
DƏFƏAT[ər. “dəfə” söz. cəmi] köhn. Adətən “ilə” qoşması (bitişik yazıldıqda - la) ilə birlikdə - dəfələrlə, bir neçə kərə. Bu mətləb barəsində dəfəat ilə yazılıbsa da, heyfən ki, yazıçıların nalə və fəryadı sahibiixtiyarların və dadrəslərin qulaqlarına yetişməyibdir. F.Köçərli. [Məkkədən qayıtmaqda olan hacı:] Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|