DAZsif. 1. Xəstəlik, qocalıq və b. səbəblərdən başının tükü tökülmüş, başı tüksüz. Balacayev özü ucaboylu, sarı, qırmızıbığlı, başı daz, peysəri dolu, ortayaşlı bir adam idi. S.Rəhimov. [Kişinin] daz başı qalaylanmış qab kimi işıldadı. Mir Cəlal.
// is. Başda tük çıxmayan yer. Başının dazı. 2. Otsuz, bitkisiz, çılpaq. Daz çöl. - Görünür onların altında böyük daz qayalar; Onun altında zəifcik qurumuş otlar var. A.Səhhət. // Yarpaqsız. Daz ağaclar. Paylaşın - Hamı bilsin
|