
DƏDƏ-BABAis. 1. Ulu babalar, əcdad. Dədə-baba qaydasınca. - Kassirlə dədə-babadan qanbir qohum çıxanlar bir-birinə yapışmışdılar. Mir Cəlal.
2. Dədə-babadan şəklində zərf - babalardan, qədimdən, çox köhnədən. □ Dədəbabadan qalma - çox köhnə, qədim. [Hacı Murad:] Yox, onlar da dədə-babadan qalma adətlərdir. S.S.Axundov. Paylaşın - Hamı bilsin
|