İzahlı lüğət

DELTA2 (ID - 8546)

[yun.] coğr. Çayların mənsəb hissəsində (dənizə töküldüyü yerdə) əmələ gətirdiyi qollar və onların arasında çöküntüdən ibarət sahə, çay töküntülərindən əmələ gələn düzənlik. Kür çayının deltası.

DEMAQOGİYA (ID - 8547)

is. [yun.] Öz məqsədinə çatmaq üçün hər cür yalan vədlər, yaxud böhtan və s. ilə adamların instinktinə qəsdən təsir etmə, kütlənin geridə qalmış hissəsinin zövqlərinə, əhvali-ruhiyyəsinə riyakarcasına uyğunlaşma.
...

DEMAQOQ (ID - 8548)

[yun.] Demaqoqluq üsulundan istifadə edən. demaqoqluq edən. Əşrəf kimi cahil sərvətdar övladı olan bu demaqoqlar hər bir məziyyət və qiyməti yalnız sərvət və dövlətdə görür. A.Şaiq. [Mindilli:] Sizsiz bu demaqoqların içində...

DEMAQOQCASINA (ID - 8549)

zərf Demaqoqa xas olan bir tərzdə, demaqogiya üsulundan istifadə edərək. Demaqoqcasına çıxış etmək.

DEMAQOQLAŞMAQ (ID - 8550)

f. Demaqoq olmaq, demaqoq kimi danışmaq.

DEMAQOQLUQ (ID - 8551)

bax demaqogiya. Demaqoqluq etmək. - [Qulu:] Demaqoqluqla iş olmaz. İ.Əfəndiyev.

DEMARKASİYA (ID - 8552)

[fr.]: demarkasiya xətti - mütarikə və ya sülh bağlayan iki ordunu bir-birindən ayıran xətt, zona; başqa-başqa dövlətlərə məxsus ərazi.

DEMARŞ (ID - 8553)

[fr.] dipl. Müqabil tərəfin güzəştə getməsinə nail olmaq üçün edilən təşəbbüs, çıxış, hərəkət, tədbir. Səfirin demarşı.

DEMBLOK (ID - 8554)

is. Demokratiya və blok sözlərinin birləşməsindən əmələ gələn ixtisar söz; abreviatura.

DEMƏ1 (ID - 8555)

“Demək”dən f.is.

DEMƏ2 (ID - 8556)

əd. Olmuş bir işin, hadisənin danışana sonradan məlum olduğunu bildirir. Demə, fərraşların kahıllarından yolda dustaqların biri əkilibmiş. “M.N.lətif.” Demə, sahibəzzaman tək deyilmiş, Nəsib bəy kimi tayı varmış. Mir Cəlal.
...

DEMƏK1 (ID - 8557)

f. 1. Bir fikri şifahi surətdə ifadə etmək, bəyan etmək, söyləmək, bildirmək. Söz demək. Düzünü demək. - [Aslan bəy:] ..O, bir söz dedimi, heç bir zaman unutmaz. C.Cabbarlı.
// Bir fikri yazılı surətdə ifadə etmək, yazmaq....

DEMƏK2 (ID - 8558)

ara söz mənasında. Söylənmiş fikrə yekun vurmaq, onu xülasə etmək üçün işlənir; deməli, yəni bundan o nəticə çıxır ki. Siz hazırsınızmı, demək, gedə bilərik.
Demək, bu misranın da əsil mənası bu imiş ki, dünyada...

DEMƏLİ1 (ID - 8559)

sif. Deyilməsi, bildirilməsi lazım gələn, deyəcək; deyiləsi. [Zaman:] Zarafat qalsın kənarda, sənə bir neçə deməli sözüm var. Ə.Haqverdiyev.

DEMƏLİ2 (ID - 8560)

DEMİ (ID - 8561)

DEMİÜRQ (ID - 8562)

[yun.] fəls. 1. Platonun idealist fəlsəfəsində Allah.
2. məc. Yaradıcı qüvvə, yaradan.

DEMOKRAT (ID - 8563)

[yun.] 1. Demokratiya tərəfdarı. Rus inqilabçı demokratları. Demokrat yazıçılar.
Burjua demokrat partiyasının üzvü.
məc. Sadəliyi sevən, sadə həyat keçirən, adi adamlara yaxın olan, onlarla ünsiyyət bağlayan adam.

DEMOKRATİK (ID - 8564)

sif. [yun.] 1. Demokratiyaya müvafiq olan, demokratiya əsasında qurulmuş, demokratiyanı həyata keçirən, demokratiya prinsiplərinə riayət edən. Demokratik idarə üsulu. Demokratik respublika. Demokratik islahat. Demokratik mətbuat.
2....

DEMOKRATİKLƏŞDİRİLMƏ (ID - 8565)

“Demokratikləşdirilmək”dən f.is. İctimai quruluşun demokratikləşdirilməsi.

DEMOKRATİKLƏŞDİRİLMƏK (ID - 8566)

məch. Demokratik hala salınmaq, demokratizmə tabe edilmək, demokratizm həyata keçirilmək.

DEMOKRATİKLƏŞDİRİLMİŞ (ID - 8567)

f.sif. Demokratik hala salınmış, demokratizm əsasında qurulmuş, demokratizmə tabe edilmiş.

DEMOKRATİKLƏŞDİRMƏ (ID - 8568)

“Demokratikləşdirmək”dən f.is.

