DƏBƏRDİLMƏK (ID - 8696)məch. Yerindən tərpədilmək.
|
DƏBƏRƏGÖZ (ID - 8697)sif. Gözü qabağa çıxıq olan. Dəbərəgöz adam. - Bığı xınalı, dəbərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mir Cəlal.
|
DƏBƏRİLMƏ (ID - 8698)“Dəbərilmək”dən f.is.
|
DƏBƏRİLMƏK (ID - 8699)b a x dəbərdilmək. Heç bir şey yerindən dəbərilməyəcəkdir. M.S.Ordubadi.
|
DƏBƏRİŞMƏ (ID - 8700)“Dəbərişmək”dən f.is.
|
DƏBƏRİŞMƏK (ID - 8701)f 1. Tərpəşmək, tərpəşməyə başlamaq (çoxları haqqında). Bu qədər qışqırığa durdu qonum-qonşu tamam; Dəbərişməz də, veribdir, deyəsən, can, ölüb...ə! M.Ə.Sabir. Paşa duruxub üzünü dəbərişməkdə olan adamlara tutdu....
|
DƏBƏRMƏ (ID - 8702)“Dəbərmək”dən f.is.
|
DƏBƏRMƏK (ID - 8703)f. 1. Yerindən tərpənmək, tərpənmək, yerindən durmaq, qalxmaq. Asta-asta dəbərib qurdalaşırsan, deyəsən; Bəzi əfsanəçilərlə yanaşırsan, deyəsən. M.Ə.Sabir.
// Yerindən durmaq, qalxmaq. Qaçmaq üçün dəbərdi, tez aldı... |
DƏBƏRTMƏ (ID - 8704)“Dəbərtmək”dən f.is.
|
DƏBƏRTMƏK (ID - 8705)f. Yerindən tərpətmək, yerindən oynatmaq. ..Bombaların gurultusu hərdənbir yatmışları, deyəsən, yuxudan dəbərtdi. C.Məmmədquluzadə.
|
DƏBİLQƏ (ID - 8706)is. Döyüşçülərin başlarına qoyduqları metaldan tökülmüş papaq; taskülah. [Molla Cabbar:] Bir dənə uzun bayraq, dəbilqədən, qalxandan, qılıncdan eşşəyəyükləyib düşəcəyəm kəndbəkənd. Ə.Haqverdiyev. Qılınc və nizələrin...
|
DƏBİLQƏLİ (ID - 8707)sif. Başına dəbilqə qoymuş. Dəbilqəli döyüşçü.
|
DƏBİR (ID - 8708) |
DƏC (ID - 8709)is. məh. 1. Bir yerə yığılmış arpa, buğda və s.-yə əl toxunmasın deyə, onu nişanlamaq üçün taxtadan və s.-dən qayrılan iri möhür (nişan). Xırmana qayıtdıqda hamını heyrət aldı. Doğrudan da, ehram buğdanın dəci pozulmuşdu....
|
DƏCCAL (ID - 8710)is. [ər.] Dini etiqadlara görə, guya qiyamətdə zühur edərək adamları azdırıb dindən uzaqlaşdıracaq əfsanəvi şəxsiyyət. [Molla Vəli:] Yazırlar ki, dəccalın qoşunlarının alınlarında bircə gözləri olacaq. Ə.Haqverdiyev.
... |
DƏCƏL (ID - 8711)sif. 1. Dinc oturmayan, rahat durmayan, nadinc. Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq. A.Səhhət. Dəcəl uşaq kimi minib; Dəniz ləpələrinə, yellənir. R.Rza. Heç on beş il bundan...
|
DƏCƏLƏ (ID - 8712)is. məh. Quş cələsi, quş tutmaq üçün tələ. Quşu dəcələ ilə tuturlar.
|
DƏCƏLLƏŞMƏ (ID - 8713)“Dəcəlləşmək”dən f.is.
|
DƏCƏLLƏŞMƏK (ID - 8714)f Daha da dəcəl olmaq, nadinc olmaq, dəcəllik etmək.
|
DƏCƏLLİK (ID - 8715)is. Nadinclik. Dəcəllik etmək. Uşaq dəcəlliyi. - Zeynəb dəcəllik etməyi, kiçik bir bəhanə tapıb adamlara sataşmağı, müsahibinin utandığını, .. gülməyi çox sevərdi. İ.Şıxlı.
|
DƏCLƏMƏ (ID - 8716)“Dəcləmək”dən f.is.
|
DƏCLƏMƏK (ID - 8717)f məh. 1. Dəstə ilə yığmaq, nizamla toplamaq. Dəftərləri dəcləmək.
