DƏCƏLsif. 1. Dinc oturmayan, rahat durmayan, nadinc. Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq. A.Səhhət. Dəcəl uşaq kimi minib; Dəniz ləpələrinə, yellənir. R.Rza. Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır. M.İbrahimov.
// İs. mənasında. Harda gül görsə; Dəcəllər dərir. M.Seyidzadə. Rizvan ilə beş dəcəl; Hər gün burda oynayır. M.Dilbazi. Cavan heyvanlar haqqında. Qaşqa day xam atların ən dəcəli idi. İ.Əfəndiyev. Bayaqkı oynaq və dəcəl tula, quyruğunu bulaya-bulaya on addım irəlidə .. gedirdi. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|