DİLÇİLİK (ID - 9746)is. Dil haqqında elm; dilşünaslıq.
|
DİLDADƏ (ID - 9747)sif. və is. [fars.] klas. Birisinə könül vermiş, vurulmuş, ürəyini bağlamış; məftun, vurğun, aşiq. Dildadələrin dadrəsi, yavəri sənsən. Q.Zakir. Şair oldur ki, həqiqətlərə dildadə ola; Şairin fikri, xəyalı gərək azadə ola....
|
DİLDALAYAN (ID - 9748)is. bot. Mal yemi kimi işlədilən beşyarpaqlı ot bitkisi.
|
DİLDAR (ID - 9749)[fars.] Bax dilbər. Şəmsəddin elində, Tovuz çayında; Gözüm bu gün bir dildarə düşübdür. Aşıq Dilğəm. Mənə əvvəlcə özün yar oldun; Sevgilimsən deyə, dildar oldun. M.Ə.Sabir. Mən də bir cam ilə aram tutardım, saqi; Gər...
|
DİLDARLIQ (ID - 9750)is. köhn. Təsəlli, təskinlik.
Dildarlıq vermək - arxayın etmək, təskinlik vermək. Məmmədbağır ona dildarlıq verirdi: - Əsmər, sən mənə inan!.. Mən alacağım arvadı axıradək saxlamayacağam. S.Hüseyn. Nümayəndələr.. onları... |
DİLDAŞ (ID - 9751)is. Eyni dildə danışanlardan hər biri, eyni dildə danışan adam. ..Vətənin, həmcinslərin, həmvətənlərin və dildaşların təəssübü fərzdir, necə ki avropalıların adətidir, dini puç sayırlar. M.F.Axundzadə.
|
DİL-DƏLALƏT (ID - 9752)bax dəlalət.
|
DİLDƏN-DİLƏ (ID - 9753)zərf Ağızdan-ağıza, ağızlardan, camaatın ağzından, başqalarından. Hicran, əgərçi görməmişəm mübtəlaların; Dildən-dilə eşitmiş idim macəraların. S.Ə.Şirvani.
□ Dildən-dilə düşmək (gəzmək) - ağızlarda danışılmaq,... |
DİL-DİŞ (ID - 9754)top. Ağızdakı dil və dişlər.
□□ Dildə-dişdə dolaşdırmaq - yaymaq, dillərə salmaq. ..Solmaz öz xəstə yatağında belə, Şiraslanı mülahizə edir, onu səsə-küyə salmaq, dildə-dişdə dolaşdırmaq istəmirdi. S.Rəhimov.... |
DİL-DODAQ (ID - 9755)top. Ağızdakı dil və dodaqlar.
□□ Dil-dodağı kilidlənmək - danışmağa qüdrəti olmamaq, lallaşan kimi olmaq. Əsir dinmir, kilidlənmiş sanki dili-dodağı. Ə.Cəmil. Dil-dodağı qurumaq - 1) bərk susamaq; 2) təəccüb, heyrət... |
DİLDÖNMƏZ (ID - 9756)is. ədəb. Aşıq şeir formalarından biri (bu şeir formasında sözlər elə seçilir ki, dil səsləri, demək olar ki, iştirak etmir). Aşıq Ələsgərin dildönməzləri.
|
DİLEMMA (ID - 9757)[yun.] İki mümkün (adətən arzu olunmayan) şeydən birini seçmə zərurəti.
|
DİLETANT (ID - 9758)is. [fr.] Xüsusi hazırlığı, sistematik biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan adam; həvəskar.
|
DİLETANTLIQ (ID - 9759)is. Xüsusi hazırlığı, biliyi olmadan bu və ya digər elm, ya sənətlə məşğul olma; həvəskarlıq.
// Bir şeyə səthi münasibət. |
DİLƏFKAR (ID - 9760)sif. və is. [fars.] klas. Könlü yaralı; dərdli, fikirli.
|
DİLƏFRUZ (ID - 9761)sif. [fars.] klas. Ürəkaçan, sevindirən, sevimli.
|
DİLƏK (ID - 9762)is. İstək, arzu, xahiş, tələb, təmənna. Onların da var biz kimi ürəyi; Bir arzusu, bir eşqi, bir diləyi. A.Səhhət. [Südabə Səyavuş haqqında:] Bir diləyim varsa, onun vüsalı. H.Cavid. [Xədicənin] hansı xahişi və diləyi yerinə...
|
DİLƏKLİ (ID - 9763)sif. Diləyi olan, təmənnası olan; arzulu. Bir diləkli min ürəklə; Alqış deyir bütün dillər. S.Vurğun.
|
DİLƏKSİZ (ID - 9764)sif. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmadan.
|
DİLƏKSİZLİK (ID - 9765)is. Heç bir diləyi, təmənnası, arzusu, istəyi olmama.
|
DİLƏMƏ (ID - 9766)“Diləmək”dən f.is.
|
DİLƏMƏK (ID - 9767)f Arzu etmək, istəmək. Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər. M.Ə.Sabir. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli.
// Tələb etmək, xahiş etmək.... |
DİLƏNÇİ (ID - 9768)is. 1. Dilənmək yolu ilə dolanan adam; yolçu. [Şamama Cadu:] Doğrusu budur ki, mən dilənçi.. deyiləm. Ə.Haqverdiyev. Pirlər, ocaqlarda Münəvvər xanımın adı gələndə dilənçilər, əlillər qapıya hücum çəkirdilər. Mir Cəlal.
