İzahlı lüğət

DAŞYONAN (ID - 8346)

is. Tikinti üçün daşları yonub müəyyən şəklə və ölçüyə salan usta. Hər namuslu vətəndaş bizim eldə əzizdir; Alim, kuryer, daşyonan, toxucu qadın, əsgər. R.Rza.

DAVA1 (ID - 8347)

is. [ər.] 1. Dalaşma, söyüşmə; çarpışma, vuruşma. Artıq bu səfər heç bir zor, heç bir dava kar eləmədi. S.Rəhman.
Dava axtarmaq - heç bir şey üstə dava etməyə çalışmaq, dava etmək üçün bəhanə axtarmaq. [Səlimnaz xanım:]...

DAVA2 (ID - 8348)

is. [ər.] 1. Dərman. Aptekdən dava almaq. - [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlıma, nəvəmə dava adına... N.Vəzirov. Aptekdən təzə dərman gətirmişdilər. Haman dava mənə çox kömək edirdi....

DAVACAT (ID - 8349)

top. [ər.] 1. Dava-dərman, dərmanlar. [İbrahim:] Bu dükanda .. davacat və qeyri ticarət şeyləri də var idi. S.S.Axundov. [Həkim:] Bəzi para davacat və cihazlar da gətirmişəm. S.Rəhimov.
2. məc. dan. İçki mənasında. Mikayıl, bu...

DAVACATXANA (ID - 8350)

is. [ərəbcədən davacat və fars. xanə] köhn. Aptek, dərmanxana.

DAVACIL (ID - 8351)

b ax davakar. Davacıl adam.

DAVAÇI (ID - 8352)

is. Dava-dərman hazırlayan və satan adam. Səttarxandan sonra Əli davaçı danışmağa başladı. P.Makulu.

DAVAÇI (ID - 8353)

1. sif. Bax davakar. Davaçı adam. Davaçı qonşu.
2. is. Biri ilə davalı işi olan. Məhkəmədə davaçının dindirilməsi.

DAVA-DALAŞ (ID - 8354)

is. b a x dava1 1 -ci mənada. Daha burada hərb meydanını müfəssəl təsvir etməyin lüzumu yoxdur. Çünki cəmi müsəlman qardaşların başı dava-dalaş çəkib, hamı vuruşma görüb. Çəmənzəminli. Belə ki baxardın, hər gün sərxoş...

DAVA-DAVA (ID - 8355)

is. Uşaqların oynadığı vuruşma, döyüşmə oyunu. Dava-dava oynamaq.
□ Dava-dava demək (vurmaq) - dava etməyə, vuruşmağa bəhanə axtarmaq; dava etməyə, vuruşmağa hazır olmaq.

DAVA-DƏRMAN (ID - 8356)

is. [ər. dəva və fars. dərman] Dərman. [Cəvahir xanım:] İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək. N.Vəzirov. [Həkim:] Dava-dərman yazmaq istədikdə [qızın] atası qolumdan tutub eşiyə tərəf çəkdi. Mir Cəlal.
□ Dava-dərman...

DAVA-DÖYÜŞ (ID - 8357)

bax dava-dalaş.

DAVAXANA (ID - 8358)

is. [ər. dava və fars. ...xanə] b a x davacatxana. . Bir adam davaxanaya girib: - Hacı ağa əmi, sizsinizmi? - deyə soruşdu. P.Makulu.

DAVAKAR (ID - 8359)

DAVAKARLIQ (ID - 8360)

is. Davakar adamın xasiyyəti; dava etmək xasiyyəti; dava salma. Böyləcə dava etməzin hər vəqt; Davakarlıqda tapmışam şöhrət. A.Səhhət.
□ Davakarlıq etmək - heç şeyin üstündə dava etmək; dava axtarmaq.

DAVA-QALMAQAL (ID - 8361)

bax dava-dalaş.

DAVALAMA (ID - 8362)

“Davalamaq”dan f.is.

DAVALAMAQ (ID - 8363)

f Dərmanlamaq, dərman səpmək, dərman vurmaq. Yaranı davalamaq.

DAVALANMA (ID - 8364)

“Davalanmaq”dan f.is.

DAVALANMAQ (ID - 8365)

məch. Dərmanlanmaq, dərman səpilmək, dərman vurulmaq.

DAVALATMA (ID - 8366)

“Davalatmaq”dan f.is.

DAVALATMAQ (ID - 8367)

icb. Dərmanlatmaq.

DAVALI (ID - 8368)

sif 1. Davaya, mübahisəyə səbəb ola bilən; qalmaqallı, mübahisəli, münaqişəli. Davalı məsələ. - Davalı yerdə ot bitməz. (Ata. sözü).
Küsülü. Onlar davalıdırlar.

DAVALI (ID - 8369)

sif Dərman olan, əlacı olan, müalicəsi mümkün olan. Davalı dərd. Davalı xəstəlik.

DAVA(LI)-ŞAVALI (ID - 8370)

b ax davalı.

DAVA(SIZ)-ŞAVASIZ (ID - 8371)

b ax davasız. Belə bir padşah tapılsa, davasız-şavasız hər şey düzələr. “M.N.lətif.”. [Hacı] fikirləşdi ki: “Hamısı birdir, toy olanda Qumru köçəcək, davasız-şavasız həyət özümə qalacaq ’’. Mir Cəlal.

