İzahlı lüğət

DAVAMSIZ

sif. 1. Davamı, dözümü olmayan, müqavimət edə bilməyən. Soyuğa davamsız bitkilər.
// Zəif, dözümsüz. Davamsız adam. - [Qızıl Arslan:] Dünyada padşahlığın taxtından da çürük və davamsız şey yoxdur. M.S.Ordubadi.
Möhkəm olmayan, tez dağılan, tez yırtılan, tez xarab olan. Davamsız parça. Davamsız dəri. - O vaxt ki, kənd uzaqda qalmışdı, sinəsində bir zümzümə başlanmışdı və .. bu zümzümə elə bil toxunmaqda olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı. Ə.Məmmədxanlı.
Çox davam etməyən, çox sürməyən, tez keçib gedən, sürəksiz. Davamsız yağış. Davamsız qar.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed