
DUZƏXis. [fars.] Cəhənnəm. Duzəxə girməz sitəmindən yanan; Qabili-cənnət degil əhli-əzab. Füzuli. Gedərəm duzəxə mərdü mərdanə; Əsli budur sözün sağı, səninlə. Q.Zakir. Və onların hamısından pisi budur ki, duzəxdə bir əqrəb var ki, onun başı yeddinci göyə gedib çatır. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|