DƏF2[ər.] 1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə. [Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev.
□ Dəf etmək (eləmək) ortadan qaldırmaq, bərtərəf etmək. [Əziz bəy:] Amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. M.F.Axundzadə. Dəf olmaq - uzaqlaşmaq, sovuşmaq, başdan olmaq, rədd olmaq, yox olmaq, ortadan qalxmaq. 2. Həmləni geri qaytarma, hücumun qarşısını alma, müqavimət göstərmə. □ Dəf etmək - qaytarmaq, qarşısını almaq (hücumun və s.). Qoşun düşmənin hücumunu dəf etməyə çalışırdı. Çəmənzəminli. ..Nəhayət, ayın iyirmi doqquzundakı həmləsi də dəf edildikdən sonra, düşmən böyük tələfatla geri çəkilmişdi. Ə.Əbülhəsən. Paylaşın - Hamı bilsin
|