İzahlı lüğət

DAŞIMAQ

f 1. Bir yerdən başqa bir yerə aparmaq, nəql etmək. Yük daşımaq. Yeşikləri daşımaq. Daş daşımaq. - Ahıl ilə daş daşı, cahıl ilə bal yemə. (Məsəl). Zəhmət bədən üçün lazımdır. Hər kəs daş daşımağı, odun yarmağı özünə layiq bilmirsə, gəzsin, seyr etsin. H.Zərdabi. Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içindəyük daşıyan fəhlələrdir. S.S.Axundov. Yük maşınları, arabalar taxılları xırmana daşıyırdı. S.Rəhman.
Üstündə olmaq, daim özü ilə saxlamaq, özü ilə bərabər gəzdirmək. Pasportu cibində daşımaq. Silah daşımaq.
məc. Malik olmaq, sahib olmaq. Onlar eyni familiya daşıyırlar.
məc. Bir şeyi təmsil edən, ehtiva edən, özündə cəmləşdirən. Şairin qoşma və gəraylıları dərin dünyəvi mahiyyət daşıyır.
İfa etmək, yerinə yetirmək. Məsul vəzifə daşımaq. - Zeynal dövləti müəssisələrin birində orta bir vəzifə daşıyırdı. S.Hüseyn. Hərə öz cəbhəsində bir vəzifə daşıyır. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed