DİVAN1is. [fars.] köhn. 1. Məhkəmə, tribunal. Əgər Kərbəlayı Heydərin ona iki yüz manat borcu var, kağızını qoysun divana. C.Məmmədquluzadə. [Tarverdi:] İstəmirəm məsum bir qız mənim üçün divanlara sürülsün.. C.Cabbarlı. Hər iki oba divan qabağında onların üzərinə basqın olduğunu isbata qalxmışdı. S.Rəhimov.
□ Divan qurmaq - məhkəmə qurmaq. [Şəmsəddin bəy:] Mənə böyük divan qurmuşdu. S.S.Axundov. Nəsimi zahidlə durdu üz-üzə; Söylədi: Həqq adlı bir divan quraq. S.Vurğun. Divanını kəsmək - mübahisələrini (davalarını) həll etmək. [Xan:] Vallah, bilmirəm ki, bunların divanını necə kəsim? Heç belə çətin davaya rast gəlməmişdim. M.F.Axundzadə. tar. Ali hökumət məclisi; divanxana, hökumət idarəsi, dövlət dəftərxanası. Dövlətliyik, əlbəttə, şərafət də bizimdir; Divan bizim, ərbabi-hökumət də bizimdir. M.Ə.Sabir. □ Divan qurulmaq - ali hökumət məclisi çağırılmaq. // köhn. Ümumiyyətlə, hökumət idarələri, hökumət. Mərd olub nər kimi girək meydana; Gücümüzü göstərək bu gün divana. “Qaçaq Nəbi”. [Dilənçi:] Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini, yəqin, divana məlum edəcəkdir. S.S.Axundov. Verdi qaçaqlara bu növ xəbər: - Divan tədbir edib sizi tutmağa. H.K.Sanılı. // köhn. Hökumət məmurları və ya nümayəndələri. Elə olmasın ki, divan kəndə girsin, mən hamıdan sonra duyuq düşüm. S.Rəhimov. Yazıq kişi acsusuz, ayaqyalın, başıaçıq, gözüyaşlı.. divan adamlarına yalvarırdı. Mir Cəlal. □□ Divan(ını) etmək - cəzalandırmaq, tənbeh etmək, toy tutmaq. [Hacı Murad:] Mənim xəbərim yoxdur, bu saat sizin divanınızı edəcəyəm. S.S.Axundov. Divan tutmaq məcbur etmək, yaxud cəzalandırmaq məqsədi ilə amansızcasına zor işlətmək. [Ağa Məhəmməd şah Qacar:] Gərək güclü qoşun götürüb gedəsən Kirmana. .. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Ə.Haqverdiyev. Amma arxayın ol, əziz və unudulmaz Vətən, qızlarına nə qədər divan tutsalar da, onların mərd ruhu qırılmır, onların dili düşmənəyalvarmır. Ə.Məmmədxanlı. Paylaşın - Hamı bilsin
|