DAYAZLANDIRMA (ID - 8446)“Dayazlandırmaq”dan f.is.
|
DAYAZLANDIRMAQ (ID - 8447)f Dayaz hala salmaq; dayazlaşdırmaq. Quyunu qumla dayazlandırmaq.
|
DAYAZLANMA (ID - 8448)“Dayazlanmaq”dan f.is.
|
DAYAZLANMAQ (ID - 8449)f. Dərinliyi azalmaq, dayaz olmaq.
|
DAYAZLANMIŞ (ID - 8450)f.sif. Dayaz hala gətirilmiş, dərinliyi azaldılmış; dayazlaşdırılmış.
|
DAYAZLAŞDIRMAQ (ID - 8451)“Dayazlaşmaq”dan icb.
|
DAYAZLAŞMA (ID - 8452)“Dayazlaşmaq”dan f.is.
|
DAYAZLAŞMAQ (ID - 8453)f. Dayaz hala düşmək; getdikcə dayaz olmaq, dərinliyi azalmaq.
|
DAYAZLAŞMIŞ (ID - 8454)f.sif. Dayaz hala gəlmiş, dərinliyi azalmış.
|
DAYAZLATMA (ID - 8455)“Dayazlatmaq”dan f.is.
|
DAYAZLATMAQ (ID - 8456)icb. Dayaz hala saldırmaq; dayazlaşdırmaq.
|
DAYAZLIQ (ID - 8457)is. 1. Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. Dayazlıqda üzən qazlar. Sahildə əmələ gələn dayazlıqlar.
Xəzər dənizi dayazlıqlarının qurudulması neft sənayesinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.... |
DAYÇA (ID - 8458)is. Biryaşar erkək at balası. Qaşqa dayça. - Heç kəsin ağlına gəlməzdi ki, bu arıq və kifir dayça böyüyüb gözəl bir at olacaq. M.Hüseyn.
|
DAYÇALI (ID - 8459)sif. Yanında balası olan. Dayçalı at.
|
DAYDAY (ID - 8460)is. Uşaq dilində: dayı. [Səttar:] .. sabah anan məni Kürdəxanıya daydaygilə aparacaq... Ə.Məmmədxanlı.
|
DAYƏ (ID - 8461)is. [fars.] 1. Uşağa baxan, uşağa qulluq edən qadın; mürəbbiyə. O zaman dayə, Əli ilə bərabər gəzməyə getmək istəyirdi. İ.Musabəyov. [Ağca] dünyagörmüş xanımların məsləhəti ilə bir dayə tutub, uşağı ona tapşırdı....
|
DAYƏLİK (ID - 8462)is. Dayənin işi, vəzifəsi. Dayəlik etmək.
|
DAYI (ID - 8463)is. 1. Ananın qardaşı.
Qoca və ya yaşlı kişiyə müraciət edərkən, ya haqqında danışarkən hörmət əlaməti olaraq deyilir. [Əsəd bəy:] Hayıf hayıf Dursun dayı, qocaldın. C.Cabbarlı. Məni qəmgin görsə əgər; Düşmən gülər,... |
DAYIARVADI (ID - 8464)is. Ananın qardaşı arvadı.
|
DAYIDOSTU (ID - 8465)is. Hörmət və nəzakət əlaməti olaraq dayıarvadına verilən ad və müraciət. [Ana:] ..Dur, onlara gedək, oğul, dayıdostun böyük tədarük görüb. S.Rəhman.
|
DAYIGƏLİNİ (ID - 8466)is. Dayıoğlunun arvadı, dayının gəlini.
|
DAYIQIZI (ID - 8467)is. Ananın qardaşı qızı. [Səfi bəy:] Sağ ol, dayıqızı! S.S.Axundov.
|
DAYIQIZILIQ (ID - 8468)is. Ögey dayıqızı, dayının ögey qızı.
|
DAYILI (ID - 8469)sif. 1. Dayısı olan.
2. məc. dan. Havadarı, himayəçisi, tərəfdarı olan (adətən mənfi mənada). |
DAYILIQ (ID - 8470)is. Ögey dayı.
|
DAYINƏVƏSİ (ID - 8471)is. Dayıoğlunun, ya dayıqızının övladı, dayının nəvəsi.
|
DAYIOĞLU (ID - 8472)is. Ananın qardaşı oğlu.
|
DAYIOĞLULUQ (ID - 8473)is. Ögey dayıoğlu, dayının ögey oğlu.
|
DAYIUŞAĞI (ID - 8474)is. Dayının oğlu, ya qızı.
|
DAYLAQ (ID - 8475)is. At balası (altı aylıqdan iki yaşa qədər).
|
DAYLAQLI (ID - 8476)sif. Yanında balası (daylağı) olan. Daylaqlı madyan.
|
DAYNA (ID - 8477)əd. məh. Təkid bildirir; da, də. [Şahqulu:] Ay Səfiqulu dayı, doğru deyir, dayna! N.Vəzirov. Alo kişi də gedə-gedə ah çəkib: - Düzəldə də bilmədik, dayna, - deyib söhbətini davam etdirdi. S.Rəhimov.
|
DAZ (ID - 8478)sif. 1. Xəstəlik, qocalıq və b. səbəblərdən başının tükü tökülmüş, başı tüksüz. Balacayev özü ucaboylu, sarı, qırmızıbığlı, başı daz, peysəri dolu, ortayaşlı bir adam idi. S.Rəhimov. [Kişinin] daz başı qalaylanmış...
|
DAZBAŞ (ID - 8479)sif. Başı daz olan, başında tükü olmayan. Dazbaş kişi. - Dazbaş Murtuzov ... eyvana çıxdı.. S.Rəhimov.
|
DAZI (ID - 8480)is. bot. Ot və kol bitkiləri daxil olan bitki cinsi; boyotu.
|
DAZLANMA (ID - 8481)“Dazlanmaq”dan f.is.
|
DAZLANMAQ (ID - 8482)bax dazlaşmaq.
|
DAZLAŞDIRMA (ID - 8483)“Dazlaşdırmaq”dan f.is.
|
DAZLAŞDIRMAQ (ID - 8484)f. Daz hala salmaq, başının tüklərini tökmək.
|
DAZLAŞMA (ID - 8485)“Dazlaşmaq”dan f.is.
|
DAZLAŞMAQ (ID - 8486)f. 1. Daz hala düşmək, başının tükləri tökülmək. Başı dazlaşmaq.
2. Otsuz, bitkisiz hala gəlmək. Çöl dazlaşmışdır. // Yarpaqlar tökülmək. Ağaclar dazlaşmışdır. |
DAZLAŞMIŞ (ID - 8487)f.sif. Başının tükü tökülmüş. Məşədibəy başının ortası tamam dazlaşmış yoğun bir kişini qapı ağzında görüb soruşdu.. M.Hüseyn.
|
DAZLIQ (ID - 8488)is. 1. Daz olmuş Başın halı; tüksüzlük. Başın dazlığı.
2. Bitkisizlik, çılpaqlıq. DE1 “D” hərfinin və bu hərflə işarə olunan samitin adı. |
DE (ID - 8489)dan. b a x di.
|
DEBET (ID - 8490)[lat.] Mühasibat dəftərlərində: bir idarə və ya müəssisənin gəlirini, eləcə də xərc və borclarını göstərən hesab.
|
DEBİT (ID - 8491)is. [fr.] xüs. Bir zaman vahidi ərzində su, neft, qaz və s. mənbəyinin verdiyi suyun, neftin, qazın və s.-nin miqdarı. Neft quyusunun debiti. Artezian quyusunun debiti.
|
DEBİTLİ (ID - 8492)sif xüs. Müəyyən debitə malik olan. Az debitli köhnə quyular.
|
DEBİTOR (ID - 8493)is. [lat.] müh. Borclu (müəssisə, idarə və s.). Debitorların siyahısı.
|
DEBÜT (ID - 8494)is. [fr.] 1. Artistin və ya idmançının ilk çıxışı.
2. Şahmatda oyunun başlanğıc hissəsi. 0ahmat oyununun birinci mərhələsi debüt adlanır. |
DEBÜTANT (ID - 8495)is. [fr.] İlk dəfə çıxış edən aktyor və ya idmançı.
|
Bu səhifə dəfə baxılıb