DİPDİRİ (ID - 9946)sif. 1. Çox diri, çox canlı, diribaş, qıvraq, bütün gücünü özündə saxlamış.
O, qoca olsa da, hələ dipdiridir. 2. B ax diri 2-ci mənada. |
DİPLOM (ID - 9947)[fr. əsli yun.] 1. Ali və ya xüsusi orta məktəb qurtarmaq, habelə bir ad və ya elmi dərəcə almaq haqqında şəhadətnamə. Ali məktəb diplomu. Elmlər namizədi diplomu. Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy...
|
DİPLOMANT (ID - 9948)is. [fr.] bax diplomçu.
|
DİPLOMAT (ID - 9949)[fr] 1. Xarici dövlətlərlə əlaqə saxlamaq və yaxud müzakirələr aparmaq üçün bir dövlət tərəfindən vəkil edilmiş vəzifəli şəxs. Xarici diplomatlar. Diplomatlar korpusu (b ax diplomatik 1-ci mənada).
2. məc. Məqsədini gizlədərək... |
DİPLOMATCASINA (ID - 9950)zərf Ustalıqla, məharətlə; diplomat kimi.
|
DİPLOMATIK (ID - 9951)sif [fr.] 1. Diplomatiyaya aid olan, diplomatiya ilə əlaqədar olan, diplomatiyaya xidmət edən. Diplomatik danışıqlar. Diplomatik münasibət. Diplomatik nümayəndəlik (bir dövlətin başqa xarici ölkədə rəsmi nümayəndəliyini həyata...
|
DİPLOMATİYA (ID - 9952)is. [fr.] 1. Hökumətin öz xarici, beynəlxalq siyasətini həyata keçirmək sahəsində apardığı iş, fəaliyyət.. Lakin Qafqazın cəlb etmək xasiyyəti məhz bir diplomatiya məsələsidir. C.Məmmədquluzadə.
2. məc. Hər hansı bir məqsədə... |
DİPLOMATLIQ (ID - 9953)is. 1. Diplomatın işi, vəzifəsi.
məc. Hərəkətdə və danışıqda incəlik, ustalıq, elastiklik, hiyləgərlik. |
DİPLOMÇU (ID - 9954)is. Diplom işi yazan tələbə.
|
DİPLOMLU (ID - 9955)sif. Diplomu olan, diplom almış. Diplomlu texnik. Diplomlu müəllim. Diplomlu aqronom.
|
DİPLOMSUZ (ID - 9956)sif. Diplomu olmayan. Diplomsuz mühəndis.
|
DİRABİ (ID - 9957)dirabi papaq köhn. - drapdan tikilmiş kişi papağı. Hərəsi başına qara rəngli bir dirabi papaq qoydu.. “Kirpi”.
|
DİRÇƏLDİLMƏ (ID - 9958)“Dirçəldilmək”dən f.is.
|
DİRÇƏLDİLMƏK (ID - 9959)məch. 1. Əvvəlki vəziyyətinə nisbətən daha sağlam hala gətirilmək; sağlamlaşdırılmaq.
2. Təzədən meydana gətirilmək, təzədən fəaliyyətə gətirilmək; canlandırılmaq. |
DİRÇƏLƏNMƏK (ID - 9960)dan. bax dirçəlmək. Ot, ağac dirçələnir, hər birisi canə gəlir. R.Əfəndiyev.
|
DİRÇƏLİŞ (ID - 9961)is. Dirçəlmə, canlanma, inkişaf etmə; inkişaf prosesi. Dirçəliş dövrü.
|
DİRÇƏLMƏ (ID - 9962)1. “Dirçəlmək”dən f.is. Cuma özündə bir dirçəlmə .. hiss etmişdi. Ə.Əbülhəsən.
2. Bax dirçəliş. |
DİRÇƏLMƏK (ID - 9963)f. 1. Əvvəlki vəziyyətinə nisbətən yaxşılaşmaq, yavaş-yavaş qüvvəti özünə qayıtmaq, bərkimək, sağlamlaşmaq, özünü əvvəlkinə nisbətən daha yaxşı hiss etmək. Xəstə dirçəlir. - Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş,...
|
DİRÇƏLTMƏ (ID - 9964)“Dirçəltmək”dən f.is.
|
DİRÇƏLTMƏK (ID - 9965)f Dirçəlməsinə kömək
etmək, dirçəlməsinə səbəb olmaq; yenidən canlandırmaq, yenidən bərpa etmək; qüvvətləndirmək, sağlamlatmaq. Həkimlər xəstəni dirçəltdilər. - Torpaq günəşi çəkərək buğlanır, qoynundakı körpə... |
DİREKSİYA (ID - 9966)[lat.] xüs. Bir idarənin, müəssisənin, məktəbin, başda direktor olmaq üzrə, rəhbərlik edən yüksək orqanı; müdiriyyət. İnstitutun direksiyası. Teatrın direksiyası. Direksiyanın sərəncamı.
|
DİREKTIV (ID - 9967)[fr.] 1. is. Bir işi yerinə yetirmək üçün ali orqan tərəfindən aşağı orqanlara verilən göstəriş, əmr, təlimat və s. Partiya qurultayının direktivləri. Direktivə əməl etmək.
2. sif. Əmr, təlimat, göstəriş mahiyyətində... |
DİREKTOR (ID - 9968)is. [lat.] Müəssisə, idarə, yaxud məktəb müdiri. Zavod direktoru. Teatr direktoru. - Dərs hissə müdirinin, məktəb direktorunun kabinetlərində dayanmadan iş gedirdi. S.Rəhimov.
|
DİREKTORAT (ID - 9969)[lat.] bax direktorluq 2-ci mənada.
|
DİREKTORİYA (ID - 9970)[fr.] Bəzi hökumətlərin, məsələn, Fransada Fransa inqilabı vaxtındakı (1795-1799) hökumətin adı.
|
DİREKTORLUQ (ID - 9971)is. 1. Direktor vəzifəsi, direktorun fəaliyyəti. Direktorluq etmək. Direktorluq vəzifəsi.
