DƏRYAZLAMA (ID - 9246)“Dəryazlamaq”dan f.is.
|
DƏRYAZLAMAQ (ID - 9247)f. Dəryazla biçib yerə sərmək; kərəntiləmək. Otu dəryazlamaq.
|
DƏRYAZLANMA (ID - 9248)“Dəryazlanmaq”dan f.is.
|
DƏRYAZLANMAQ (ID - 9249)məch. Dəryazla biçilmək; kərəntilənmək.
|
DƏRZ (ID - 9250)is. Biçilmiş taxıl bağlaması. Dərz qalağı. Dərz bağlamaq. - ...Dərzlər bağlanır, taya vurulur; Tayalardan böyük qaya qurulur. A.Səhhət. Kəndlilər taxıl dərzlərindən taya vurur, vəl sürür, sovuruq atırlar. M.İbrahimov.
dərz-dərz... |
DƏRZBAĞLAYAN (ID - 9251)sif. tex. Biçilmiş taxılı dərz halında bağlayan. Dərzbağlayan maşın.
|
DƏRZDAŞIYAN (ID - 9252)sif. k.t. Dərzləri bir yerdən başqa yerə daşıyan. Dərzdaşıyan maşın.
|
DƏRZƏLAH (ID - 9253)is. məh. Otun tökülməməsi üçün yüklü arabanm üstünə və yanlarına uzadılan ağac.
|
DƏRZƏNƏK (ID - 9254)is. məh. İynəşəkilli xırda yarpaqları olan, yerə sərilən ot bitkisi.
|
DƏRZİ (ID - 9255)is. Paltar biçib-tikən usta. Dərzi şagirdi. Uşaq dərzisi. - Dərziyə köç dedilər, iynəsini sancdı yaxasına. (Ata. sözü). Boyaqçıya, başmaqçıya, dərziyə; Havaxtadək olacağıq ikiqat? Q.Zakir.
|
DƏRZİXANA (ID - 9256)is. Dərzilərin işlədiyi yer, paltar biçilib-tikilən yer. Yeməklər ümumi mətbəxdə hazırlanır, geyim isə dərzixanada tikilir. M.S.Ordubadi. Yuxarıda, Qoqol küçəsinin tinində isə ev idarəsi, dərzixana, uşaq müalicəxanası yerləşmişdi....
|
DƏRZİQUŞU (ID - 9257)is. zool. Sərçələr dəstəsindən kiçik meşə quşu.
|
DƏRZİLİK (ID - 9258)is. Dərzinin peşəsi, sənəti, işi. Dərzilik etmək.
|
DƏRZLƏMƏ (ID - 9259)“Dərzləmək”dən f.is
|
DƏRZLƏMƏK (ID - 9260)f. Biçilmiş taxılı, otu dərz halına salmaq, dərz bağlamaq.
|
DƏRZLƏNMƏ (ID - 9261)“Dərzlənmək”dən f.is.
|
DƏRZLƏNMƏK (ID - 9262)məch. Dərz halına salınmaq, dərz bağlanmaq (biçilmiş taxıl, ot).
|
DƏRZLİK (ID - 9263)sif. Dərz bağlamağa yarayan, dərz bağlamaq üçün hazırlanmış. Dərzlik taxıl.
|
DƏRZYIĞAN (ID - 9264)sif. tex. Hazırlanmış dərzləri yığan, toplayan. Dərzyığan maşın.
|
DƏSAYİS (ID - 9265)is. [ər. “dəsisə” söz. cəmi] bax dəsisə. ...Adə, bu şəhrdə gəl gör nələr-nələr var imiş; Nə şeytənət, nə dəsayis, nə hiylələr var imiş. “Mol. Nəsr.”
|
DƏSGAH (ID - 9266)is. [fars.] 1. Cah-calal, həşəmət, dəbdəbə, təntənə, büsat, böyük şənlik. Varlı yoxsullaşanda əlli il dəsgahını pozmaz. (Ata. sözü). Bəli, qoşun atdandı, böyük cəlal, dəsgahınan bular düşdülər yola.
