalışmaq. Sərçəyə bax, qaraquşa don biçər; Mərd igidlər dolu badələr içər. “Koroğlu”. Don geydirmək (geyindirmək) - əslində olmayan bir məna, mahiyyət, rəng vermək, bir şəklə salmaq. Müxtəsər, yenə nə qədər düşündümsə, bu suallara müsbət bir don geydirməyi bacarmadım. M.S.Ordubadi. Muxtar Zeynalov danışığına siyasi don geyindirdi. Ə.Vəliyev. Dona (min dona) girmək - əsil mahiyyətini gizlətmək, yaxud bir məqsədə çatmaq üçün özünü başqa cür göstərmək, başqa cür qələmə vermək, cilddən-cildə girmək, uyğunlaşmaq. [Hacı Rəcəbəli:] Qorxma, Həpo bir nadürüstdür ki, hər sifətə və hər dona girə bilir. M.F.Axundzadə. Həyat bizə nələr deyir: düşmən girir min dona; Bəzən durur quzu kimi, bəzən dönür quzğuna. S.Vurğun. Doııa salmaq - bax don geydirmək. ...donuna girmək - özünü .. kimi göstərmək (qələmə vermək), .. cildinə girmək. Hər birimiz guya din və millətin ən qeyrətli hamisi, canıyananı donuna girib zəmanə aslanı, qəhrəmanı oluruq. C.Məmmədquluzadə. [Pəri Cadu:] Gərək qaranquş donuna girib uçub, harada olsa tapıb göndərəsən. Ə.Haqverdiyev. Donunu dəyişmək - məqsədinə çatmaq üçün ayrı cildə girmək, başqa cür hiyləli tədbirlərdən istifadə etmək; şəklini, görünüşünü, vəziyyətini dəyişdirmək. Təbiət qışda öz donunu dəyişdirir. - Bu gün dəyişdirir donunu dövran; Dünya göz açmayır qasırğalardan. S.Vurğun. Paylaşın - Hamı bilsin
|