DƏFƏLƏRLƏzərf 1. Bir neçə dəfə, təkrarən. O, dəfələrlə mükafatlandırılmışdır. Dəfələrləxəbərdarlıq etmək. - ..Daşı Məsmə qarı dəfələrlə gəlib anadan alıb aparmışdı və bu yupyumru hamar, qara daşla dəfələrlə böyük bir teşt içində abqora üçün qora əzmişdi... Ə.Məmmədxanlı.
2. Qat-qat, çox-çox. [Zeynalın] elmi, biliyi dəfələrlə özünün bildiklərindən artıqdı, çoxdu. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|