// Bəzən kinayə,... |
DƏSGAHLI (ID - 9267)sif. Cah-calallı, dəbdəbəli, təmtəraqlı, çox yaxşı qurulmuş, təşkil edilmiş. Heydərovla Səmayə .. dəsgahlı bir toy elədilər. Mir Cəlal.
|
DƏSGİRƏ (ID - 9268)is. [fars.] Qarğı və ya incə çubuqdan hörülmüş kiçik səbət. Üzümü dəsgirəyə yığmaq.
|
DƏSXOŞ (ID - 9269)is. [fars.] dan. Yüngül qazanc, asanlıqla əldə edilən pul və s.
// Pul hədiyyəsi; bəxşiş, mükafat. [Saşa bəy:] Dünən gecə özün demədinmi, Saşa, bu bankı aparsam, sənə əlli manat dəsxoş verəcəyəm. Axundov. □□... |
DƏSİSƏ (ID - 9270)is. [ər.] Hiylə, intriqa, əlaltından iş görmə.
|
DƏSMAL (ID - 9271)is. [fars.] 1. Əl-üz və s. silmək üçün ensiz, uzunsov parça; məhrəba. Üz dəsmalı. Qab dəsmalı. Yaş dəsmalla bədənini sürtmək. - Səməndər dəsmalını qatlayıb çarpayısının başından asdı. M.Hüseyn. [Mahmud] üz dəsmalı...
|
DƏSMALASAN (ID - 9272)is. Dəsmal asmaq üçün asqı, qarmaq və s.
|
DƏSMALI (ID - 9273)is. mus. Dəsmal ilə oynanılan Azərbaycan oyun havalarından birinin adı.
“Dəsmalı ” da azərbaycanlıların sevimli rəqsidir. |
DƏSMALLAMA (ID - 9274)“Dəsmallamaq”dan f.is.
|
DƏSMALLAMAQ (ID - 9275)f 1. Dəsmalla silmək, qurulamaq. Əl-üzünü dəsmallamaq. Bədənini dəsmallamaq. - Cavan övrət kürsünün üstə qabağına iki stəkan qoyub məşğul idi stəkan yuyub dəsmallamağa. C.Məmmədquluzadə.
2. məc. dan. Yalandan tərifləmək,... |
DƏSMALLANMA (ID - 9276)“Dəsmallanmaq”dan f.is.
|
DƏSMALLANMAQ (ID - 9277)məch. Dəsmalla silinmək, dəsmalla qurulanmaq.
|
DƏST1 (ID - 9278)is. [fars.] 1. Bir adamın geyimini təmin edəcək paltar komplekti. [Mirzə Dadaş:] Arvad, dur ayağa, gör nə gətirmişəm. İki dəst paltar sənin üçün, iki dəst libas özüm üçün. N.Vəzirov.
Müəyyən məqsəd üçün lazım olan... |
DƏST2 (ID - 9279)is. [fars.] klas. Əl. İndi ki almısan iynə dəstinə; Bu şan-şan bağrımı gözə, dur, gözə! Ə.Nəbati. Qışda dağlar ağ geyinər, yaz qara; Sağ dəstinlə ağ kağıza yaz qara. Aşıq Ələsgər.
|
DƏSTAN (ID - 9280)b ax dastaıı. Bu sözə nisbət sənə gəl bir hekayət söyləyim; Lütf edib qıl bir nəzər, bu müxtəsər dəstanə bax. M.V.Vidadi.
|
DƏSTAR (ID - 9281)is. [fars.] köhn. Əmmamə, çalma.
|
DƏSTAVÜZ (ID - 9282)is. [fars.] Bəhanə. Əlində dəstavüz etmək.
