DÜZLÜKis. 1. Düz, düzəngah, düzənlik, düzən; quru çöl. Dərə-təpədən düzlüyə çıxdıq.
[Araz Şeydaya:] Sən məni hara çəkirsən? Sizin bu mədənlərdə düzlükdən başqa bir şey var? A.Şaiq. 2. Doğruluq, vicdanlılıq, sədaqət, namusluluq, təmizlik, namuskarlıq. Bərəkət ondur, onu da düzlük. (Ata. sözü). Gənclik həmişə yüksək və təmiz xəyalların, düzlük və sədaqətin mücəssəməsidir. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|