İzahlı lüğət

DƏYƏNƏK

is. 1. Bir başı toppuz çomaq, əl ağacı. Çoban dəyənəyi. Dəyənək ilə vurmaq. - Əvvəli hənək, axırı dəyənək. (Ata. sözü). [Yetər:] Hənək, hənək, axırı dəyənək... N.Vəzirov. Gündə yüz yol vurardılar dəyənək; Sağrısı sərbəsər olub döyənək.S.Ə.Şirvani. [Qulu:] Əliqulu divandan elə qorxur, necə ki it dəyənəkdən. S.S.Axundov.
məc. Güc, zor, kötək mənasında.
məc. Yüngül söyüş mənasında. [Gülnaz:] Sənə yüzyaşlı dul arvad yaraşar, ey dəyənək! Ü.Hacıbəyov.
□□ Dəyənək kimi - 1) quru, cod, bərk. Dəyənək kimi çörək; 2) dümdüz, hərəkətsiz. [Hacı Ağakərim:] Rədd ol! Ədə, Xalıq, nə dəyənək kimi dayanmısan! S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed