DAVA2is. [ər.] 1. Dərman. Aptekdən dava almaq. - [Nurcahan:] Başına dönüm, həkimbaşı, bu suyu bir baytal verib mənim azarlıma, nəvəmə dava adına... N.Vəzirov. Aptekdən təzə dərman gətirmişdilər. Haman dava mənə çox kömək edirdi. C.Məmmədquluzadə.
2. məc. Çarə, tədbir, əlac mənasında. Sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə. C.Məmmədquluzadə. □ Dava etmək (eləmək) - müalicə etmək. Xəstəyə dava etmək. Paylaşın - Hamı bilsin
|