DEMOKRATİKLƏŞDİRMƏK (ID - 8569)

f. Demokratik hala salmaq, demokratizm tətbiq etmək, demokratiya əsasında qurmaq, demokratiyaya tabe etmək. Seçki sistemini demokratikləşdirmək.

DEMOKRATİKLƏŞMƏ (ID - 8570)

“Demokratikləşmək”dən f.is.

DEMOKRATİKLƏŞMƏK (ID - 8571)

f. Demokratik hala düşmək, daha demokratik olmaq.

DEMOKRATİKLİK (ID - 8572)

is. Demokratiya prinsiplərinə əsaslanma. Seçkilərin demokratikliyi.

DEMOKRATİYA (ID - 8573)

is. [yun.] 1. Dövləti idarə işi xalqın əlində olduğu idarə üsulu, siyasi quruluş; xalq hakimiyyəti. Xalq demokratiyası ölkələri.
İctimai təşkilatların həyat və fəaliyyətində bütün kollektiv üzvlərinin fəal iştirakını...

DEMOKRATIZM (ID - 8574)

[yun.] 1. Demokratiyanı qəbul edib həyata keçirmə.
// Demokratlıq. “Molla Nəsrəddin” inqilabi demokratizmin ifadəçisi və mərkəzi idi. M.İbrahimov. Oqtayın demokratizmi bizi inandırır ki, o, doğrudan da qarşısına qoyduğu məqsədə...

DEMOKRATLAŞMA (ID - 8575)

“Demokratlaşmaq”dan f.is.

DEMOKRATLAŞMAQ (ID - 8576)

f. Daha demokrat olmaq, həyat tərzi və s. cəhətdən daha da sadələşmək.

DEMOKRATLIQ (ID - 8577)

is. bax demokratizm
2-ci mənada.

DEMOQRAFİYA (ID - 8578)

[yun. demos - xalq və grapho - yazıram] Statistikanın, əhalinin tərkibini, artımını, miqdarını və hərəkətini öyrənməklə məşğul olan şöbəsi. Demoqrafiıya ictimai elmdir.

DEMPİNQ (ID - 8579)

[ing.] iqt. Xarici bazarlarda rəqibləri aradan çıxarmaq məqsədilə malların maya qiymətindən və daxili bazardakından daha ucuz satılması.

DENATURAT (ID - 8580)

[lat.] Texnikada işlədilmək üçün hazırlanan zəhərli spirt.

DENDRARİ (ID - 8581)

is. [yun.] Botanika bağının açıq sahələrində plan üzrə əkilmiş ağac və kol bitkiləri.

DENŞİK (ID - 8582)

DEPARTAMENT (ID - 8583)

[fr.] 1. İnqilabdan əvvəl Rusiyada və bəzi xarici ölkələrdə: nazirliyin, ali hökumət və ya məhkəmə idarələri şöbələrinin adı. Layihədən 5 nüsxəni ümumi idarə departamentinin direktoru Baranovskiyə xüsusi bir ərizə ilə...

DEPEŞA (ID - 8584)

[fr.] 1. Təcili diplomatik, hərbi və s. məlumat.
2. Teleqram.

DEPO (ID - 8585)

[fr.] 1. Vaqon və lokomotivlərin dayanması və təmiri üçün xüsusi yer, emalatxana. Dəmiryol deposunda da işi buraxıb tətilə başladılar. M.S.Ordubadi. [Qəhrəmani] ..depoda parovozların təmir ustası vəzifəsində çalışırdı. M.İbrahimov.
2....

DEPONENT (ID - 8586)

[lat.] mal. Depozitə pul və ya qiymətli kağız qoyan.

DEPORTASİYA (ID - 8587)

DEPOZIT (ID - 8588)

[lat.] mal. Müəyyən məqsədlə saxlanılmaq üçün banka və ya başqa kredit idarəsinə verilən pul və ya qiymətli kağız(lar).

DEPRESSİYA1 (ID - 8589)

is. [lat.] Təsərrüfat durğunluğu, bahalıq, ticarət mallarına tələbatın zəifliyi, işsizliklə səciyyələnən vəziyyət.

DEPRESSİYA2 (ID - 8590)

is. [lat.] Bütün ətrafın, hər şeyin qaranlıq içində görünməsi ilə səciyyələnən psixi vəziyyət; ruh düşkünlüyü.

DEPUTAT (ID - 8591)

is. [lat.] 1. Müəyyən edilmiş qayda üzrə qanunverici, yaxud nümayəndəli orqana əhali tərəfındən seçilən şəxs.
2. Nümayəndə. Gürcüstanın həryerindən - uzaq və uca dağlarından, dərin dərələrindən və qalın meşələrindən...

DEPUTATLIQ (ID - 8592)

is. Deputat vəzifəsi. Deputatlığa namizəd. Deputatlıq nişanı. Deputatlıq səlahiyyəti.

DERMATİN (ID - 8593)

[yun.] Üstü sellülozla örtülmüş parçadan hazırlanan süni dəri növü.
// Bu dəridən qayrılmış, üzərinə bu cür dəri çəkilmiş. Dermatin cild.

DERMATOLOGİYA (ID - 8594)

[yun.] Tibb elminin dəri xəstəliklərindən və onların müalicəsindən bəhs edən şöbəsi.

DERMATOLOQ (ID - 8595)

[yun.] Dəri xəstəlikləri mütəxəssisi olan həkim.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed