DİŞis. 1. Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq.
□ Agıl dişi - iyirmi yaşdan sonra çıxan axırıncı böyük diş. Dişi doldurmaq - dişi plomblamaq, dişə plomb qoymaq. Kəsən dişlər - ağzın qabaq tərəfində olub, yeyilən şeyi kəsib doğramaq vəzifəsini görən dişlər. Köpək dişlər - ağzın yan tərəfində olan dişlər. Qabaq dişlər - bax ön dişlər. Ön dişlər -bax kəsən dişlər. Əllisində əlif qəddin çəkilər; Altmışında ön dişlərin tökülər. “Koroğlu”. Süd dişi - uşağın ağzında çıxan və altı yaşdan sonra tökülüb daimi dişlərlə əvəz olunan birinci dişlər. Qaraca dədə isə başını aşağı salıb səssizcə gülürdü və qocanın gülüşü süd dişləri təzəcə tökülməyə başlamış bir uşaq gülüşünü andırırdı. Ə.Məmmədxanlı. Süni diş, taxma diş - sonradan qayrılma diş, qoyma diş. Yan dişlər - b ax köpək dişlər. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri. Mişarın dişləri. Saat çarxının dişləri. Darağın dişləri. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq. Meyvənin hər dəfəsində dişlə qoparılan hissəsi. Bir diş alma. Bir diş xiyar. □□ Canını dişinə tutmaq - b ax can. Diş ağartmaq - b a x dişini ağartmaq 1 -ci mənada. Diş dəyişmək- 1) bax diş dişəmək; 2) məc. yeməyini dəyişmək, həmişə bir şey yeməmək. Diş dişəmək - diş təzələmək, yenidən diş çıxarmaq. Uşaq keçən il dişlərini dişəməyə başlamışdır. Diş əti - ağızda dişlərin dibini əhatə edən ət. Diş göstərmək - boyun əyməmək, boyun qaçırmaq. Diş hədiyi - uşaqların diş çıxarması münasibətilə bişirilən yemək. Diş itiləmək 1) qisas, intiqam almaq, əvəz çıxmaq üçün səbəb aramaq, hazırlanmaq; 2) bir şeyə göz dikmək, ələ keçirməyə hazırlanmaq. Diş keçirmək - haqqı olmayan bir işə qarışmaq. Diş kirəsi köhn. - 1) keçmişdə kəndlilərdən alınan vergilərdən birinə xalq arasında verilən ad; 2) qonaqlıqdan əlavə qonağa verilən pul, mal və s. Diş qıcamaq (qıcatmaq) - hədələmək, qorxutmaq. Kinayəli baxışlarla diş qıcayır bir iblis tək; Ayırmayır gözlərini o, zəncinin dodağından.. S.Vurğun; ələ keçirmək niyyətində olmaq, göz dikmək. Diş qurdalamaga bir çöpü yoxdur - çox kasıbdır, heç nəyi yoxdur. Diş salmaq 1) qocalmaq (heyvanlar haqqında); 2) süni diş qoymaq. Həkim onun dişlərini saldı. Diş taqqıldatmaq - hədələmək, qorxutmaq. Diş yeri - bir şeyin dişləndiyi yerdə qalan diş izi, dişlək yeri. Diş(i)-dırnağı ilə; dişi ilə, dırnağı ilə - əzabla, əziyyətlə, çox məşəqqətlə. Telli dişi ilə, dırnağı ilə çalışmış, axırda İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn. // Var gücü ilə, bacardığı qədər. Ayaz da diş-dırnağı ilə düşmənləri əzir, keçir; Qılınc, qalxan şaqqıltısı qorxu salır ürəklərə. A.Şaiq. Yenə o insan daşlardan, qayalardan tutacaq, dişi ilə, dırnağı ilə torpaqdan yapışıb qurtarmağa çalışacaqdır. M.İbrahimov. Dişə vurmaq bax dişinə vurmaq. Ancaq hələ bir dişimizə vuraq, bərkini-boşunu bilək. C.Cabbarlı. Dişə-dilə düşmək - bax dilə-dişə düşmək (“Dil-diş”də). Dişi bağırsağını kəsmək - daxilən əsəbi hal keçirmək, əsəbiləşmək, hirsini büruzə verə bilməmək. Dişi bağırsağını kəsən Şirzad bura qədər durub gözlədi. M.İbrahimov. ..Veys dişi bağırsağını kəsə-kəsə düşündü. Ə.Əbülhəsən. Dişi batmaq - öhdəsindən gəlmək, gücü çatmaq. Dişi batmamaq - öhdəsindən gələ bilməmək, gücü çatmamaq, təsiri olmamaq, təsir edə bilməmək. [Kosaoğlu:] ..Kəndimizdə mənim əleyhimə qruppa var. Ancaq onu bilin ki, mənə heç kəsin dişi batmayacaq. İ.Şıxlı. Dişi dişinə dəymək - b ax dişləri birbirinə dəymək. ..Balaca Niyazsoyuqdan dişi-dişinə dəydikdə qeyri-ixtiyari olaraq anasının qolundan yapışdı.. M.İbrahimov. Dişi qarnında olmaq - hiyləgər, gizli iş görən adam haqqında. Yox, düşmənin dişi qarnında olur. S.Rəhimov. Dişində şirə qalmaq dadanmaq, alışmaq, öyrəşmək, adət etmək. Dişinə vurmaq - sınamaq, dadmaq. Dişini ağartmaq - 1) acıq vermək, gülmək, istehza etmək. Veys daxili bir həzlə [Həmzəyə] dişiniağartdı. Ə.Əbülhəsən; 2)bax dişlərini ağartmaq. Dişini dişinə qıcamaq - bərk hirslənmək. Fərman dişini dişinə qıcadı: Cəhənnəm ol!.. Ə.Abasov. Dişini qıcamaq - intiqam almaq üçün bəhanə aramaq, üzərinə atılmağa hazırlaşmaq. İndi də dişini qıcamış Qacar; İranı talayır o qart canavar. S.Vurğun. Dişinin dibindən çıxanı demək - ağzına gələni demək, bərk söymək. [Tahir:] Yəni atan deyir ki, mənə dişinin dibindən çıxanı deginən? M.Hüseyn. Camaatxörək istəyir, müdir də qapının ağzında dayanıb hər gələnə elan eləyir ki, aşpaz qaçıb, sonra da Umudun qarasınca dişinin dibindən çıxanı deyir. İ.Məlikzadə. Dişləri bir-birinə dəymək, dişləri taqqıldamaq - 1) soyuqdan, qorxudan, vahimədən qeyri-iradi olaraq dişləri bir-birinə dəymək. Dişləri bir-birinə dəyir, bütün bədəni əsim-əsim əsirdi. M.Rzaquluzadə; 2) bərk üşümək. Dişlərini ağartmaq səbəbsiz gülmək, irişmək. İndi isə hörmətli bir tanış kimi mənə salam verir və dişlərini ağardır. M.S.Ordubadi. Tamah dişini çəkmək. - bax tamah. Paylaşın - Hamı bilsin
|