İzahlı lüğət

DİŞİCİK (ID - 10096)

DİŞİCİKLİ (ID - 10097)

sif. bot. Dişiciyi olan (çiçək). Narınçiçəyi üç tipdə: uzun dişicikli, qısa dişicikli və orta dişicikli olur. İ.Axundzadə.

DİŞİCİKSİZ (ID - 10098)

sif. bot. Dişiciyi olmayan (çiçək).

DİŞİLİK (ID - 10099)

is. Dişi cinsin hal və keyfiyyəti.

DİŞQARI (ID - 10100)

is. “Dışarı” sözünün qədim forması. Əhali bir-bir komalarından dişqarı çıxıb,.. kəndin gen bir küçəsinə doğru gedirlər. Ü.Hacıbəyov.

DİŞQOZU (ID - 10101)

is. Qabığı nazik, xırda qoz.

DİŞLƏ (ID - 10102)

is. [rus.] Arabaya qoşulmuş qoşa atın arasında olub, qabaq təkərlərin oxuna bənd edilən uzun ağac. Faytonun dişləsi. Dişlə atı.

DİŞLƏK (ID - 10103)

1. is. Dişlənmiş bir parça.
□ Dişlək vurmaq (götürmək) - dişləmək, dişlə qoparmaq. ..Arabaçı .. armuda dişlək vuravura atları tərpətdi. Ə.Əbülhəsən.
is. Diş yeri.
sif. Dişlənmiş, dişlə qopardılmış, diş yeri...

DİŞLƏM (ID - 10104)

is. bax dişlək 1 və 2-ci mənalarda.
□ Dişləm-dişləm etmək - hər yerini dişləmək, dişlənməmiş yer qoymamaq.

DİŞLƏMƏ (ID - 10105)

“Dişləmək”dən f.is.
□ Dişləmə çay - kiçik qənd parçası və ya şimi ilə içilən çay; acı çay. Dustaqların hərəsinə bir yekə qara çörək ilə bir stəkan dişləmə çay gətirdilər. C.Məmmədquluzadə. [Xortdan:] Bir...

DİŞLƏMƏK (ID - 10106)

f. 1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq. Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü.. S.Rəhimov.
Dişləri ilə sıxıb qopartmaq, kəsmək. Armudu dişləmək. Çörəkdən...

DİŞLƏMLİK (ID - 10107)

sif. Adətən, saylarla - ...dəfə dişləmək, dişləyib qopartmaq üçün kifayət edən. İki dişləmlik qənd.

DİŞLƏNMƏ (ID - 10108)

“Dişlənmək”dən f.is.

DİŞLƏNMƏK (ID - 10109)

məch. 1. Dişlər arasında sıxılmaq.
2. Diş ilə qoparılmaq, kəsilmək.

DİŞLƏNMİŞ (ID - 10110)

f.sif. 1. Diş yeri qalmış, diş izləri görünən.
2. Dişlə qopardılmış, dişlə sındırıb qopardılmış. Dişlənmiş qənd.

DİŞLİ (ID - 10111)

sif. 1. Dişi, dişləri olan; diş-diş. Dişli çarx. Kənd təsərrüfatı maşınqayırma zavodları üç cür dişli mala buraxırdı.
2. məc. dan. Sözükeçən, ağızlı, nüfuzlu. Dişli adam. - [Allahyar:] Özün bilirsən ki, onlar dişli...

DİŞLİCƏ (ID - 10112)

is. bot. Səhləb fəsiləsindən birləpəli bitki (yarpaqları xalq arasında boyaqçılıqda işlədilir).

DİŞLİLİK (ID - 10113)

is. 1. Dişli şeyin halı və keyfiyyəti.
2. məc. dan. Sözü keçmə, nüfuzluluq, ağızlılıq.

DİŞRƏ (ID - 10114)

köhn. bax dışarı. Kim, dişrədə istəyəm nişanın; Bir özgə məkan biləm məkanın. Füzuli. Hamı çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında Xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy piş xidmətbaşı...

DİŞSİZ (ID - 10115)

sif. 1. Ağzında dişləri olmayan. Dişsiz ağız - dişsiz dəyirman. (Ata. sözü). Kişi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır, gicgahlarındakı damarlar oynayırdı. İ.Şıxlı.
2. məc. dan. Zəif, sözü...

DİŞSİZLİK (ID - 10116)

is. 1. Ağızda dişlərin olmadığı hal.
2. məc. dan. Zəiflik, sözükeçməzlik, iradəsizlik.

DİTDİLİ (ID - 10117)

is. məh. Ağcaqanad. Qərvənd çox ditdili və milçək olan yerdi. Ə.Haqverdiyev. Durğun suyun qırağında toz kimi ditdili uçuşurdu. Mir Cəlal.

DİV (ID - 10118)

is. [fars.] Şərq nağıllarında: müsbət qəhrəmanlara qarşı qoyulan çirkin, eybəcər, həddən artıq cəsamətli, buynuzlu əfsanəvi vücud, heyvan. Div ilə pəri olurmu həmdəm? Füzuli. Özgələri meşədə ayıdan ehtiyat eləyəndə...

