DİLİM-DİLİMzərf və sif. Dilimlər halında, dilimlər şəklində. Dilim-dilim kəsmək. Dilim-dilim etmək. Qovunu dilim-dilim doğrayıb boşqaba yığmaq. - [Gülsənəm] ..balaca stolun üstünə dilim-dilim doğradığı təndir çörəyi ilə bərabər, yağ, bal və pendir düzmüşdü. M.Hüseyn. Dilim-dilim kəsildi; Taşhavuz qovunları. S.Rüstəm.
// Uzun dillər halında yuxarı qalxan. Dilim-dilim alov kimi baxışlardan qəzəb yağır. S.Vurğun. Alov buxağının bacasından dilim-dilim qalxdıqda Qərənfil xala yağı əritmək üçün sapılcanı ocağın üstünə qoydu. Ə.Vəliyev. Dilim-dilim olmaq - tikə-tikə olmaq. Sonra o, dilim-dilim olmuş yaylığının ucu ilə çuxura düşmüş balaca boz gözlərini sildi. S.Rəhimov. Dilim-dilim olasan, dilimdilim olmuş - qarğış ifadəsi. // Cizgilər, şırımlar, zolaqlar halında olan. Paylaşın - Hamı bilsin
|