İzahlı lüğət

DÜZGÜNLƏŞDİRMƏ (ID - 11446)

“Düzgünləşdirmək”dən f.is.

DÜZGÜNLƏŞDİRMƏK (ID - 11447)

f Düzgün hala salmaq, qaydaya salmaq, nizama salmaq. [Yaşar:] Əlbəttə, suvarma işlərini düzgünləşdirməklə qızdırmanı da aradan qaldırmaq olar. C.Cabbarlı.

DÜZGÜNLƏŞMƏ (ID - 11448)

“Düzgünləşmək”dən f.U.

DÜZGÜNLƏŞMƏK (ID - 11449)

f Düzgün şəklə düşmək, düzgün olmaq, qaydaya düşmək, nizama düşmək.

DÜZGÜNLÜK (ID - 11450)

is. Düzlük, doğruluq. Fikrin düzgünlüyü. Tələffüzün düzgünlüyü.

DÜZXƏTLİ (ID - 11451)

sif. Düz istiqamətlə gedən, düz xətlə gedən (uzanan, yerləşən).

DÜZQAMƏT(Lİ) (ID - 11452)

sif. Qaməti düz, sərrast. İmran kişi üzdən arıq və cansız görünən, ucaboy, şax dayanan, düzqamətli bir kişi idi. M.Hüseyn.

DÜZQANADLILAR (ID - 11453)

is. zool. Çəyirtkə və s. əhatə edən həşərat dəstəsi.

DÜZQƏLBLİ (ID - 11454)

sif. Təmizürəkli, səmimi, ürəyiaçıq. Düzqəlbli adam.

DÜZQƏLBLİLİK (ID - 11455)

is. Təmizürəklilik, səmimilik, ürəyiaçıqlıq.

DÜZLƏMƏ (ID - 11456)

“Düzləmək”dən f.is.

DÜZLƏMƏK (ID - 11457)

f Düzən halına salmaq, hamarlamaq, çala-çuxurunu düzəltmək. Buldozerlər yeri düzləyir. - Od-alov nəfəsli, çarxlı nəhənglər; Yüz çuxur doldurur, təpə düzləyir. S.Vurğun.

DÜZLƏNDİRİCİ (ID - 11458)

is. tex. Dəyişən elektrik cərəyanını sabit cərəyana çevirən alət, cihaz. Müasir elektrotexnikada dəyişən cərəyanın sabit elektrik cərəyanına çevrilməsinə olan ehtiyac günü-gündən artır. Bu məqsədlə işlədilən qurğulara...

DÜZLƏNDİRİLMƏ (ID - 11459)

“Düzləndirilmək” dən f.is.

DÜZLƏNDİRİLMƏK (ID - 11460)

məch. Düzən halına salınmaq, hamarlandırılmaq, çala-çuxuru düzəldilmək.

DÜZLƏNDİRMƏ (ID - 11461)

“Düzləndirmək”dən f.is.

DÜZLƏNDİRMƏK (ID - 11462)

f 1. Düz, hamar hala sal(dır)maq, hamarlandırmaq. Bu yerin çala-çuxurunu düzləndirmək lazımdır.
2. tex. Nizamlamaq, tənzim etmək.

DÜZLƏNMƏ (ID - 11463)

“Düzlənmək”dən f.is.

DÜZLƏNMƏK (ID - 11464)

1. məch. Düz hala salınmaq. Çala-çuxurlar düzləndi.
t-siz. Düz olmaq, düz hala gəlmək, hamarlanmaq.

DÜZLƏŞDİRİLMƏ (ID - 11465)

“Düzləşdirilmək”dən f.is.

DÜZLƏŞDİRİLMƏK (ID - 11466)

bax düzləndirilmək.

DÜZLƏŞDİRMƏ (ID - 11467)

“Düzləşdirmək”dən f.is.

DÜZLƏŞDİRMƏK (ID - 11468)

bax düzləndirmək.

DÜZLƏŞMƏ (ID - 11469)

“Düzləşmək”dən f.is.

DÜZLƏŞMƏK (ID - 11470)

bax düzlənmək 2-ci mənada.

DÜZLÜK (ID - 11471)

is. 1. Düz, düzəngah, düzənlik, düzən; quru çöl. Dərə-təpədən düzlüyə çıxdıq.
[Araz Şeydaya:] Sən məni hara çəkirsən? Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? A.Şaiq.
2. Doğruluq, vicdanlılıq, sədaqət,...

DÜZMƏ (ID - 11472)

1. “Düzmək”dən f.is.
2. is. Kələk, hiylə, fırıldaq. A qoca bic!.. Yenə nə olub, nə düzmən var? S.Rəhman.
□□ Düzmə hörgü - palçıq və qeyri yapışdırıcı maddələr işlətmədən hörülən hörgü.

DÜZMƏK (ID - 11473)

f. 1. Dənə halında olan şeyləri sıra ilə ipə və s.-yə keçirmək. Muncuğu sapa düzmək.
Müəyyən tərtib və qayda üzrə şeyləri bir yerə qoymaq, yerləşdirmək, sıralamaq. Sıraya düzmək. Şahmat daşlarını düzmək. Kitabları...

