DAŞINDIRMAQicb. Daşınmağa məcbur etmək, inandıraraq, yaxud xahiş edərək əl çəkməsinə nail olmaq. Fikrindən daşındırmaq. - Arvad nə ərini pis yoldan daşındıra bilir, nə oğluna təsir edə bilir. Ə.Haqverdiyev. Gülsənəm arvad oğlunu nə qədər fikrindən daşındırmaq istəyirdisə də, heç bir nəticə çıxmayırdı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|