DİSPUT (ID - 10046)is. [lat.] Elmi, ədəbi və s. mövzuya dair açıq mübahisə. Ədəbi disput. Tamaşadan sonra əsər haqqında disput keçirildi.
|
DİSPUTÇU (ID - 10047)is. Disputda iştirak edən adam, disput iştirakçısı.
|
DİSSERTANT (ID - 10048)[lat.] Müdafiəyə dissertasiya hazırlayan və ya dissertasiya müdafiə edən şəxs.
|
DİSSERTASİYA (ID - 10049)[lat.] Elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat əsəri. Dissertasiya üzərində işləmək. - [Sədəf:] Professor, gözünüz aydın, daha bir sürpriz. Şeyda dissertasiyasında bizə balta çalır. Ə.Məmmədxanlı.
|
DİSSİDENT (ID - 10050)is. [lat.] Başqa cür düşünən, başqa fikirli.
|
DİSSİMİLYASİYA (ID - 10051)[lat.] 1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.
biol. Orqanizmin fəaliyyəti prosesində mürəkkəb üzvi maddələrin dağılması, pozulması, parçalanması. Orqanizmdə canlı maddələrin yaranması (toplanması) ilə əlaqədar olaraq,... |
DİSSONANS (ID - 10052)[fr.] mus. Səslərdə ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq; ahəng pozğunluğu. [Gülsabah:] Çığırmaq lazım deyil, yoldaşMirzə Camal... Çığırırsınız, tondan çıxarırsınız, dissonans əmələ gəlir. C.Cabbarlı.
|
DİSTANSİYA (ID - 10053)[lat.] 1. Məsafə, ara, mənzil.
Dəmir yolunda, şose və su yolunda inzibati-texniki bölgü məntəqəsi. Yol distansiyası. |
DİSTİLLAT (ID - 10054)[lat.] kim. Distillə nəticəsində alman maye. Buxarlanma və ya qaynama prosesində əmələ gələn buxarları ayırıb mayeləşdirirlər. Bu prosesə distillə, alınmış mayeyə isə distillat deyilir. M.Məmmədli.
|
DİSTİLLATOR (ID - 10055)[lat.] xüs. Mayeləri distillə edən cihaz; ənbiq.
|
DİSTİLLƏ (ID - 10056)[lat.] xüs. Mayeləri qaynadaraq əsas tərkib hissələrinə ayırmaqla təmizləmə, saflaşdırma; təqtir. Suyu distillə etmək. - Hərgah maye bərk maddənin məhsulu şəklindədirsə, onu ayırmaq üçün distillə üsulundan istifadə edirlər....
|
DİSTROFİYA (ID - 10057)is. [lat.] Maddələr mübadiləsi ilə əlaqədar olaraq, orqanizmin qidalanma pozğunluğu.
|
DİŞ (ID - 10058)is. 1. Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq.
□ Agıl... |
DİŞAÇAN (ID - 10059)is. xüs. Çarxlarda, mexanizmlərdə və s.-də diş (2-ci mənada) açan alət, dəzgah, maşın və s. Bunların arasında dişaçan maşın, frezer avtomatı, preslər və s. vardır.
|
DİŞARASI (ID - 10060)sif. dilç. Dişlərin arasında tələffüz olunan. Dişarası samitlər.
|
DİŞARXASI (ID - 10061)sif. 1. Dişlərinin dal tərəfınə yapışıq, ya yaxın olan. Dişarxası ətlər.
dilç. Dişlərin arxa tərəfində tələffüz olunan. Dişarxası səslər. |
DİŞBATAN (ID - 10062)sif. Zəif yeri olan, möhkəm olmayan.
|
DİŞBATMAZ (ID - 10063)sif. Möhkəm, yenilməz, gücçatmaz.
|
DİŞBATMAZLIQ (ID - 10064)is. Möhkəmlik, yenilməzlik, gücçatmazlıq.
|
DİŞCİK (ID - 10065)is. 1. Kiçik diş.
2. xüs. B ax diş 2-ci mənada. |
DİŞCİKLİ (ID - 10066)sif. xüs. Dişcikləri olan (bax “dişcik” 2-ci mənada).
|
DİŞÇƏKƏN (ID - 10067)is. Yararsız dişi çəkmək üçün alət.
// Yararsız dişi çəkən həkim. |
DİŞÇÖPÜ (ID - 10068)is. Dişlərin arasını təmizləmək üçün çöp və s.
|
DİŞ-DAMAQ (ID - 10069)is. dilç. Diş və damağın vasitəsilə əmələ gələn (səs və s.). Diş-damaq saitləri.
|
DİŞDAN (ID - 10070)sif. dan. 1. Dişi düşmüş.