DAVAM (ID - 8372)

is. [ər.] 1. Dözüm, möhkəmlik, taqət, tab; müqavimət qabiliyyəti. Onun soyuğa heç davamı yoxdur. - Dərdə kimin vardır mən tək davamı; Eşqin mərəziyəm, sən ver davamı. M.F.Axundzadə. Var atanın sənə dua, səlamı; Hicranına...

DAVAMÇI (ID - 8373)

is. Öz sələfinin işini, fəaliyyətini davam və inkişaf etdirən adam. Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq.

DAVAMETDİRİCİ (ID - 8374)

bax davamçı.

DAVA-MƏRƏKƏ (ID - 8375)

is. [ər.] bax dava-dalaş. Dəxi bundan savayı heç bir dava-mərəkə lazım deyil. C.Məmmədquluzadə.
Dava-mərəkə salmaq - b ax dava salmaq (“dava”da). Müsəlman təzədən evlənmək istəsə, evlənəcək və heç vecinə gəlməyəcək...

DAVAMİYYƏT (ID - 8376)

is. [ər.] köhn. Davametmə müddəti, davametmə qabiliyyəti; davamlılıq.

DAVAMLI (ID - 8377)

sif. 1. Hər cür çətinliyə, məşəqqətə, məhrumiyyətə, əzab və əziyyətə davam gətirən; dözümlü. O, çox davamlı adamdır. İstiyə davamlı ürək.
□ Davamlı olmaq - dözmək, möhkəm olmaq, səbat etmək. Hər bir əziyyətə...

DAVAMLILIQ (ID - 8378)

is. Davamlı şeyin hal və xassəsi; dözümlülük, möhkəmlik. Parçanın davamlılığı. İnsanın soyuğa davamlılığı artdıqca soyuqdəymə xəstəliklərinə tutulma imkanı azalır. İdmanda davamlılıq əsas şərtlərdəndir.

DAVAMSIZ (ID - 8379)

sif. 1. Davamı, dözümü olmayan, müqavimət edə bilməyən. Soyuğa davamsız bitkilər.
// Zəif, dözümsüz. Davamsız adam. - [Qızıl Arslan:] Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. M.S.Ordubadi.
Möhkəm...

DAVAMSIZLIQ (ID - 8380)

is. Davamsız şeyin hal və keyfiyyəti. Qarın davamsızlığı. Paltarın davamsızlığı.
// Dözümsüzlük. Ağrıya davamsızlıq.

DAVAR (ID - 8381)

is. Qoyun-keçi; xırdabuynuzlu mal-qara. Kəndin gözəl davarını; Parçalayan, yeyən budur, “Mənəm - mənəm! ” deyən budur. M.Müşfiq. [Mübaşir Məmməd:] ..On ildir ərbabın supulunu vermirsən!İnəyi də, eşşəyi də, davarları...

DAVARÇILIQ (ID - 8382)

is. Davar yetişdirmə işi.

DAVARLI (ID - 8383)

sif. Davarı olan.

DAVASIZ1 (ID - 8384)

sif. Dərmansız, əlacsız; çarəsi, əlacı, müalicəsi olmayan. Davasız dərd.
Onun gövdəsinə daraşan yara; Təbibsiz, davasız simlər atmışdır. S.Vurğun.

DAVASIZ2 (ID - 8385)

sif. və zərf Qalmaqalsız, mübahisəsiz, sakit. Davasız, tüfəngsiz bircə gecədə; Sahili sahilə çata bilərdim. M.Araz.

DAVASIZ-DALAŞSIZ (ID - 8386)

bax davasız2#

DAVASIZ-DƏRMANSIZ (ID - 8387)

bax davasız1#

DAVASIZLIQ (ID - 8388)

is. Dərmansızlıq, əlacsızlıq; davası-dərmanı olmama.

DAVASIZ-ŞAVASIZ (ID - 8389)

bax davasız2#

DAVA-ŞAVA (ID - 8390)

bax dava-dalaş. Bütün dünyadan padşah tayfası, bəy, xan, böyük varlılar götürüləndən sonra, yəqin ki, dava-şava da olmayacaq. S.Rəhimov. Kitabda yazılan sevgilərin axırı dava-şava olur. İ.Əfəndiyev.

DAVAT (ID - 8391)

is. [ər.] köhn. Mürəkkəbqabı. Bulud havada gedər; Qələm davata gedər. (Bayatı). ..Davat və qələmimdən başqa, heç bir şeyə gümanım gəlmir. M.F.Axundzadə. Molla ağzının suyundan bir damla davata damızdırıb qarışdırdıqdan...

DAVLA (ID - 8392)

is. 1. mus. Xərək (musiqi alətlərində simlərin altına qoyulan taxta parçası).
zool. Cırcırama.

DAVRANIŞ (ID - 8393)

DAVRANIŞLI (ID - 8394)

sif. Yaxşı rəftarı, davranışı olan; xoşrəftar.

DAVRANMA (ID - 8395)

“Davranmaq”dan f.is. Siqətülislam, inqilabda bitərəf davranmasına baxmayaraq, məşrutəçilərin tərəfini saxlamaqda idi. M.S.Ordubadi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed