
DİLXOŞLUQis. 1. Şadlıq, fərəh, sevinc, məmnunluq. Atası da dilxoşluq ilə oğluna baxırdı və görürdüm ki, oğlunun biliyinə qəlbdən çox-çox fəxr edirdi. C.Məmmədquluzadə. Hünər gələndə özü ilə şənlik və dilxoşluq gətirərdi. Mir Cəlal.
2. dan. Zarafat, əylənmə, mazaqlaşma. Dilxoşluq etmək - zarafatlaşmaq, əylənmək, mazaqlaşmaq. Qulammirzə axşam teatrdan qayıdanda yataq otağında arvadı yatmış görür. Çarpayının kənarında əyləşir, dilxoşluq edir. Çəmənzəminli. Paylaşın - Hamı bilsin
|