... |
DİLƏNÇİLƏŞDİRİLMƏ (ID - 9769)“Dilənçiləşdirilmək”dən f.is.
|
DİLƏNÇİLƏŞDİRİLMƏK (ID - 9770)məch. Dilənçi halına salınmaq.
|
DİLƏNÇİLƏŞDİRMƏ (ID - 9771)“Dilənçiləşdirmək”dən f.is.
|
DİLƏNÇİLƏŞDİRMƏK (ID - 9772)f. Dilənçi halına salmaq, bütün var-yoxundan məhrum etmək.
|
DİLƏNÇİLƏŞMƏ (ID - 9773)“Dilənçiləşmək”dən f.is.
|
DİLƏNÇİLƏŞMƏK (ID - 9774)f. Dilənçi halına düşmək, bütün var-yoxu əlindən çıxmaq.
|
DİLƏNÇİLİK (ID - 9775)is. Dilənçinin peşəsi; yolçuluq. Xeyr, bu dilənçilik sifətini mən sizdə ehtimal eləmirəm. C.Məmmədquluzadə. Özgə kölgəsinə niyə sığındın; Səni alçaltmırmı bu dilənçilik? B.Vahabzadə.
|
DİLƏNÇİPAYI (ID - 9776)is. Dilənçiyə verilən pul və s.; sədəqə.
|
DİLƏNDİRMƏ (ID - 9777)“Diləndirmək”dən f.is.
|
DİLƏNDİRMƏK (ID - 9778)icb. Dilənməyə məcbur etmək, dilənçi halına salmaq, dilənməsinə səbəb olmaq.
|
DİLƏNMƏ (ID - 9779)“Dilənmək”dən f.is.
|
DİLƏNMƏK (ID - 9780)f. 1. Dilənçilik etmək, yolçuluq etmək; sədəqə yolu ilə özgədən pul, çörək və s. istəmək. Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərsən bir evdə, pakizə düxtər. Q.Zakir. Dilənçi dedi: - Mən də elsiz-obasız bir qoca,...
|
DİLƏZBƏR(İ) (ID - 9781)is. Əzbər, yadda saxlama.
Diləzbər etmək (eyləmək) - yadda saxlamaq, heç vaxt yaddan çıxarmamaq. Söyləyim sözlərim, eylə diləzbər; Şirin nəsihətim qıl sinədəftər. “Koroğlu”. Diləzbər olmaq həmişə deyilmək, daim... |
DİLFİKAR (ID - 9782)[fars.] klas. bax diləfkar. Görəsənmi, yarəb, hansı dilfikar; Bu şəmirüxsarın pərvanəsidir? Ə.Nəbati. Heç yada salmazsan mən dilfikarı; Səni nə bimürvət yaradıb tarı? Aşıq Məhəmməd.
|
DİLFİRİB (ID - 9783) |
DİLGİR (ID - 9784)sif. [fars.] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt. Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. A.Səhhət. ..Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə...
|
DİLGİRLİK (ID - 9785)is. köhn. Ürəyisınıqlıq, narazılıq, inciklik, dilxorluq, pərtlik.
|
DİLGÜŞA (ID - 9786)sif. [fars.] klas. Ürəkaçan, könülaçan, fərəhverən, səfalı, şən. Niqabın üzdən aç, ey gül; Kim, olsun dilgüşa məclis. S.Ə.Şirvani. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza...
|
DİLXAH (ID - 9787)is. [fars.] köhn. 1. Arzu, istək, könlün istədiyi şey. [Güləndam:] İndi buna kələk qur, onun başın piylə, dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan. N.Vəzirov. [Nadir bəy:] ..Bir qızı sərvəti üçün deyil,...
|
DİLXƏSTƏ (ID - 9788)sif. [fars.] klas. Qəlbiqırıq, ürəyiincik, qəmli, kədərli. Ey səba, mən aşiqi-dilxəstədən ol yarə var; Bülbüli-zarın dilindən gülşənü gülzarə var. Xətayi.
|
DİLXOR (ID - 9789)sif. və zərf [fars.] Çox pərt, əhvalı pozulmuş, qəmgin, kədərli, məyus. Məmmədhəsən əmi katdanı yola salıb oğlunun dalınca dilxor qoydu getdi evinə. C.Məmmədquluzadə. General bu gün çox dilxor idi. S.Rəhman.
□ Dilxor etmək... |
DİLXORÇULUQ (ID - 9790)dan. b ax dilxorluq. [Qasım:] Hə, bir az dilxorçuluqdur. S.Rəhman.
|
DİLXORLUQ (ID - 9791)is. Pərtlik, inciklik, məyusluq, əhval pozğunluğu. Araya dilxorluq salmaq. - Pirinin dilxorluğu bir anda sovuşdu. İ.Əfəndiyev.
|
DİLXOŞ (ID - 9792)sif. [fars.] Ürəyi şad, fərəhli, razı, məmnun.
|
DİLXOŞLUQ (ID - 9793)is. 1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi. C.Məmmədquluzadə. Hünər gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi....
|
DİLXUN (ID - 9794)sif. [fars.] klas. Ürəyi qanlı, qəlbi yaralı, çox kədərli, çox dərdli.
□ Dilxun etmək (qılmaq) - ürəyini yaralamaq, çox kədərləndirmək, çox dərdləndirmək. Ey gözləri cəllad, qaməti mövzun; Bu qədər bəndəni eyləmə... |
DİLİACI (ID - 9795)b ax acıdil.
|
Bu səhifə dəfə baxılıb