DÜZNƏQULU (ID - 11474)

zərf dan. Açıq-açığına, heç bir şeydən çəkinməyərək, necə var elə, olduğu kimi, düz.

DÜZÜ (ID - 11475)

is. Doğrusu (bəzən “sözün” sözü ilə birlikdə). Eşitginən Koroğlunun sözünü; Mən bilirəm əyrisini, düzünü. “Koroğlu”. Sözün düzünü desək, Fərman ekskavatorçu olmaq həvəsinə düşəndə bu iş üçün əməllibaşlı...

DÜZÜCÜ (ID - 11476)

is. Bir şeyi düzməklə məşğul olan adam.

DÜZÜLMƏ (ID - 11477)

“Düzülmək”dən f.is.

DÜZÜLMƏK (ID - 11478)

f. 1. Sıra ilə ipə və s.-yə keçirilmək. Muncuqlar ipə düzüldü.
2. Müəyyən bir tərtib və qayda ilə bir yerə qoyulmaq, yerləşdirilmək. Uşaqlar boylarına görə düzüldülər. - Taxçalara düzülübdü bir neçə samovar, sandıqca...

DÜZÜLÜ (ID - 11479)

sif. 1. Düzülmüş. İpə düzülü muncuq.
2. Müəyyən qaydada qoyulmuş, səliqə ilə düzülmüş, sıralanmış. Düzülü kitablar.

DÜZÜLÜŞ (ID - 11480)

is. 1. Düzülmə tərzi, düzülmə qaydası; tərtib. Muncuqların sapa düzülüşü yaxşı deyil.
Düzülmə işi (b ax düzülmək 2-ci mənada). Əsgərlərin sıraya düzülüşü beş dəqiqə çəkmədi.

DÜZÜLÜŞMƏ (ID - 11481)

“Düzülüşmək”dən f.is.

DÜZÜLÜŞMƏK (ID - 11482)

qarş. Bir-birinə baxaraq düzülmək. Sıraya düzülüşmək. Boya görə düzülüşmək.

DÜZÜM (ID - 11483)

is. 1. Bir ipə düzülmüş miqdar. Bir düzüm muncuq. Bir düzüm qax. - Savadın əlində köhnə bir dəsmal; İçində şabalıd, fındıqla üzüm; Qozlu sucuqlardan beş-altı düzüm. H.K.Sanılı. Bu hədiyyə iki düzüm; Kəhrəbaydı, rəngi...

DÜZÜNƏ (ID - 11484)

zərf 1. Düz, doğru. Düzünə danış.
// Doğrusu, həqiqəti əsli. Düzünə gəlincə, bu məlumat.. yan-yörədə əyləşən daqqapapaqlıların da ödünü ağzına gətirmişdi. S.Rəhimov.
Düz yolla, heç bir tərəfə dönmədən....

DÜZÜRƏKLİ (ID - 11485)

sif. Ürəyi təmiz, səmimi, doğru, düz. Düzürəkli adam.

DÜZÜŞ (ID - 11486)

is. Düzmə işi, düzmə tərzi, düzmə prosesi.

DÜZÜŞDÜRMƏ (ID - 11487)

“Düzüşdürmək”dən f.is.

DÜZÜŞDÜRMƏK (ID - 11488)

f Növ-növ, çeşid-çeşid, boy-boy düzmək, sıralamaq, qoymaq, yerləşdirmək. Malları, kitabları qəfəsəyə düzüşdürmək.

DÜZÜŞMƏ (ID - 11489)

“Düzüşmək”dən f.is.

DÜZÜŞMƏK (ID - 11490)

f Düzülmək (bir çoxları).

DÜZVURAN (ID - 11491)

sif. 1. Sərrast atıcı, hədəfı sərrast vuran. Düzvuran nişançı.
Düzgün vuran, yaxşı atan. Düzvuran tüfəng.

DVORYAN (ID - 11492)

[rus. дворян] tar. 1917-ci il inqilabından əvvəl Rusiyada: mülkədarlardan, onların nəslindən və xüsusi xidməti olan məmurlardan ibarət imtiyazlı zümrəyə mənsub adam; zadəgan. ..Orta hesabla hər bir kəndli ailəsinə yeddi desyatin,...

DVORYANLIQ (ID - 11493)

is. tar. Dvoryan zümrəsinə mənsubiyyət, dvoryan rütbəsi, adı. Lakin [atam] zabit rütbəsinə qədər qalxaraq bizə nəsillikcə dvoryanlıq və balaca bir malikanə qoyub getdi. Çexovdan.

DYAÇOK (ID - 11494)

[rus. дячок əsli yun.] Pravoslavlarda: ruhani rütbəsi olmayan kilsə xadimi.

DYAKON (ID - 11495)

[rus. дякон əsli yun.] Pravoslavlarda: ibadət zamanı keşişə kömək edən kilsə xadimi.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed