DİLƏMƏKf Arzu etmək, istəmək. Zahid ölməkdən qabaq məqsudinə çatmaq dilər. M.Ə.Sabir. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikrindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Çəmənzəminli.
// Tələb etmək, xahiş etmək. Bir vermə, bir də dilər; Yatmağa yer də dilər. (Ata. sözü). Canı canan diləmiş, verməmək olmaz, ey dil! Füzuli. Paylaşın - Hamı bilsin
|