Sıra ilə deşmək və ya sıra ilə daş və ya mıx çaxmaq. ..[Yaqubcanın] əlindən min peşə gələrdi: dəyirman daşı dişəmək, vəl dəcləmək... S.Rəhimov. Bir... |
DƏCLƏNMƏ (ID - 8718)“Dəclənmək”dən f.is.
|
DƏCLƏNMƏK (ID - 8719)məch. məh. 1. Dəstə ilə yığılmaq, səliqə ilə toplanmaq.
Sıra ilə daş və ya mıx çalınmaq. ..Təzə dəclənmiş vəlin iti dişləri açılan yerləri cızıq-cızıq edirdi. S.Rəhimov. Dəclə 1-ci mənada nişanlanmaq. |
DƏDƏ (ID - 8720)is. 1. Ata. Dədə görməyib, elə bilir
ki, Şaqqulu da bir dədədir. (Ata. sözü). [Qurban:] Dədəm öldü, mən də qaldım on altı-on yeddi yaşında. Ə.Haqverdiyev. Dədəmin övladı olmamağına görə nəzir eyləyir ki, bir qızım olsun,... |
DƏDƏ-BABA (ID - 8721)is. 1. Ulu babalar, əcdad. Dədə-baba qaydasınca. - Kassirlə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.
2. Dədə-babadan şəklində zərf - babalardan, qədimdən, çox köhnədən. □ Dədəbabadan... |
DƏDƏLİ (ID - 8722)sif. Atası olan, atalı. Elədimi mən yetim; Sən dədəli, mən yetim; Özün murada yetdin; Dua elə, mən yetim. (Bayatı).
|
DƏDƏLİK (ID - 8723)is. Atalıq, ögey ata. ..Nəcəfqulunu da hərdənbir döyərdim və bu da qaçardı dədəliyinə şikayətə. C.Məmmədquluzadə.
|
DƏDƏMALI (ID - 8724)bax dədəverdi. [Molla Nəsrəddin:] Bu qızılları ki sayırdım, o mənim arvadımın dədəmalısıdır. “M.N.lətif.”.
|
DƏDƏSİZ (ID - 8725)sif. və is. Atasız. Əziziyəm təndirə; Odun qala təndirə; Dədəsizin nə həddi; Dədəliyə tən dura? (Bayatı).
|
DƏDƏVERDİ (ID - 8726)is. məh. Arvadın öz atası evindən gətirdiyi mal, müxəlləfat, cehiz. Ay balam, o, arvadın dədəverdisidir. Siz də dünyada dava axtarmağa lap azarlısınız. S.Rəhimov.
|
DƏF1 (ID - 8727)is. [fars.] Xanəndə və dəfçalanların barmaqla çaldıqları, bir üzünə dəridən sələ çəkilmiş sağanaqdan ibarət çalğı aləti; qaval. Dəf çalmaq (vurmaq). Zınqırovlu dəfi
Çalsın dəfü-ney, naləvü-əfğan yola düşsün.... |
DƏF2 (ID - 8728)[ər.] 1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə. [Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev.
□ Dəf etmək (eləmək) ortadan qaldırmaq, bərtərəf etmək. [Əziz bəy:] Amma Ağa Həsən... |
DƏF3 (ID - 8729)is. məh. Xəmiri üstünə qoyub təndirə yapmaq üçün işlədilən alət.
|
DƏFÇALAN (ID - 8730)bax dəfçi 1-ci mənada.
|
DƏFÇİ (ID - 8731)is. 1. Dəf çalan adam; dəfçalan. Dəfçi döşünü irəli verib başını dik tutaraq, dəfin qabırğasına döşəyirdi. M.Süleymanov.
