
DƏBİLQƏis. Döyüşçülərin başlarına qoyduqları metaldan tökülmüş papaq; taskülah. [Molla Cabbar:] Bir dənə uzun bayraq, dəbilqədən, qalxandan, qılıncdan eşşəyəyükləyib düşəcəyəm kəndbəkənd. Ə.Haqverdiyev. Qılınc və nizələrin əsər etmədiyi dəmir geyimlər və polad dəbilqələr ağır əmud zərbələrinin altında əzilərək bədənlərəyeriyirdi. M.S.Ordubadi.
Paylaşın - Hamı bilsin
|