
DAŞINMAQ11. məch. Bir yerdən başqa bir yerə aparılmaq, nəql edilmək. Yüklər daşındı. Taylar gəmiyə daşındı. - Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani. Fayton qoşulub balkonun qabağına sürüldü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev.
2. qayıd. Şeylərini başqa yerə daşıyıb aparmaq; köçmək. Yusif çay vaxtı vədə qoydu ki, Bahadır sabahdan daşınsın. N.Nərimanov. Student xanımla vidalaşaraq, iki gündən sonra daşınacağını bildirdi. Çəmənzəminli. Baldızımın etirazına və narazılığına baxmayaraq, oraya daşındım. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|