// Dəlil, sübut, əsas. [Qubernator:] Belə olsun ki, mənim də əlimdə bir dəstavüz olsun. C.Cabbarlı. Heç birisini tutmaq üçün əldə dəstavüz yoxdur. M.İbrahimov. |
DƏSTBƏND (ID - 9283)is. [fars.] köhn. Qolbaq, bilərzik.
|
DƏSTDİRAZ (ID - 9284)sif. [fars.] köhn. 1. Əliuzun, hər şeyə qarışan.
2. məc. Zalım, zülmkar. |
DƏSTDİRAZLIQ (ID - 9285)is. köhn. Əliuzunluq, hər şeyə qarışma.
□ Dəstdirazlıq etmək əl uzatmaq. [Vəzir:] Sənin qorxundan heç bir kimsənə bəndələrindən bir fəqirin malına və əyalına dəstdirazlıq edə bilməz. M.F.Axundzadə. |
DƏSTƏ1 (ID - 9286)is. [fars.] 1. Birgə fəaliyyət üçün birləşmiş adamlardan ibarət mütəşəkkil qrup. Geoloji kəşfiyyat dəstəsi. Ovçular üç dəstəyə ayrıldılar. Çalğıçılar dəstəsi. -Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi....
|
DƏSTƏ2 (ID - 9287)is. [fars.] Bir şeyin əl tutulan yeri, tutacaq yeri; sap, qulp, qəbzə. Qapı dəstəsi. Qılınc dəstəsi. Mişarın dəstəsi. Xəncərin dəstəsindən tutarkən; “Mən ” səsləndi bir nəfər igid oğlan. A.Səhhət. [Mirzə Kərim:] Haydı...
|
DƏSTƏ3 (ID - 9288)is. [fars.] köhn. Gecə, yaxud gündüz saat on iki. Xeyr, ağa, dəstədən təqribən üç saat yarım keçəndə, yəni günortaya təqribən nə qalır? C.Məmmədquluzadə. [Vaqif] ..qələmi yerə qoyub saatına baxdı, əqrəblər düz dəstənin...
|
DƏSTƏBAŞÇI (ID - 9289)bax dəstəbaşı. Bəli, məclis qurulur, mənəm-mənəm deyənlər əyləşirlər yuxarı başda, dəstəbaşçıları düzülürlər bir tərəfdən. C.Məmmədquluzadə. Dəvəçilərin dəstəbaşçısı xəbər yolladı ki, qoy Növbər dəstəsi...
|
DƏSTƏBAŞÇILIQ (ID - 9290)bax dəstəbaşılıq.
|
DƏSTƏBAŞI (ID - 9291)is. Hər hansı bir dəstəyə başçılıq edən adam. [Qarovul:] Dəstəbaşımız da öz mağarasında əyləşib, üç gündür nə isə bizimlə danışmaq istəmir. Ə.Haqverdiyev. Lakin dəstəbaşı araya soxulan bu artıq adamı çıxarmaq istədi....
|
DƏSTƏBAŞILIQ (ID - 9292)is. Dəstəbaşı olma, dəstə başmda durma, dəstəyə başçılıq etmə.
|
DƏSTƏBAZ (ID - 9293)sif. [fars.] Özünə tərəfdar olan adamlardan dəstə düzəldib fıkrini, işini yeritməyə çalışan adam (mənfi mənada işlənir).
|
DƏSTƏBAZLIQ (ID - 9294)is. Dəstə düzəltmə, dəstəbazın gördüyü iş (mənfi mənada işlənir). Dəstəbazlıq etmək.
|
DƏSTƏBƏDƏSTƏ (ID - 9295)zərf [fars.] Dəstədəstə olaraq, dəstə ilə, dəstə halında. Götürüb xublardan dəstəbədəstə; Barı, gəl öləndə qəbrimin üstə. Q.Zakir. Qəm ləşkəri durub dəstəbədəstə; Könül şəhrin tarac eyləmədinmi? M.V.Vidadi.
|
Bu səhifə dəfə baxılıb