İzahlı lüğət

DƏVAT (ID - 9346)

[ər.] bax davat. Al əlinə qələm, dəvat; Mən günü qərani yaz. Sarı Aşıq.

DƏVƏ (ID - 9347)

is. Səhralarda və quru çöllərdə istifadə olunan, bir və ya ikihürgüclu, çox dözümlü iri yük heyvanı. Birhürgüclü dəvə. Dəvə balası. - Dəvədən böyük fil var. (Ata. sözü). Karvanda bir dəvə, bir də eşşək; Arıq düşmüş...

DƏVƏCƏR (ID - 9348)

is. məh. Yuxusuz qalan, yata bilməyən adam. Səhərə qədər dəvəcər olmaq.

DƏVƏCİK (ID - 9349)

is. zool. Torqanadlılar nəslindən çox böyük olmayan həşərat (cücü).

DƏVƏÇİ (ID - 9350)

is. Dəvə saxlamaq və işlətməklə məşğul olan adam. Dəvəçi ilə dost olanın darvazası gen gərək. (Ata. sözü). [Əmiraslan baba:] Bax o zaman, oğul, bu Ağbulağa .. dəvəçi belə çox çətin gəlib çıxırdı.. S.Rəhimov.

DƏVƏÇİLİK (ID - 9351)

is. Dəvə saxlama və dəvə ilə yük daşıma işi. Dəvəçiliklə məşğul olmaq.

DƏVƏDABANI (ID - 9352)

is. bot. Qol-budaqlı, sürünən kökümsov gövdəli çoxillik ot bitkisi. Xırda ot bitkisi olan dəvədabanının .. böyük kökyanı yarpaqları uzun saplaqlar üzərində yerləşmişdir. R.Əliyev.

DƏVƏDƏLLƏYİ (ID - 9353)

is. zool. Yaşıl rəngli, uzun ayaqlı həşərat növü.

DƏVƏFINDIĞI (ID - 9354)

is. Cökə ağacının meyvəsi.

DƏVƏGÖTÜRMƏZ (ID - 9355)

sif. dan. Çox ağır, çox yekə, çox şey tutan, böyük həcmli. Dəvəgötürməz sandıq.

DƏVƏQIRAN (ID - 9356)

is. bot. Quraqlıq yerlərdə və daşlı yamaclarda bitən tikanlı kol və kolcuq.

DƏVƏQIRXAN (ID - 9357)

is. Keçmişdə dəvələri qırxmaqla məşğul olan adam.

DƏVƏQULAĞI (ID - 9358)

is. bot. Kökündə aşı maddəsi olan ikiləpəli bitki; süpürgəotu (boyaq kimi işlədilir).

DƏVƏQUŞU (ID - 9359)

is. zool. İsti ölkələrdə yaşayan, itiqaçan, lakin uça bilməyən çox böyük quş. Dəvəquşu yükə gələndə qanadını göstərər. (Ata. sözü). ..Afrika dəvəquşusu heç uça bilməyərək yerdə hərəkət edir. Dəvəquşu indiki...

DƏVƏLİ (ID - 9360)

1. is. Dəvəyə minmiş adam. Bu gələn dəvəlidi; Atdıdı, dəvəlidi; Yarı əldən qoymaram; Sövdamın əvvəlidi. (Bayatı).
2. sif. Dəvəsi olan.

DƏVƏOTU (ID - 9361)

is. bot. Marena fəsiləsinə daxil olan birillik ot bitkisi.

DƏVƏRƏGÖZ (ID - 9362)

b ax dabərəgöz.

DƏVƏT (ID - 9363)

is. [ər.] Hörmətlə bir yerə çağırma (çağırılma); çağırış. Onlar heç kəsin dəvətini qəbul etmədilər. M.S.Ordubadi. Dilara .. Əjdərin dəvəti üzrə kəndə qonaq getmişdi. Ə.Məmmədxanlı.
□ Dəvət etmək (eləmək)...

DƏVƏTEDİCİ (ID - 9364)

sif. Çağıran, dəvət edən. Dəvətedici məktub. - Birinci dəfə olaraq Azərbaycan dilində nümayişə dəvətedici vərəqələr görünməyə başladı. M.S.Ordubadi.

DƏVƏTİKANI (ID - 9365)

is. bot. Ən çox quraqlıq yerlərdə və səhralarda bitən, dəvələrin yediyi tikanlı ot bitkisi.

DƏVƏTLİ (ID - 9366)

sif. Bir yerə (qonaqlığa və s.-yə) dəvət olunmuş, çağırılmış. Qonaqlığa dəvətli adam. İclasa dəvətli. Bu gün toya dəvətliyəm.

DƏVƏTNAMƏ (ID - 9367)

is. [ər. dəvət və fars. ...namə] Çağırış kağızı, dəvət kağızı. Bahar bayramına on beş gün qalmış, Toğrul bütün ölkələrə dəvətnamələr yazıb Təbrizə nümayəndələr göndərmələrinə əmr vermişdi. M.S.Ordubadi....

DƏVƏYUNU (ID - 9368)

sif. 1. Dəvə yunundan toxunmuş. Dəvəyunu şal.
Dəvənin yunu rəngində olan. Dəvəyunu parça.

DƏYANƏT (ID - 9369)

is. [ər.] Möhkəmlik, səbat, öz sözünün üstündə durma. Şikəstə Zakirəm, cövrü-cəfaya; Onlar tək deyiləm, dəyanətim var. Q.Zakir. Zənnimcə, həqiqi dost çox az tapılar ki, onun sədaqət və dəyanətinə etibar edib dar günündə...

DƏYANƏTLİ (ID - 9370)

sif. Səbatlı, möhkəm, öz sözünün üstündə duran, bel bağlanıla bilən. Bütün İraq, fars və Azərbaycan xalqına tapşırılır ki, Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə beyət etsin....

DƏYANƏTLİLİK (ID - 9371)

is. Səbatlılıq, sözünün üstündə möhkəmlik.

DƏYANƏTSİZ (ID - 9372)

sif. Dəyanəti olmayan, səbatı olmayan, möhkəm olmayan, öz sözünün üstündə durmayan. Dəyanətsiz adam.

DƏYANƏTSİZLİK (ID - 9373)

is. Səbatsızlıq, öz sözünün üstündə durmamazlıq.

DƏYDİRMƏK (ID - 9374)

icb. Bir şeyi başqasına toxundurmaq, bir şeyin başqasına toxunmasına səbəb olmaq.

DƏYƏ (ID - 9375)

is. Qarğıdan və s.-dən düzəldilmiş komacıq; alaçıq, qazma. [Sərçələr qışda] gecələr də samanlığa, dəyələrə; daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. S.S.Axundov.
//...

DƏYƏCİK (ID - 9376)

is. Kiçik dəyə. Dəyəcik qurmaq. Dəyəcikdə yaşamaq.

DƏYƏLİK (ID - 9377)

is. 1. Dəyə qurmaq üçün lazım olan (yer, ağac və s.). Dəyəlik yer.
2. Dəyələrdən ibarət oba, kənd, şənlik. Dərənin qırağındakı dəyəlik.

DƏYƏNƏK (ID - 9378)

is. 1. Bir başı toppuz çomaq, əl ağacı. Çoban dəyənəyi. Dəyənək ilə vurmaq. - Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). [Yetər:] Hənək, hənək, axırı dəyənək... N.Vəzirov. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı...

DƏYƏNƏKAYAQLILAR (ID - 9379)

is. zool. Qalın dəri təbəqəsi ilə örtülü barmaqları olan cütdırnaqlı heyvanlar.

DƏYƏNƏKLƏMƏ (ID - 9380)

“Dəyənəkləmək”dən fh.

DƏYƏNƏKLƏMƏK (ID - 9381)

f Dəyənəklə döymək (vurmaq); kötəkləmək.

DƏYƏNƏKLİ (ID - 9382)

sif. 1. Əlində dəyənək olan.
2. məc. Güclü, qoluzorlu.

DƏYƏR (ID - 9383)

is. 1. Qiymət, baha. Kitabın dəyəri nədir? Məhsulun maya dəyəri.
iqt. Əmtəə istehsalına sərf edilən və bu əmtəədə maddiləşən abstrakt əməyin müəyyən miqdarı. Dəyərin miqdarı ictimaizəruri iş vaxtı ilə təyin edilir....

DƏYƏR-DƏYMƏZİNƏ (ID - 9384)

zərf Həqiqi qiymətindən, dəyərindən ucuz, hər neçəyə gəldi, heçə-puça. - Sabah Binnət inəyini, ya da danalarını bazara çıxaracaq .. dəyərdəyməzinə satmalı olacaq. İ.Məlikzadə.

DƏYƏRLİ (ID - 9385)

sif. 1. Qiymətli, bahalı; keyfiyyətli. Dəyərli parça. Dəyərli şey.
2. məc. Qiymətli, ləyaqətli, əhəmiyyətli, çox yararlı, çox lazımlı. Dəyərli işçi. Dəyərli adam. Dəyərli dost. Dəyərli məsləhət. Onun dəyərli xidməti...

DƏYƏRLİLİK (ID - 9386)

is. Dəyərli şeyin hal və keyfiyyəti; qiymətlilik.

DƏYƏRSİZ (ID - 9387)

sif. 1. Heç bir dəyəri, qiyməti olmayan. Dəyərsiz şey. Dəyərsiz əsər. Hikmət İsfahani, Mazəndəran malikanəsini Rza xana bağışladığını və bu dəyərsiz hədiyyəni sonsuz məhəbbət əlaməti olaraq qəbul etməsini xüsusi məktubla...

DƏYƏRSİZLİK (ID - 9388)

is. Dəyərsiz şeyin hal və keyfiyyəti; ləyaqətsizlik, yararsızlıq, yarıtmazlıq.

DƏYİRMAN (ID - 9389)

is. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. - Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir...

DƏYİRMANÇI (ID - 9390)

is. Dəyirmanda un üyütməklə məşğul olan adam. Dəyirmançının şahidi kömbəçi olar. (Ata. sözü). [Qulamhüseyn:] Üstümü unlu görüb adımı dəyirmançı çağırma. M.İbrahimov.
// Dəyirman sahibi.

DƏYİRMANÇILIQ (ID - 9391)

is. Dəyirmançının sənəti, peşəsi. Dəyirmançılıqla məşğul olmaq.
Cəfər bu gündən dəyirmançılıq etməyə başladı. Ə.Vəliyev.

DƏYİRMANDAŞI (ID - 9392)

is. Dəyirmanda unu üyüdən girdə daş.

DƏYİRMANXANA (ID - 9393)

is. Dəyirman və onun olduğu yer. Murad .. bir kərə də kənddən, çalışdığı Hacı Rüstəm oğlunun xanasından kənara çıxmamışdı. S.Hüseyn.

DƏYİRMANLIQ (ID - 9394)

sif. 1. Dəyirmanda üyüdülmək üçün ayrılmış. Dəyirmanlıq taxıl.
Sanma əzdikcə fələk bizləri viranlıq olur; Un təmənnası ilə buğda dəyirmanlıq olur. M.Ə.Sabir.
2. Dəyirman olan yer.

DƏYİRMƏ (ID - 9395)

“Dəydirmək”dən f.is.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed