DUYMAQ (ID - 11096)f 1. Hiss etmək, hiss üzvlərinin biri vasitəsilə qavramaq. Ləhzə həvəsindən uymaz idim; Günüzlə gecəni duymaz idim. Xətayi. [Qarışqalar] evlərinin möhkəm olmayacağını duyub, quru divarları dağıdırlar və təzədən palçıq...
|
DUYUXMA (ID - 11097)“Duyuxmaq”dan f.is.
|
DUYUXMAQ (ID - 11098)f 1. Ayılmaq, ayıq düşmək, başa düşmək, duymaq. ..Yatışan itlər duyuxmasın deyə, qəsdən daxmalardan uzaqlaşıb şenliyin baş tərəfindən dərəyə gedən araba yoluna çıxdılar. M.Hüseyn.
2. Duruxmaq, çaşmaq, ürkmək. Ələmdar... |
DUYUQ (ID - 11099)sif. 1. Duyğu hissi iti olan, tez duyan, ayıq.
2. Xəbər. Kəndə duyuq yayıldı. □□ Duyuq düşmək - duymaq, xəbər tutmaq, xəbərdar olmaq. Adamlar bu işdən duyuq düşdülər. Bunlar divardan aşanda qazamat qulluqçuları duyuq... |
DUYUQLUQ (ID - 11100)is. Tez duyma, tez hiss etmə, tez başa düşmə qabiliyyəti, ayıqlıq, sayıqlıq.
|
DUYUQSUZ (ID - 11101)sif. 1. Duyma qabiliyyəti olmayan.
2. zərf Xəbərsiz, xəbəri olmadan. Kəndlilərin hamısı bir-birindən duyuqsuz halda yavaşca dedilər.. Ə.Vəliyev. |
DUYULMA (ID - 11102)“Duyulmaq”dan f.is.
|
DUYULMAQ (ID - 11103)məch. Hiss edilmək, sezilmək, başa düşülmək. Çadırdan-çadıra qonaq gəzərdin; Yazıq! Duyulmadı sənin də dərdin. S.Vurğun. Bağda rütubət qarışıq iydə ətri duyulurdu. İ.Əfəndiyev. Məhəbbət sezildi nənə səsində; Nənə...
|
DUYULMAZ (ID - 11104)sif. və zərf Duyula bilməyən, hissedilməz; sezilə bilməyən. Ürəkdə qaldı məramım, duyulmaz oldu səsim.
H.Cavid. |
DUYUŞ (ID - 11105)is. Duyma. Qaz duyuşu.
|
DUZ (ID - 11106)is. 1. Xörəyi dada gətirmək üçün ona qatılan kəskin dadlı, şor ağ kristal maddə. Xörək duzu.
□ Daş duzu - bax daşduz. ..Duzu dağlardan daş kəsən kimi kəsirlər ki, belə duza daş duzu deyirlər. H.Zərdabi. Dəniz duzu - dəniz... |
DUZAQ (ID - 11107)is. Quş və vəhşi heyvan tutmaq üçün alət; tələ, cələ. Tülkü iki dəfə duzağa düşməz. (Ata. sözü).
// məc. Hiylə, kələk, tələ. Təhlükə bilməyən, duzaq bilməyən; Qorxusuz yolçular, ulu yolçular. R.Rza. □ Duzaq... |
DUZ-ÇÖRƏK (ID - 11108)is. 1. Duz və çörək. Ağsaqqal-cavan, qoca-qarı, gəlin-qız hamı əllərində duz-çörək altdan-yuxarı çıxmağa başladı. Ə.Vəliyev.
məc. Yaşama vəsaiti, dolanacaq üçün zəruri olan şeylər; çörək, yemək-içmək. □□... |
DUZÇU (ID - 11109)is. 1. Duz istehsalatı işçisi.
2. Duzsatan. |
DUZÇULUQ (ID - 11110)is. Duz istehsalı, duz istehsal etmə.
|
DUZDAQ (ID - 11111)bax duzlaq. [Yaşar:] ..Kəndimizin yanında ucsuz-bucaqsız geniş düzən vardır. O, duzdaqdır. C.Cabbarlı.
|
DUZƏX (ID - 11112)is. [fars.] Cəhənnəm. Duzəxə girməz sitəmindən yanan; Qabili-cənnət degil əhli-əzab. Füzuli. Gedərəm duzəxə mərdü mərdanə; Əsli budur sözün sağı, səninlə. Q.Zakir. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb...
|
DUZXANA (ID - 11113)is. Təbii halda çıxarılan duzu qaynadıb xörəyə işlənmək üçün yararlı hala gətirən karxana.
|
DUZQABI (ID - 11114)is. İçinə duz tökmək üçün kiçik qab; nəməkdan. Duzunu dadıb, duzqabını sındırmaq yaramaz. (Ata. sözü).
|
DUZQIRAN (ID - 11115)is. xüs. Duz mədənlərində sal duzu qırıb çıxaran fəhlə.
// Sif. mənasında. Duzqıran maşın. |
DUZLADILMA (ID - 11116)“Duzladılmaq”dan f.is.
|
DUZLADILMAQ (ID - 11117)“Duzlatmaq”dan məch.
|
DUZLAQ (ID - 11118)is. 1. Duz olan yer, duz mədəni. Şoranlıq duz duzlaq kimi ağarır, acı duz qoxusu beyinləri çatladırdı. S.Rəhimov.
Duz çıxarmaq üçün dəniz kənarında əmələ gətirilən və ya təbii halda olan göl. Duzlağa buraxılan dəniz suyu... |
DUZLAMA (ID - 11119)“Duzlamaq”dan f.is.
|
DUZLAMAQ (ID - 11120)f 1. Bir şeyin üstünə duz səpmək, duz vurmaq. Xörəyi duzlamaq. Balığı duzlamaq. - ..İsti tərəflərdə əti saxlamaqdan ötrü duzlayıb, qurudub hisə verirlər. H.Zərdabi.
2. Duz məhlulunda hazırlamaq. Xiyarı, kələmi duzlamaq. ... |
DUZLANDIRILMA (ID - 11121)“Duzlandırılmaq”dan f.U.
|
DUZLANDIRILMAQ (ID - 11122)məch. Duzlu hala gətirilmək, duzlu edilmək, duzluluğu artırılmaq.
|
DUZLANDIRILMIŞ (ID - 11123)f.sif. Duzlu hala gətirilmiş, tərkibindəki mineral duzun miqdarı artırılmış.
|
DUZLANDIRMA (ID - 11124)“Duzlandırmaq”dan f.is.
|
DUZLANDIRMAQ (ID - 11125)f Duzlu hala salmaq, duzlu etmək.
|
DUZLANMA (ID - 11126)“Duzlanmaq”dan f.is.
Torpağın duzlanması - torpaqda münbitliyə mane olan mineral duzların artması. |
DUZLANMAQ (ID - 11127)1. məch. Duz vurulmaq, üstünə duz səpilmək.
məch. Canına duz hopdurulmaq. t-siz. Duzlar əmələ gəlmək, tərkibində mineral duzların miqdarı artmaq. |
DUZLANMIŞ (ID - 11128)f.sif. 1. Duz vurulmuş, duz səpilmiş. Duzlanmış ət.
2. Saxlamaq üçün duzlu suya qoyulmuş; duzlu. Duzlanmış xiyar, kələm. // Canına duz hopdurulmuş. Duzlanmış dəri. |
DUZLAŞDIRILMA (ID - 11129)“Duzlaşdırılmaq”dan f.U.
|
DUZLAŞDIRILMAQ (ID - 11130)məch. Duza çevrilmək, duz halına gətirilmək.
|
DUZLAŞDIRMA (ID - 11131)“Duzlaşdırmaq”dan f.is.
|
DUZLAŞDIRMAQ (ID - 11132)f Duza çevirmək, duz halına gətirmək.
|
DUZLAŞMA (ID - 11133)“Duzlaşmaq”dan f.is.
|
DUZLAŞMAQ (ID - 11134)f Duza çevrilmək, duz halına gəlmək, duz kimi olmaq; şoranlaşmaq.
|
DUZLATDIRMA (ID - 11135)“Duzlatdırmaq”dan f.is.
|
DUZLATDIRMAQ (ID - 11136)b ax duzlatmaq.
|
DUZLATMA (ID - 11137)“Duzlatmaq”dan f.is.
|
DUZLATMAQ (ID - 11138)“Duzlatmaq”dan icb. Balıqları, əti duzlatmaq.
|
DUZLAYICI (ID - 11139)is. İstehsalatda məhsulları duzlamaqla məşğul olan işçi, fəhlə.
|
DUZLU (ID - 11140)sif. 1. Tərkibində duz olan; şor. Duzlu göl. Duzlu su. Xəzər dənizinin ətrafında duzlu göllər çoxdur.
Kifayət qədər və ya lüzumundan artıq duzlanmış, duz vurulmuş; şor. Duzlu pendir. // Duza, duzlu suya qoyulmuş, duz hopdurulmuş.... |
DUZLUCA (ID - 11141)sif. 1. Daha çox duzlu. Duzluca pendir.
2. məc. Xoşagələn, şirin, yaxşı. Duzluca söhbət. |
DUZLUQ (ID - 11142)is. 1. Bax duzqabı.
2. B a x duzlaq. |
DUZLUQÖLÇƏN (ID - 11143)is. xüs. Bir məhlulun duzluluq dərəcəsini müəyyən etmək üçün cihaz.
|
DUZLULUQ (ID - 11144)is. 1. Duzlu şeyin halı; şorluq. Suyun duzluluq dərəcəsi.
2. məc. Ürəyə yatmağa, xoşa gəlməyə səbəb olan xüsusiyyət; qanışirinlik, suyuşirinlilik, yapışıqlılıq. |
DUZSEVƏN (ID - 11145)sif. Duzlu torpaqlarda yaxşı bitən. Duzsevən bitkilər.
|
Bu səhifə dəfə baxılıb