2. Dəf qayıran usta. |
DƏFÇİLİK (ID - 8732)is. Dəf çalmaq işi, dəfçalanın peşəsi, sənəti.
|
DƏF-DUMBUL (ID - 8733)is. Çalğı mənasında.
|
DƏFƏ (ID - 8734)zərf [ər.] 1. Kəmiyyət bildirən sözlə birgə işləndikdə bir işin, hərəkətin, hadisənin hər bir momentini, təkrarmı bildirir; kərə. Bir neçə dəfə. Çox dəfə. - On dəfə ölç, bir dəfə biç. (Ata. sözü). Yüz dəfə xəzan...
|
DƏFƏAT (ID - 8735)[ər. “dəfə” söz. cəmi] köhn. Adətən “ilə” qoşması (bitişik yazıldıqda - la) ilə birlikdə - dəfələrlə, bir neçə kərə. Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı...
|
DƏFƏ-DARAQ (ID - 8736)is. dan. zar. Ləvazimat, dəsgah (3-cü mənada). Bu iş üçün dəfə-daraq lazım deyil.
|
DƏFƏLƏRLƏ (ID - 8737)zərf 1. Bir neçə dəfə, təkrarən. O, dəfələrlə mükafatlandırılmışdır. Dəfələrləxəbərdarlıq etmək. - ..Daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı və bu yupyumru hamar, qara daşla dəfələrlə böyük...
|
DƏFƏTƏN (ID - 8738)zərf [ər.] köhn. Dərhal, o saat, əlüstü, birdən, bir dəfədə. Xlestakov qızışıb deyir: - Mənim hökmlərim dəfətən cari olur! F.Köçərli.
|
DƏFİNƏ (ID - 8739)is. [ər.] Yer altında gizlədilmiş, yaxud gizli halda qalan xəzinə. Heydərbaba, səndə dəfinələr var; Dağlar vədiəsi xəzinələr var.. Şəhriyar.
// məc. Yeraltı sərvət mənasında. Biz açdıq torpağın altında qalmış; Gün... |
DƏFİNƏLİ (ID - 8740)sif. Dəfınəsi olan, xəzinəsi olan; çox zəngin yeraltı sərvətləri olan. Dəfinəli Xəzərin neftli bağrı sökülür. İ.Səfərli.
|
DƏFN (ID - 8741)is. [ər.] Ölünü basdırma, torpağa təslim etmə. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün şəhərin tüccarı və əyanı onun dəfnində iştirak edirdi. Ə.Haqverdiyev. Xanların yaralandığı səhnə...
|
DƏFNƏ (ID - 8742)is. 1. bot. Yarpaqları yeyinti və konserv sənayesində istifadə olunan həmişəyaşıl ağac və ya kol. Dəfnə ağacına Zaqafqaziyada çox təsadüf edilir. - Dəfnə bitkisinin meyvələri xırda, qararəngli, birtoxumlu və yumurta formalıdır....
|
DƏFN-KƏFN (ID - 8743)[ər.]: dəfn-kəfn etmək köhn. - ölünü kəfənləyib basdırmaq. Comərd dədəsini dəfn-kəfn eləyib basdırdı. (Nağıl).
|
DƏFTƏR (ID - 8744)is. [ər. əsli yun.] 1. Yazı yazmaq, yaxud rəsm çəkmək üçün kitab şəklində tikilmiş eyniölçülü kağız dəstəsi. 0agird dəftəri. Cib dəftəri. Ümumi dəftər. Rəsm dəftəri. - Gəncliyimin ilk xatirə dəftərində; Bu nəğmənin...
|
DƏFTƏRÇƏ (ID - 8745)is. Kiçik dəftər, cibdə gəzdirilən dəftər; bloknot. Bahadır dəftərçəsini xeylaq yazandan sonra meşədə gəzirdi. N.Nərimanov. Vəli döş cibindəki bütün kağızları çıxartdı, balaca bir yazı dəftərçəsindən başqa hər şeyi...
|
Bu səhifə dəfə baxılıb