
DƏYİRMANis. Dəni üyüdüb una və ya yarmaya çevirmək üçün müxtəlif qurğuları olan karxana, müəssisə. Yel dəyirmanı. Su dəyirmanı. Buxar dəyirmanı. - Dəyirmanın yaraşığı torba-çuvaldır. (Ata. sözü). Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdir. Dəyirmanların sularını kəsiblər ki, dəyirmanlar yatsınlar. C.Məmmədquluzadə.
□ Qəhvə dəyirmanı - qəhvə üyütmək üçün kiçik maşın (dəyirman). Ə1 dəyirmanı - əllə hərəkətə gətirilən, yarma və s. üyütmək üçün kiçik maşın. □□ Dəyirman kimi üyüdüb tökmək - çox danışmaq, boş-boş danışmaq. Dəyirman xoruzu - çox sağlam, qıvraq adam haqqında. Dəyirman şahadı - dəyirmanda üyüdülən dəndən götürülən üyütmə haqqı. Dəyirmanın bogazından salsan (altdan) diri çıxar son dərəcə zirək və diribaş adam haqqında. Paylaşın - Hamı bilsin
|