
DİŞLƏMƏKf. 1. Dişləri arasında sıxmaq, dişlərini batırmaq. Cavan ana öz körpəsinin toppuş ayaqlarını birdən dişləyir, uşaq qıdıqlanıb gülürdü.. S.Rəhimov.
Dişləri ilə sıxıb qopartmaq, kəsmək. Armudu dişləmək. Çörəkdən bir tikə dişləmək. - Ağ almanı dişlədim; Dörd yanın gümüşlədim. (Bayatı). // Yemək mənasında. İşləməyən dişləməz. (Məsəl). Sancmaq, dalamaq. Gicitkən dişləyir. Hər kəs məndən səni yaman qandırsa; Ya əqrəb dişləsin, ya ilan, pərim! Aşıq Abbas. Paylaşın - Hamı bilsin
|