Dişləri iri olan. |
DİŞDAŞI (ID - 10071)is. Dişlərdə əmələ gələn daşaoxşar xırda törəmə.
|
DİŞDƏK1 (ID - 10072)is. məh. Həsir toxunmasında işlədilən dişli ağac alət.
|
DİŞDƏK2 (ID - 10073)bax dişlək. [Şahqulu:] Artıq danışsan, vallah, səndən dişdək allam ki, ürəyin gedər, qəşş eylərsən. N.Vəzirov.
dişdək-dişdək bax dişlək-dişlək. |
DİŞDİ (ID - 10074)məh. bax dişlə.
|
DİŞ-DİŞ (ID - 10075)sif. Dişlər halında olan; üzərində dişlər, çıxıntılar, kərtiklər olan; kərtik-kərtik. Faranın işığı hündür daş hasarın dişdiş divarına toxunub yayıldı. İ.Məlikzadə.
Diş-diş olmaq - dilim-dilim olmaq, diliklənmək,... |
DİŞƏ1 (ID - 10076)is. bot. Çöldə bitən və heyvan yemi kimi istifadə olunan dənli ot növü. Yazın dumanlı günlərində yerdən göyərən dişə otları yeyən at hörükdə idi. S.Rəhimov.
|
DİŞƏ2 (ID - 10077)is. [fars.] Dişəmə aləti. Dişə ilə dişəmək.
|
DİŞƏBƏNZƏR (ID - 10078)sif. Şəkilcə dişə oxşayan.
|
DİŞƏDƏYƏR (ID - 10079)sif. Yeyilə bilən, yeməli. Evdə dişədəyər bir şey yoxdur.
|
DİŞƏK (ID - 10080)tic. Bir şeyin üzərində, kənarında olan dişlər, oyuqlar, çıxıntılar.
|
DİŞƏK-DİŞƏK (ID - 10081)dişək-dişək etmək - bir şeyin üzərini dişəklə oyuq-oyuq, kələ-kötür etmək.
|
DİŞƏKLİ (ID - 10082)sif. 1. Dişəyi olan.
Kələ-kötür, girintili-çıxıntılı. Kənarları diş-diş, dişək-dişək olan. Dişəkli yarpaq. // Dalayan. Gicitkən yarpağı dişəkli olur. |
DİŞƏLƏMƏK (ID - 10083)bax dişəmək.
|
DİŞƏMƏ (ID - 10084)“Dişəmək”dən f.is.
|
DİŞƏMƏK (ID - 10085)f. 1. Dəyirman daşmı dişə ilə kələ-kötür etmək. Qoca ikiağızlı yonğu çəkici ilə daş dişəyirdi. S.Rəhimov.
Ağzı diş-diş olan alətləri itiləmək. Mişarı dişəmək. Orağı dişəmək. Yaş yeddiyə çatanda diş tökmək.... |
DİŞƏNMƏ (ID - 10086)“Dişənmək”dən f.is.
|
DİŞƏNMƏK (ID - 10087)məch. 1. Dişə ilə diş-diş edilmək, oyuq-oyuq edilmək, kələ-kötür edilmək.
İtilənmək (ağzı diş-diş olan alətlər). Bıçqı dişənməlidir. Oraqlar dişəndi. |
DİŞƏRMƏ (ID - 10088)“Dişərmək”dən f.is.
|
DİŞƏRMƏK (ID - 10089)f. Cücərmək, çıxmaq. Dağlar, çöllər dişərdi; Novruzgülü göyərdi. A.Səhhət.
|
DİŞƏRTİ (ID - 10090)is. Təzə cücərmiş bitki. Ləklərdə dişərtilər görünür.
|
DİŞƏTDİRMƏ (ID - 10091)“Dişətdirmək”dən f.is.
|
DİŞƏTDİRMƏK (ID - 10092)bax dişətmək.
|
DİŞƏTMƏ (ID - 10093)“Dişətmək”dən f.is.
|
DİŞƏTMƏK (ID - 10094)“Dişəmək”dən icb. Dəyirmanın daşını ustaya dişətmək.
|
DİŞİ (ID - 10095)sif. və is. 1. Canlıların doğan və yumurtlayan cinsi (erkək ziddi). Dişi buzov. Madyan atların dişisinə deyilir. Dişi kəpənəyin qabaq qanadları tünd-darçını rəngə çalır. - ..Həryuvada bircə dişi arı olar, ona şah deyərlər....
|
Bu səhifə dəfə baxılıb