DİŞLƏMƏ“Dişləmək”dən f.is.
□ Dişləmə çay - kiçik qənd parçası və ya şimi ilə içilən çay; acı çay. Dustaqların hərəsinə bir yekə qara çörək ilə bir stəkan dişləmə çay gətirdilər. C.Məmmədquluzadə. [Xortdan:] Bir nəfər.. qabağında bir stəkan dişləmə çay.. bir kəndli ilə mübahisə eləyirdi. Ə.Haqverdiyev. [Qənbərqulu:] [Əsgərin] yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi. B.Talıblı. Paylaşın - Hamı bilsin
|