.....i_l_by_id_with_comments DONDURMAQ sözünün izahı / DONDURMAQ sözünün mənası

İzahlı lüğət

DONDURMAQ

f 1. Soyuğun təsiri ilə buz halına salmaq. Suyu dondurmaq. Şaxtalar çayları dondurmuşdur. - Cavadyoldaşları ilə birlikdə damarlarda qanı donduran soyuqlara sinə gərərək, həmişə məqsədə, hədəfə doğru irəliləyir. Ə.Vəliyev.
// Maye halından bərk hala keçirmək, qatılaşdırmaq. Yağı əritdikdən sonra sərinə qoyub dondurmaq.
Çox üşütmək, çox soyutmaq, soyuqda saxlamaq. Bizi soyuqdan dondurdunuz.
məc. Mat qoymaq, heyrət içində qoymaq. Gözləmədiyi bir səs [Xəlili] yerindəcə dondurdu. P.Makulu.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....