2. Bax direksiya. Bu işi direktorluq həll etməlidir. Məsələni direktorluğun müzakirəsinə vermək |
DİREKTRISA (ID - 9972)[fr.] riyaz. Analitik həndəsədə: konus kəsiyi əyrilərinin oxuna şaquli olan ikinci tərtibli əyri.
|
DİRƏ (ID - 9973)dirə çəkmək (tutmaq) - əzab vermək, divan tutmaq. O məhkum insana tutulan dirə; Özün görürsən ki, birfaciədir. S.Vurğun.
|
DİRƏDÖYMƏ (ID - 9974)is. Kütləvi uşaq oyunlarından birinin adı. [Nəsib] daha dirədöymə oynamaqdan yorulmurdu. S.Rəhimov. ..Dirədöymə oynayan cavan uşaqlar Veysi görəndə nə isə qorxu qarışıq hörmətlə dayanıb durdular. Ə.Əbülhəsən.
|
DİRƏXŞAN (ID - 9975)sif. [fars.] klas. Parlayan, işıq saçan, parlaq. Verib ayinə kimi arizi-zibayə səfa; Hüsnü gör, şövkətə bax, mehri-dirəxşan gəldi. Ə.Nəbati.
□ Dirəxşan olmaq - parlamaq, nurlanmaq. Bayaq onun qəm və qüssə bilməyən və həmişə... |
DİRƏK (ID - 9976)is. 1. Bir şeyi saxlamaq üçün altına vurulan tir, sütun, dayaq. Ağac dirək. Daş dirək. - Şirəli daxmanın dirəyinə qısıldı. M.Hüseyn. Eyvanın dirəyindən asılmış kiçik bir kisədən bir ovuc dən götürüb həyətə səpdi. M.Rzaquluzadə.
... |
DİRƏKCƏ (ID - 9977)is. Kiçik dirək, dirəkcik.
|
DİRƏKCƏLİ (ID - 9978)sif. Dirəkcəsi olan. O addımlayıb nazik dirəkcəli eyvanda dayandı. S.Rəhimov.
|
DİRƏKCİK (ID - 9979)is. Kiçik dirək, qısa dirək, nazik dirək.
|
DİRƏKLƏMƏ (ID - 9980)“Dirəkləmək”dən f.is.
|
DİRƏKLƏMƏK (ID - 9981)f. Dirək vurmaq, dirək salmaq, dayaq vurmaq, dirəklə bərkitmək, dirəklə saxlamaq.
|
DİRƏKLƏNMƏ (ID - 9982)“Dirəklənmək”dən f.is.
|
DİRƏKLƏNMƏK (ID - 9983)f. 1. məch. Dirək salınmaq, dirək vurulmaq, dayaq vurulmaq, dirəklə bərkidilmək.
Dirək kimi qalxmaq, ucalmaq, yüksəlmək. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları bir-bir təpəsi üstündə quyulara... |
DİRƏKLƏTMƏ (ID - 9984)“Dirəklətmək”dən f.is.
|
DİRƏKLƏTMƏK (ID - 9985)icb. Dirək vurdurmaq, dirək saldırmaq.
|
DİRƏKLİ (ID - 9986)sif. Dirəyi, yaxud dirəkləri olan, dirək salınmış, dirək vurulmuş. Dirəkli çadır. Dirəkli dam. Dirəkli divar.
|
DİRƏKLİK (ID - 9987)sif. Dirək üçün yararlı. Dirəklik ağac.
|
DİRƏKSİZ (ID - 9988)sif. Dirəyi olmayan, dirəklə bərkidilməmiş. Dirəksiz çadır. Dirəksiz ev.
|
DİRƏMƏ (ID - 9989)“Dirəmək”dən f.is.
|
DİRƏMƏK (ID - 9990)f. 1. Dayamaq, söykəmək. [Xədicə] əllərini yerə dirədi, qalxıb oturmaq istəyirdi. S.Hüseyn. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı, sol əlini də yerə dirədi. Ə.Vəliyev. Leyla alnını pəncərə şüşəsinə dirədi....
|
DİRƏNMƏ (ID - 9991)“Dirənmək”dən f.is.
|
DİRƏNMƏK (ID - 9992)f. 1. Söykənmək, dayanmaq. Dirənmiş çomağa, Osman dururdu; Ürəyi nehrətək gup-gup vururdu. H.K.Sanılı.
Gəlib dəymək, uzanıb bir yerə (şeyə) toxunmaq, təmas etmək, rastlaşmaq. Şəhərin bir ucu yola dirənirdi. - Seyrəngahın... |
DİRƏŞMƏ (ID - 9993)“Dirəşmək”dən f.is
|
DİRƏŞMƏK (ID - 9994) f. dan. Gözlərini dirəmək, dirənib baxmaq (bir çoxları). Üzünə dirəşmək.
|
DİRHƏM (ID - 9995)is. [ər.] 1. 3,12 qrama bərabər çəki ölçüsü.
2. Bəzi ərəb ölkələrində gümüş pul vahidi. Hər nə versən, ver, məbadə vermə bir dirhəm zəkat. M.Ə.Sabir. Üç min dirhəm o qədər də böyük birpul deyil.. M.S.Ordubadi. |
Bu səhifə dəfə baxılıb