İzahlı lüğət

DİLİACILIQ (ID - 9796)

bax acıdillik.

DİLİBOZ (ID - 9797)

sif. dan. Dildən kobud, qabadanışan.

DİLİCAN (ID - 9798)

is. [fr.] Keçmişdə dördtəkərli poçt, ya minik arabası.

DİLİGÖDƏK (ID - 9799)

sif. Birinin yanında eybi, nöqsanı, qüsuru, yaxud sirri olduğu üçün hal və hərəkətində inamı və cəsarəti olmayan; danışmağa, söz söyləməyə, yaxud etiraz etməyə haqqı olmayan.

DİLİGÖDƏKLİK (ID - 9800)

is. Birinin yanında eybi, qüsuru, nöqsanı, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, yaxud etiraz etməyə haqqı olmadığını hiss etmə. Diligödəkliyi də o babətdən idi ki, Münəvvər xanımın binadan-başdan uşağı...

DİLİK (ID - 9801)

is. 1. Nəyinsə uzunsov hissəsi.
2. köhn. Bəzək.

DİLİK-DİLİK (ID - 9802)

sif. 1. Kənarı diliklər şəklində olan. Kənarı dilik-dilik süfrə.
2. Tikə-tikə, parça-parça.
□ Dilik-dilik etmək - parça-parça etmək, tikə-tikə etmək. Dilik-dilik olmaq - parçalanmaq, parçaparça olmaq. O, kağızı cırıb...

DİLİKƏSİK (ID - 9803)

bax diligödək.

DİLİKLƏMƏ (ID - 9804)

“Dilikləmək”dən f.is.

DİLİKLƏMƏK (ID - 9805)

f Dilik-dilik etmək, diliklər şəklinə salmaq. Haşiyə taxtasını dilikləmək. Paltar ətəyini dilikləmək.

DİLİKLƏNMƏ (ID - 9806)

“Diliklənmək”dən f.is.

DİLİKLƏNMƏK (ID - 9807)

məch. Dilik-dilik edilmək, diliklər düzəldilmək.

DİLİKLƏTMƏ (ID - 9808)

“Diliklətmək”dən f.is.

DİLİKLƏTMƏK (ID - 9809)

icb. Dilik-dilik kəsdirmək, diliklər düzəltdirmək. Yaylığı diliklətmək.

DİLİKLİ (ID - 9810)

sif. Diliyi, ya dilikləri olan. Dilikli yaxalıq. Ətəyi dilikli paltar. Dilikli qala divarları.

DİLİQISA (ID - 9811)

b ax diligödək.

DİLİQISALIQ (ID - 9812)

bax diligödəklik.

DİLİM (ID - 9813)

is. Uzununa dil kimi kəsilmiş parça, ya bu cür hissələrə ayrılmış bir şeyin hər parçası. Portağal dilimi. Qovundan bir dilim kəs. - Bürcəliyev çiynini ata-ata güldü, onun .. yemiş dilimi kimi ağaran kəlləsi .. atılıb-düşdü....

DİLİM-DİLİM (ID - 9814)

zərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. - [Gülsənəm] ..balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər,...

DİLİMLƏMƏ (ID - 9815)

“Dilimləmək”dən f.is.

DİLİMLƏMƏK (ID - 9816)

f. Dilim şəklində doğramaq, dilim-dilim kəsmək. Qarpızı, qovunu dilimləmək. - Hamı evin qabağında qoyulan və üstünə xalça salınan taxta əyləşdi, yemişi kəsib dilimlədilər. Mir Cəlal.

DİLİMLƏNDİRMƏ (ID - 9817)

“Dilimləndirmək” dən f.is.

DİLİMLƏNDİRMƏK (ID - 9818)

f Dilim şəklinə salmaq, dilimləmək.

DİLİMLƏNMƏ (ID - 9819)

“Dilimlənmək”dən f.is.

DİLİMLƏNMƏK (ID - 9820)

məch. Dilim şəklində doğranmaq, dilim-dilim kəsilmək. Yarımkürəyə oxşayan qarpızparçasının biri dilimlənərəkyeyilmişdi. M.İbrahimov.

DİLİMLƏTMƏ (ID - 9821)

“Dilimlətmək”dən f.is.

DİLİMLƏTMƏK (ID - 9822)

icb. Dilim şəklində doğratmaq, dilim-dilim kəsdirmək.

DİLİMLİ (ID - 9823)

sif. Dilimi olan, dilim-dilim.

DİLİR (ID - 9824)

sif. [fars.] köhn. İgid, qəhrəman, şücaətli.

DİLİŞİRİN (ID - 9825)

sif. 1. Mehriban, sevimli, qanıisti. Dilişirin uşaq.
2. Danışarkən bəzi səsləri, məs.: “s”-ni “ş”, “k”-ni “c” kimi tələffüz edən adam haqqında.