DİVAN1 (ID - 10119)

is. [fars.] köhn. 1. Məhkəmə, tribunal. Əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana. C.Məmmədquluzadə. [Tarverdi:] İstəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün.. C.Cabbarlı. Hər...

DİVAN2 (ID - 10120)

is. [fars.] Yaxın və Orta Şərq ədəbiyyatında: bir və ya bir neçə şairin qafiyə və ya rədiflərinin axırıncı hərflərinə görə əlifba sırası ilə düzülmüş şeirlər məcmuəsi. Füzuli divanı. - [Xortdan:] Tanımayanlar var...

DİVAN3 (ID - 10121)

is. [fars.] Oturmaq və ya uzanmaq üçün uzun yumşaq taxt. Yumşaq meşin divanlarda, bilmirəm, nə xasiyyət var ki, eləcə oturan kimiyuxuya cumursan. C.Məmmədquluzadə.

DİVAN4 (ID - 10122)

is. [fars.] tar. Türkiyə sultanlığında məşvərətçi orqan.

DİVANBƏYİ (ID - 10123)

DİVANBƏYİLİK (ID - 10124)

is. tar. Divanbəyi vəzifəsi.

DİVAN-DƏRƏ (ID - 10125)

dan. köhn. bax divan1

DİVANƏ (ID - 10126)

is. [fars.] Dəli. Məcnun tək divanəyəm; Gəzirəm dağda-daşda. (Bayatı). Divanəmisən? Yaxud da axmaq? Get, yoxsa yeyərsən əlli toxmaq. Xətayi.
// Sif. mənasında. Divanə dərviş. - Qəm çəkmə bu qədər, divanə könül; Həmişə...

DİVANƏCƏSİNƏ (ID - 10127)

bax dəlicəsinə.

DİVANƏLƏNMƏ (ID - 10128)

“Divanələnmək”dən f.is.

DİVANƏLƏNMƏK (ID - 10129)

f Divanə olmaq, dəli olmaq. Genə bir leylivəş yarə dil verdi; Könül Məcnun təki divanələnmiş. M.V.Vidadi.
// Dəlilik etmək.

DİVANƏLƏŞMƏ (ID - 10130)

“Divanələşmək”dən f.is.

DİVANƏLƏŞMƏK (ID - 10131)

f Divanə olmaq, dəliləşmək, getdikcə ağlmı itirmək.

DİVANƏLİK (ID - 10132)

is. Dəlilik. Ta düşdü dillərə qəmi-eşqim hekayəti; Divanəlikdə tutdu sözüm hər vilayəti. S.Ə.Şirvani.
□ Divanəlik etmək - dəlilik etmək, dəli kimi hərəkət etmək, axmaq hərəkət etmək, ağılsızlıq etmək. [Sitarə:]...

DİVANƏSƏR (ID - 10133)

[fars.] klas. bax divanəvar. Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət. Ancaq demə tacirlərə eşqin əsər etdi; Divanəsər etdi. M.Ə.Sabir.

DİVANƏVAR (ID - 10134)

zərf [fars.] klas. Dəli kimi, dəlicəsinə. Sadıq bəy gedir, xan divanəvar gəzinir. Ə.Haqverdiyev.

DİVANƏVƏŞ (ID - 10135)

[fars.] klas. bax divanəvar. Mənim divanəvəş könlüm; Bir zülfi-piçu tab istər. Məhəmməd bəy aşıq.

DİVANXANA (ID - 10136)

is. [fars.] köhn. 1. Bolşevik inqilabından əvvəl: yerlərdə olan inzibati hökumət idarələrinə verilən ümumi ad.
// Bu idarələrin yerləşdiyi bina. Bunların çoxu bilmir ki, nə işdən ötrü, nə təqsirin və hansı əməlin ucundan...

DİVANİ1 (ID - 10137)

is. [fars.] folk. Hər misrası 15 hecadan, hər bəndi isə 4 misradan ibarət olan aşıq şeir forması.

DİVANİ2 (ID - 10138)

sif. [fars.] köhn. 1. Divana, hökumətə aid olan.
2. Xüsusən rəsmi fərman və əmrlərin yazıldığı ərəb yazısı növlərindən birinin adı.

DİVAR (ID - 10139)

is. [fars.] 1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi. - Muxtar əmi evin eşik divarına söykəndi....

DİVARCIQ (ID - 10140)

is. Kiçik divar, alçaq divar.

DİVARLI (ID - 10141)

sif. Divarı olan, divar (hasar) çəkilmiş. Divarlı bağ. Sarı samanla suvanmış olan palçıq divarlı otaqların birində böyük şairə Məhsəti xanım, o birində isə şairin özü yaşayırdı. M.S.Ordubadi.

DİVARLIQ (ID - 10142)

sif. Divar üçün yararlı, münasib. Divarlıq daş.

DİVCİK (ID - 10143)

DİVERSANT (ID - 10144)

[lat.] Diversiya (təxribat) işi aparan adam, təxribatçı.

DİVERSİYA (ID - 10145)

[lat.] 1. Zərbə vurulacaq yerdən düşmənin fikrini yayındırmaq üçün aparılan hərbi əməliyyat.
2. Xarici dövlət və ya sinfi düşmən təşkilatları agentləri tərəfindən aparılan təxribatçılıq işi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed