DƏFTƏRis. [ər. əsli yun.] 1. Yazı yazmaq, yaxud rəsm çəkmək üçün kitab şəklində tikilmiş eyniölçülü kağız dəstəsi. 0agird dəftəri. Cib dəftəri. Ümumi dəftər. Rəsm dəftəri. - Gəncliyimin ilk xatirə dəftərində; Bu nəğmənin qırıq-qırıq sətirləri.. M.Araz. Bilirsən ki, necə anar; Qələm məni, dəftər məni! M.Müşfiq.
2. Haqq-hesab və hesabat işlərini yazmaq üçün müxtəlif formada cızıqlanmış, kitab şəklində eyni ölçüdə kəsilmiş kağız dəstəsi. [Məşədi:] Dükan sahibi isə dəftər və çötgəni çıxarıb hesaba məşğul olur. Ə.Haqverdiyev. Hacı öz dükanlarından birini kontor kimi düzəldib buraya bəzi kitab, dəftər və kağız-kuğuz qoymuşdu. S.Şamilov. □ Dəftərdən düşmək - yaddan çıxıb adı dəftərə yazılmamaq, bir yerə qeyd edilməmək. Dəftərə düşmək - müəyyən məqsəd üçün dəftərə qeyd edilmək. Onun adı dəftərə düşdü. Hər nə istəsəniz verək, ancaq o, idarənin dəftərinə düşübdür! S.Rəhimov. Paylaşın - Hamı bilsin
|