DİLİŞİRİNLİK (ID - 9826)

is. Mehribanlıq, qanıistilik, sevimlilik.

DİLİUZUN (ID - 9827)

sif. İşində, hərəkətində heç bir nöqsan və qüsur olmadığını duyduğu üçün, işində müvəffəq olduğu üçün cəsarətlə danışmağa, iddialanmağa özünü haqlı bilən.

DİLİUZUNLUQ (ID - 9828)

is. Dili uzun olma.
Diliuzunluq eləmək - yerli-yersiz danışmaq, yaxud özünə aid olmayan söhbətə qarışmaq.

DİLİ-ZAR (ID - 9829)

[fars.] klas. şair. Ürəyi dağlı, ürəyi yaralı. Qıldı kənar zülfünü rüxsariyardən; Verdi nəsimi-sübh dili-zardan xəbər. S.Ə.Şirvani. Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə; Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin....

DİLKEŞ (ID - 9830)

sif. [fars.] klas. 1. Ürəkaçan, könülaçan, qəlbi sevindirən. Ey camalı günəş, zülfləri dilkeş; Cana saldın atəş, çıxanda sərxoş. M.P.Vaqif. Ol mənzəreyi-dilkeşə min çeşmlə guya; Bir riqqət ilə çərx özü eylərdi təmaşa....

DİLQANADAN (ID - 9831)

is. bot. Bəzi növlərinin tərkibində rəng və dərman maddələri olan birillik və çoxillik ot bitkisi.

DİLQANAN (ID - 9832)

bax dilbilən.

DİLLƏNDİRMƏK (ID - 9833)

icb. 1. Dillənməyə, danışmağa, söyləməyə məcbur etmək. Dərdliyə söz deməyin; Dərd onu dilləndirər. (Bayatı). [Əntiqəni] dindirib dilləndirmək mümkün olmurdu. Mir Cəlal.
2. məc. Çalmaq, səsləndirmək; səs çıxarmağa...

DİLLƏNDİRİLMƏ (ID - 9834)

“Dilləndirilmək”dən f.is.

DİLLƏNDİRİLMƏK (ID - 9835)

məch. Dillənməyə, danışmağa, söyləməyə məcbur edilmək; danışdırılmaq, dilə gətirilmək.

DİLLƏNDİRMƏ (ID - 9836)

“Dilləndirmək”dən f.is.

DİLLƏNMƏ (ID - 9837)

“Dillənmək”dən f.is.

DİLLƏNMƏK (ID - 9838)

f 1. Danışmaq, dilə gəlmək, ağzını açıb söz söyləmək. Sevincindən gözləri yaşaran ana dilləndi. S.Rəhman. Tahirzadə dillənən kimi sükut bərpa olundu. Mir Cəlal.
2. Səs çıxarmaq, oxumaq, ötmək; çalmaq. Bülbüllər axşam-səhər;...

DİLLƏŞMƏ (ID - 9839)

“Dilləşmək”dən f.is.

DİLLƏŞMƏK (ID - 9840)

f 1. Danışmaq, bir-biri ilə söhbət etmək. Ləzzət olur yar-yar ilə dilləşə; Hicran çəkib çiçəklənə, gülləşə. Xəstə Qasım.
// Məc. mənada. Quşlar bu tellər üstündə oturub dilləşirlər. Mir Cəlal.
Bəhsləşmək,...

DİLLİ (ID - 9841)

sif. 1. Ağzında dili olan.
// Danışa bilən, danışmağa qadir olan.
məc. Dilavər, danışmaqda usta və cəsarətli. Dilli balalar isə, - “Ana, suyumuz yoxdur”, - deyib boyunları buruq cavab verirlər. N.Nərimanov. O məni, mən...

DİLLİ-AĞIZLI (ID - 9842)

sif. Şirin danışıqlı, xoş danışan, nəzakətli; dilli (2-ci mənada). İnanırıq, görürük ki, [Həsənağa] çox dilliağızlı gənc olduğu kimi, .. hər bir hərəkətində səmimi olduğunu göstərirdi. M.S.Ordubadi. Yaxşı işləyir,...

DİLLİ-DİLAVƏR (ID - 9843)

b ax dilli 2-ci mənada. [Əsmərdə] bir duyğu oyanırdı: Ziba kimi bacarıqlı, dilli-dilavər, zirək bir qız olmaq. S.Hüseyn. Təbabətə aid cihazların adlarını, yerini əzbər bilən, dilli-dilavər bir şəfqət bacısı hazırlaya bilmişdi....

DİLLİ-DİLAVƏRLİK (ID - 9844)

is. Dillilik, dilavərlik. Katib, qızın zirək, dilli-dilavərliyi haqqında ilk zənninin doğru olmağından məmnun bir halda .. asfalt yola baxdı. Mir Cəlal.

DİLLİ-FEİLLİ (ID - 9845)

sif. 1. Bax dilli-dilavər.
2. Danışqan və çalışqan.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed