İzahlı lüğət

DİLGİR

sif. [fars.] köhn. Ürəyisınıq, narazı, incik, dilxor, pərt. Mən bir belə mövsümdə bahar axşamı dilgir; Bir lövheyi-eşq eylər idim qəlbdə təsvir. A.Səhhət. ..Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm. C.Məmmədquluzadə.
Dilgir etmək - ürəyini sındırmaq, narazı etmək, incitmək, dilxor etmək, pərt etmək. Dilgir olmaq - ürəyi sınmaq, qəlbi qırılmaq, incimək, dilxor olmaq, pərt olmaq. Birdən Rüstəm bəy öz sözlərindən dilgir olaraq pozuldu, bikef bir halda masanın kənarına çəkildi. Çəmənzəminli. Qoca Süleyman müvəffəqiyyətsizliyindən tez dilgir olaraq əliboş geri qayıtdı. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed