DARVAZALI (ID - 8246)sif. Darvazası olan. Darvazalı həyət. Darvazalı qala. Kəndin iri darvazalı həyətində məktəb binası yüksəlir..
|
DARVİNÇİ (ID - 8247)is. Darvinizm tərəfdarı. Darvinçi alim.
|
DARVİNİST (ID - 8248)bax darvinçi.
|
DARVİNİZM (ID - 8249)[ingilis alimi Ç.Darvinin adından] Canlı təbiətin tarixi inkişafı, bütün heyvan növləri və bitki orqanizmlərinin təbii seçim yolu ilə əmələ gəlməsi haqqında nəzəriyyə.
|
DARYARPAQ(LI) (ID - 8250)sif. bot. Ensiz lansetşəkilli yarpağı olan (bitki). Daryarpaqlı bitkilər.
|
DASİT (ID - 8251)is. [lat.] Maqmatik süxur.
|
DASTAN (ID - 8252)is. [fars.] Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu ” dastanı. - Şairə Toğrulun məktubunu aparıb...
|
DASTANÇI (ID - 8253)is. 1. Dastan söyləyən, hekayəçi, nağıl danışan. Dastançı aşıqlar.
məc. Çoxdanışan, naqqal, uzunçu. |
DASTANÇILIQ (ID - 8254)is. Dastan söyləmə, hekayəçilik.
|
DAŞ (ID - 8255)is. 1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur). Küçələrə daş döşəmək. - Bütün izdiham əlinə keçən daş, kəsək parçalarını alovun üstünə...
|
DAŞADÖYƏN (ID - 8256)is. zool. Sərçələr dəstəsindən uzunquyruqlu kiçik quş; çaydaçapan.
|
DAŞADÖYMƏ (ID - 8257)is. məh. Daşla oynanılan uşaq oyunu.
|
DAŞAGİRƏN (ID - 8258)is. məh. Cəmiyyətdən qaçıb gizlənən adam haqqında.
|
DAŞAXOR (ID - 8259)sif. Daşlıq, çınqıllıq, daşı çox olan. Daşaxor yer. - İndi də yoncalıq yerində daşaxor bir qumluğa sahib oldun. S.Rəhimov.
|
DAŞARMUDU (ID - 8260)is. Yumru şəkilli və çox davamlı armud növü.
|
DAŞATAN (ID - 8261)is. Qədim müharibələrdə daş və b. ağır şeylər atmaq üçün işlədilən mancanağa oxşar alət. Assuriyalılar xüsusi daşatan alətlərlə şəhərə ağır daş parçaları və ya içinə yanan qatran doldurulmuş qablar atırdılar. “Qədim...
|
DAŞBADAM (ID - 8262)is. Bərkqabıqlı badam növü.
|
DAŞBAŞ (ID - 8263)is. 1. dan. məh. Çəkinin düzgünlüyünü yoxlamaq üçün onu tərəzinin gah bu, gah da o biri gözündə çəkmək işi.
dan. nifr. Qeyri-qanuni, əyri yollarla əldə edilən qazanc, gəlir və s. O, əldə etdiyi daşbaşı bir xəyanət etmədən... |
DAŞBAŞÇI (ID - 8264)is. dan. nifr. Ardıcıl və gizli surətdə, qeyri-qanuni, əyri yollarla qazanc əldə etməyi bacaran və bu işi özünə peşə etmiş adam.
|
DAŞBAŞÇILIQ (ID - 8265)is. dan. nifr. Daşbaşçının işi, peşəsi; qeyri-qanuni, əyri yollarla qazanc və s. əldə etməklə məşğul olma.
|
DAŞÇI (ID - 8266)is. Daşçıxaran, daşyonan usta.
|
DAŞÇIXARAN (ID - 8267)is. Daş karxanasında daş çıxarmaqla məşğul olan fəhlə. Bakıda ümumiyyətlə, peşəkarlar: bənna, xarrat, dəmirçi, .. daşçıxaran .. və sairə çox olardı. H.Sarabski.
// Sif. mənasında. Daşçıxaran maşın. |
DAŞÇILIQ (ID - 8268)is. Daşçının işi, sənəti. Daşçılıqda mahir usta.
|
DAŞDƏLƏN (ID - 8269)is. xüs. Daş dəlmək üçün alət.
|
DAŞDIRILMA (ID - 8270)“Daşdırılmaq”dan f.is.
|
DAŞDIRILMAQ (ID - 8271)məch. Daşınasına səbəb olmaq, daşınasına imkan verilmək.
|
DAŞDIRMA (ID - 8272)“Daşdırmaq”dan f.is.
|
DAŞDIRMAQ (ID - 8273)f. Daşmasına imkan vermək, aşmasına səbəb olmaq. Samovarın suyunu daşdırmaq. - Südün içində hava çoxdur, ona binaən süd qızanda hava aralanıb südü daşdırır. H.Zərdabi.
|
DAŞ-DİVAR (ID - 8274)top. Evlər, binalar, tikililər və onların divarları. Xəzri yeli axşamdan hirs ilə qalxıb, Bakı küçələrinin toz-torpağını daşa-divara çırpırdı. S.M.Qənizadə. Hücum yerin dibinə! Hücum dərin göylərə; Hücum deyir daş-divar;...
|
DAŞDOĞRAYAN (ID - 8275)bax daşqıran. Birinci daşdoğrayan mexanizm tamamilə quraşdırılmışdır. (Qəzetlərdən).
|
DAŞDÖŞƏYƏN (ID - 8276)is. Küçələrə və s.-yə daş döşəyən fəhlə.
|
DAŞDÖYƏN (ID - 8277)is. xüs. Daşı xırdalayıb ovan alət, maşın.
|
DAŞDUZ (ID - 8278)is. Daşlaşmış (süxur) halında olan duz.
|
DAŞƏPPƏYİ (ID - 8279)is. bot. Daşların arasında bitən boz rəngli ot bitkisi.
|
DAŞGƏRDİŞİ (ID - 8280)is. məh. Hörülən daş və kərpiclər arasındakı məsafə.
|
DAŞXINASI (ID - 8281)is. bot. Daşlanın üzərində xalxal bitən və xına kimi rəng verən bir mamır; yosun; qayamamırı. [Növrəstə və Şahmərdan] dinclərini almaq üçün şəlalədən bir az kənarda, üzərində sarı-qırmızı daşxınası olan yastı bir...
|
DAŞXIRDALAYAN (ID - 8282)b ax daşqıran.
|
DAŞIQ (ID - 8283)sif. məh. Daşınacaq, daşınmalı olan. Daşıq yük.
|
DAŞIQÇI (ID - 8284)is. məh. Yük daşıyan fəhlə; hambal, yükçü. O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı. S.Rəhimov.
|
DAŞIQÇILIQ (ID - 8285)is. məh. Daşıqçının işi, peşəsi. Daşıqçılıq eləmək.
|
DAŞIMA (ID - 8286)“Daşımaq”dan f.is.
|
DAŞIMAQ (ID - 8287)f 1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq. - Ahıl ilə daş daşı, cahıl ilə bal yemə. (Məsəl). Zəhmət bədən üçün lazımdır. Hər kəs daş daşımağı, odun yarmağı...
|
DAŞINDIRMA (ID - 8288)“Daşındırmaq”dan f.is.
|
DAŞINDIRMAQ (ID - 8289)icb. Daşınmağa məcbur etmək, inandıraraq, yaxud xahiş edərək əl çəkməsinə nail olmaq. Fikrindən daşındırmaq. - Arvad nə ərini pis yoldan daşındıra bilir, nə oğluna təsir edə bilir. Ə.Haqverdiyev. Gülsənəm arvad oğlunu nə...
|
DAŞINMA1 (ID - 8290)“Daşmmaq1#”dan f.is. Yüklərin daşınması.
|
DAŞINMA2 (ID - 8291)“Daşmmaq2#”dan f.is. 'Fikrindən daşınma. - ..Siz onlara bu məqsəddən daşınmaları üçün tələbat verməlisiniz. M.S.Ordubadi.
|
DAŞINMAQ1 (ID - 8292)1. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. - Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun...
|
DAŞINMAQ2 (ID - 8293)f. 1. Məqsədindən, fikrindən və ya etmək istədiyi bir işdən və s.-dən vaz keçmək, əl çəkmək (adətən “flkrindən” sözü ilə). Yeni əlifba fikrindən daşınmaq mənim qüvvəmdən xaricdir. M.F.Axundzadə. [Mehriban] axşam çocuqlarını...
|
DAŞINTI1 (ID - 8294)is. Nəqliyyat vasitəsi ilə daşınan şeylər.
|
DAŞINTI2 (ID - 8295)is. Daşqın, sel.
|
Bu səhifə dəfə baxılıb