DƏYƏis. Qarğıdan və s.-dən düzəldilmiş komacıq; alaçıq, qazma. [Sərçələr qışda] gecələr də samanlığa, dəyələrə; daxmaların, küləş damların deşiklərinə girərək özlərini soyuqdan mühafizə edirdilər. S.S.Axundov.
// Üstüörtülü, yanları açıq tikili; talvar. Üzümlər gül tökəndə, iyun ayının axırlarında yorğan-döşəyini götürüb, bağda, dəyədə yatırdı. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|