DAMĞALAMA (ID - 7996)“Damğalamaq”dan f.is.
|
DAMĞALAMAQ (ID - 7997)f. 1. Damğa vurmaq, damğa aləti ilə nişan vurmaq, dağ basmaq. [Gülsənəm:] Ağamın naxırçısı inəyimi damğalayıb bəyin naxırına qatmış. S.S.Axundov.
// Möhür basmaq. 2. məc. Rüsvay etmək, iç üzünü açıb göstərmək,... |
DAMĞALANMA (ID - 7998)“Damğalanmaq”dan f.is.
|
DAMĞALANMAQ (ID - 7999)məch. 1. Damğa basılmaq, damğa vurulmaq, damğa aləti ilə nişan vurulmaq.
// Möhür basılmaq. 2. məc. Ləkə vurulmaq, rüsvay edilmək. |
DAMĞALANMIŞ (ID - 8000)f.sif. 1. Damğa vurulmuş, damğa aləti ilə nişan vurulmuş, dağ basılmış. Səməd sağ yanaqlarından “S” hərfi şəklində damğalanmış qoyunlarını tanıyıb sağmağa başladı. M.Hüseyn.
// Möhür basılmış. 2. məc. Ləkələnmiş,... |
DAMĞALATMA (ID - 8001)“Damğalatmaq”dan f.is.
|
DAMĞALATMAQ (ID - 8002)icb. Damğa vurdurmaq.
|
DAMĞALI (ID - 8003)sif. 1. Damğası olan, dağ basılmış. ..Alnı damğalı adam qulağı damğalı heyvandan pisdir. S.Rəhimov.
2. məc. Ləkəli, üstündə ləkə olan, eyibli, nöqsanlı. [Carçiyev:] Sən onda səhv eləmisən ki, belə bir damğalı nəsildən... |
DAMĞASIZ (ID - 8004)sif. 1. Damğası olmayan, damğa vurulmamış.
2. məc. Ləkəsiz, ləkə vurulmamış, təmiz. |
DAMIZDIRILMA (ID - 8005)“Damızdırılmaq”dan f.vs.
|
DAMIZDIRILMAQ (ID - 8006)məch. Damcı-damcı tökülmək, damcı-damcı axıdılmaq.
|
DAMIZDIRMA (ID - 8007)“Damızdırmaq”dan f.is.
|
DAMIZDIRMAQ (ID - 8008)f Damcı-damcı tökmək, damcı-damcı axıtmaq; damızmaq. Sübhanverdizadə .. fırçanı piyalədə hərlədi, bir az su damızdırdı, təkrar fırçanı dolandırdı, köpük qalxdı. S.Rəhimov.
|
DAMIZMA (ID - 8009)“Damızmaq”dan f.is.
|
DAMIZMAQ (ID - 8010)bax damızdırmaq.
|
DAMLA (ID - 8011)bax damcı. Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır. A.Şaiq. Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi....
|
DAMLACIQ (ID - 8012)is. Kiçik damla (damcı).
|
DAMLAMAQ1 (ID - 8013)bax damcılamaq. Gözlərindən yaş damlayır.
|
DAMLAMAQ2 (ID - 8014)f dan. Dama salmaq, həbs etmək. Oğrunu damladılar. - [İskəndər:] Ağa!.. Nə buyurursunuz, onları damlayaq, yoxsa danışdıracaqsınız? N.Vəzirov. Molla Qəşəm toplanmış pulları da götürüb qaçmağa hazırlaşır. Biz onun adamlarından...
|
DAMLANMA (ID - 8015)“Damlanmaq”dan f.is.
|
DAMLANMAQ (ID - 8016)məch. dan. Dama salınmaq, həbs edilmək. Əhməd, Xuduşun damlandığını eşidincə, Kamalın yanına məsləhətə getdi. Ə.Əbülhəsən.
|
DAMLATDIRILMA (ID - 8017)“Damlatdırılmaq”dan f.is.
|
DAMLATDIRILMAQ (ID - 8018)məch. dan. Dama (həbsə) saldırılmaq; tutdurulmaq.
|
DAMLATDIRMA (ID - 8019)“Damlatdırmaq”dan f.is.
|
DAMLATDIRMAQ (ID - 8020)icb. dan. Dama saldırmaq; tutdurmaq.
|
DAMLATMA (ID - 8021)“Damlatmaq”dan f.is.
|
DAMLATMAQ (ID - 8022)icb. dan. Dama saldırmaq, həbs etdirmək; tutdurmaq.
|
DAMMA (ID - 8023)“Dammaq”dan f.is.
|
DAMMAQ (ID - 8024)f 1. Damcı-damcı axmaq, düşmək, tökülmək. Samovarın lüləyindən su dammaq. Ev damır.
