DİRƏMƏKf. 1. Dayamaq, söykəmək. [Xədicə] əllərini yerə dirədi, qalxıb oturmaq istəyirdi. S.Hüseyn. [Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı, sol əlini də yerə dirədi. Ə.Vəliyev. Leyla alnını pəncərə şüşəsinə dirədi. Ə.Məmmədxanlı.
Zilləmək, diqqətlə baxmaq (bu mənada adətən “gözünü”, “gözlərini” sözü ilə). [Xudayar bəy] ..gözünü evin səqfinə dirəyib, deyəsən, pərdi sayırdı. C.Məmmədquluzadə. məc. İrəli vermək, sinə gərmək, sipər etmək. Rüstəm kişi sinəsini bu adsız, lakin açıq zərbələrin qabağına dirəyib, iki dəfə özündən çıxır. M.İbrahimov. □□ Ayağını yerə dirəmək- b ax ayaq dirəmək (“ayaq1’da). [Qulu:] Yox, fələk də ayağını yerə dirəsə, mən bu yeri satmayacağam. A.Şaiq. Divara dirəmək- bax divar. İki ayağını bir başmağa dirəmək bax ayaq1. Paylaşın - Hamı bilsin
|