2. məc. Tökülmək, axmaq. Nur dammaq. Danışanda şəkər damar sözündən; Qaymaq dodaqları, ballı sənəm, gəl! Xəstə Qasım. Günəş çəkilirdi,... |
DAMOTU (ID - 8025)is. dan. Qol-budaqlı və üzəri tüklərlə örtülü, təbabətdə işlədilən çoxillik ot bitkisi. [Damotunun] gövdəsinin üzərində qarşı-qarşıya durmuş və yumşaq tüklərlə örtülmüş tünd-yaşıl rəngli saplaqlı yarpaqları yerləşmişdir....
|
DAN (ID - 8026)is. Günün doğmasına azca qalmış havanın işıqlanması, sabah açılarkən günəşin üfüqdə ilk ağarması. Dan işığı. - Axşamın sirrini dan bilər. (Ata. sözü). Sübhün xəbərini gətirəndə dan; Yorğun dost gözləri halsız qapandı....
|
DANA (ID - 8027)sif. [fars.] klas. Alim, bilici. Füzucami-mey tərkin qılıb zöhd ilə təqvadən; Qamu danayə rövşəndir bu kim, nadanlığın vardır. Füzuli.
|
DANA1 (ID - 8028)is. Bir yaşdan iki yaşa qədər olan inək balası. Dana əti. - Danışıq dananı qurda verər. (Məsəl).
|
DANA2 (ID - 8029)dan. Bax dayna. [Bəbir bəy:] Hürriyyətlik dediyin nədi? Özümüzük, lap loru deyək, özümüzük, dana! Mir Cəlal.
|
DANAAYAĞI (ID - 8030)is. bot. Rütubətli meşələrdə bitən iriyarpaqlı çoxillik ot bitkisi.
|
DANABAŞ (ID - 8031)is. məh. 1. Bax danadişi.
2. məc. dan. Küt adam, tərs adam, höcət adam. Danabaşın biridir. |
DANABAŞLIQ (ID - 8032)is. dan. Yekəbaşlıq, kütlük, tərslik, höcət. Danabaşlıq etmək.
|
DANABURNU (ID - 8033)is. bot. Rütubətli yerlərdə bitən ot bitkisi.
|
DANA-BUZOV (ID - 8034)top. Bütün cavan qaramal. Otlaqda dana-buzov otlayır.
|
DANAÇA (ID - 8035)is. Kiçik dana.
|
DANADİŞİ (ID - 8036)is. zool. Rütubətli torpaq altında yaşayan, ağacların və ümumiyyətlə, bitkilərin kökləri ilə qidalanan, başı bədəninə nisbətən böyük olan qurd (böcək). Danadişi torpağın bir metrə qədər dərinliyində qışlayır.
|
DANA-DOLUQ (ID - 8037)top. dan. 1. Kiçikyaşlı qaramal. [Heydər bəy:] Guya ki, bütün Qarabağda dana-doluq oğrusu bir Heydər bəydir. M.F.Axundzadə.
Bəzən istehza və ya etinasızlıqla yetişməmiş, həddi-büluğa çatmamış cavanlar, yaxud qanmaz, mədəniyyətsiz... |
DANA-DUNA (ID - 8038)dan. B ax dana-doluq 2-ci mənada. [Hacı Qurban:] ..Dana-dunanı hərə bir yerə dartacaq, Allah xatirinə, mənə rəhm edin, mən yazığam. N.Vəzirov.
|
DANAGAVALI (ID - 8039)is. məh. İri, yumru, qırmızı gavalı növü.
|
DANA-KƏLÇƏ (ID - 8040)is. Bir yaşa dolmamış camış balası.
|
DANAQIRAN (ID - 8041)is. bot. Yarpaqları zanbaq yarpağına oxşayan bir bitki; novruzçiçəyi.
|
DANALOBYA (ID - 8042)is. bot. İridənəli lobya növü.
|
DANDIRMAQ (ID - 8043)icb. Danmağa məcbur etmək, danmağa səbəb və vasitə olmaq, boynuna almağa qoymamaq.
|
DANƏ1 (ID - 8044)[fars.] klas. bax dən 1-ci mənada. Əkdikləri danələr gögərdi; Bəh, bəh, necə tamlı meyvə verdi! M.Ə.Sabir.
|
DANƏ2 (ID - 8045)bax dənə 1-ci mənada.
|
Bu səhifə dəfə baxılıb