DURULAŞMAQ (ID - 11046)f. 1. Duru olmaq, sıyıqlaşmaq, durulanmaq. Doşab durulaşdı. Mürəbbə durulaşdı.
2. Durulmaq, saflaşmaq, aydınlaşmaq. Dünya durulaşır ana səsindən; Eh, neçə illərdir onsuzam, gülüm. M.Araz. |
DURULDUCU (ID - 11047)sif. Durulaşdıran, saflaşdıran. Zəy suyu durulducu maddədir.
|
DURULDULMA (ID - 11048)“Duruldulmaq”dan f.is.
|
DURULDULMAQ (ID - 11049)məch. Duru hala salınmaq, duru edilmək.
|
DURULDULMUŞ (ID - 11050)f.sif. Durulaşdırılmış, duru hala salınmış.
|
DURULMA (ID - 11051)“Durulmaq”dan f.is.
|
DURULMAQ (ID - 11052)f. 1. Duru olmaq, duru hala gəlmək, saf və təmiz hala düşmək. Bulanıq suya zəy vurulanda durulur. - Araz buruldu, getdi; Suyu duruldu, getdi; Mən dedim, yar incidi; Demə yoruldu, getdi. (Bayatı). Boz səhralar çiçək açır, sular durulur;...
|
DURULTMA (ID - 11053)“Durultmaq”dan f.is.
|
DURULTMAQ (ID - 11054)f. Duru hala salmaq; saflaşdırmaq, şəffaflaşdırmaq. Çayın suyunu durultmaq. Kürün suyunu duruldub içirlər.
|
DURULUQ (ID - 11055)is. 1. Duru şeyin halı; saflıq, şəffaflıq. Suyun duruluğu.
Sıyıqlıq. Bəkməzin duruluğu. məc. Aydınlıq, açıqlıq. Lakin biz onun gözünə baxarkən aydınlıqdan və duruluqdan başqa bir şey görməzdik. M.İbrahimov. |
DURUM1 (ID - 11056)is. 1. Davam, dözüm, tab, səbat. Amma [Həmzə] zarıyırdısa da, deyəsən, yalvarmaq fikrində deyildi və onun belə durumu Veysi özündən çıxarırdı. Ə.Əbülhəsən.
// Güc, qüvvət. Heç olmasa, bir-iki tikə yeyərəm, evə çatana... |
DURUM2 (ID - 11057)is. Çox bərk narın torpaq, qum. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya salladılar. C.Cabbarlı.
|
DURUMLU (ID - 11058)sif. Durumu olan, davamı olan, tutarı olan. Durumlu xörək.
// Dözümlü. |
DURUMLULUQ (ID - 11059)is. Durumlu şeyin halı. Yeməyin durumluluğu.
|
DURUMSUZ (ID - 11060)sif. Durumu olmayan. Sanılı pul durumsuz (z.) olar. (Ata. sözü).
|
DURUMSUZLUQ (ID - 11061)is. Durumsuz şeyin hal və keyfiyyəti.
|
DURUŞ (ID - 11062)is. 1. Durma tərzi, durma vəziyyəti, özünü tutma tərzi. ..Başında göy araxçın, duruşunda əzəmət; Üzündə qəm izləri, gözlərində məhəbbət. B.Vahabzadə. Zürafə boynuna bənzərdi boynu; Məğrur, ədalı bir duruşu vardı.....
|
DURUŞMA (ID - 11063)“Duruşmaq”dan f.is.
|
DURUŞMAQ (ID - 11064)f Bir qaydada durmaq (çoxları haqqında).
|
DURUŞ-OTURUŞ (ID - 11065)is. Hal və hərəkət, hərəkət tərzi; əda. Lakin [Erkək Tükəzbanın] sifətinə bir az yaxından diqqət verəndə və duruşuna-oturuşuna baxanda adama bir növ yapışqanlıq gəlir. B.Talıblı. [Uçitel] gecə kurslarından və kəndə yayılan...
|
DUST1 (ID - 11066)[fars.] klas. b ax dost. Sənə nərgiz təki valeh olan mən; Ki, hüsnün surəti-rəhmandır, ey dust! Xətayi. Ol lalərüx olmaz bizə nə dust, nə düşmən; Əğyar ilə bihudə bu qovğadan usandıq. S.Ə.Şirvani.
|
DUST2 (ID - 11067)is. kim. Toz halında dezinfeksiya maddəsi.
|
DUSTAQ (ID - 11068)is. 1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus. Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Ə.Haqverdiyev. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün dəyeməkgətirirdi. M.S.Ordubadi....
|
DUSTAQBAN (ID - 11069)[dustaq və fars. ...ban] köhn. bax dustaqçı. Kürdlərdən biri dustaqbana yaxınlaşıb, qoca dustağı dalısına alıb aparmağı xahiş etdisə də, xahişi qəbul edilmədi. P.Makulu.
|
DUSTAQÇI (ID - 11070)is. Dustaqxana nəzarətçisi. [Elxan:] Artıq tələsin, dustaqçı indicə qayıdacaqdır. C.Cabbarlı.
|
DUSTAQÇILIQ (ID - 11071)is. dan. 1. Dustaqlıq, dustaqla olma, dustaqlıq dövrü.
2. Dustaqçının vəzifəsi, işi. |
DUSTAQXANA (ID - 11072)is. köhn. Həbsxana, həbs evi, qazamat. Dustaqxanaya salmaq. - Mənim adətimdir: bir dustaqxana adı gələndə, gərək iki ağaclığından qaçam, yox olam. C.Məmmədquluzadə. Şaban gedən günü Məşədi Məmmədəli, arvadı Gülsüm, neçə...
|
DUSTAQLIQ (ID - 11073)is. Həbsdə saxlanılan, yaxud həbs edilmiş adamın halı; məhbusluq. [Mürsəl:] - A, müəllim, üzüm də səndən qara, bizim uşaq dustaqlıqdan kağız yollayıb. Bir oxuyun görək nə yazıb? İ.Şıxlı.
|
DUSTANƏ (ID - 11074)zərf [fars.] klas. Dostcasına, dost kimi. Yad et məni, dustanə yad et. A.Səhhət.
|
DUŞ1 (ID - 11075)[fr.] 1. Su müalicəsi və ümumiyyətlə, çimmək üçün yuxarıdan su səpələyən cihaz, alət. [Tahir] sonra tamam çılpaqlaşıb, özünü soyuq duşun altına verdi. M.Hüseyn.
Su cərəyanı vasitəsilə bədənə təsir etməkdən ibarət... |
DUŞ2 (ID - 11076)is. qəd. Yuxu, röya. [Kərəm:] Bilməm xəyalmıdır, yoxsa duş kimi; Gəldi keçdi boran kimi, qış kimi. “Əsli və Kərəm”. Yatmışdım, aşkar gördüm duşumu; Əzəlindən mən bilirdim işimi. “Koroğlu”.
|
DUŞXANA (ID - 11077)is. [fr. douche və fars. ...xanə] Duş düzəldilmiş yer, duş qəbul edilən yer.
|
DUTSAQ (ID - 11078)“Dustaq” söz. qədim forması.
|
DUVAQ (ID - 11079)is. 1. etnoqr. Gəlin gedən qızın üzünü örtən tül örtü. Gül düxtərinin ərusi yetmiş; Gülgün duvağın başına örtmüş. Xətayi. Artıq Gülzarı başında ağ duvaq qapıdan çıxarırlardı. C.Cabbarlı.
// Ümumiyyətlə, keçmişdə... |
DUVAQQAPMA (ID - 11080)is. ədəb. Xalq dastanlarının axırında, adətən, gəlini tərifləyən və ona nəsihət verən aşıq şeri. Şadlıq məclisində ustad aşıq sazı döşünə basıb bu duvaqqapma ilə onların toyunu bağladı. “Lətif şah”. Ustad bir aşıq...
|
DUVAQLAMA (ID - 11081)“Duvaqlamaq”dan f.is.
|
DUVAQLAMAQ (ID - 11082)f Üzünə duvaq çəkmək.
|
DUVAQLANMA (ID - 11083)“Duvaqlanmaq”dan f.is.
|
DUVAQLANMAQ (ID - 11084)məch. Üzünə duvaq çəkilmək.
|
DUVAQLI (ID - 11085)sif. Üzündə duvaq olan, üzüduvaqlı. Bir yandasa ağ eyvanlı təzə binalar; Ağ duvaqlı gəlin kimi gendən gülürdü. Ə.Cəmil.
|
DUVAQLIQ (ID - 11086)sif. Duvağa yarayan. Duvaqlıq tül.
|
DUVAQSIZ (ID - 11087)sif. Duvağı olmayan.
// zərf Duvağı olmadan, duvaq örtmədən, üzüaçıq. Qızlar, qadınlar indi duvaqsız gəzirlər. |
DUYDURMA (ID - 11088)“Duydurmaq”dan f.is.
|
DUYDURMAQ (ID - 11089)icb. Hiss etdirmək, sezdirmək, sözsüz başa salmaq, bildirmək.
|
DUYĞU (ID - 11090)is. 1. Obyektiv aləmin hadisələrini qavrama, hiss etmə qabiliyyəti; hiss. Duyğu orqanları.
Öz hissləri, təəssüratı əsasında bir şeyi qavrama, dərk etmə, başa düşmə qabiliyyəti. İnsani duyğular. Hörmət duyğusu. Məsuliyyət... |
DUYĞULU (ID - 11091)sif. İncə duyğusu olan, tez və
yaxşı duyan, hiss edən. Duyğulu adam. |
DUYĞUSUZ (ID - 11092)sif. 1. Duyğusu olmayan, heç bir şeyi hiss etməyən, duymayan, yaxud duyğusu kütləşmiş.
// Üzgünlükdən, yorğunluqdan bayğınlıq dərəcəsinə gəlmiş. [Şeyx Hadi:] Suda bir xeyli qol-qanad çaldıq; Həp yorulduq da, duyğusuz (z.)... |
DUYĞUSUZLUQ (ID - 11093)is. Duyğunun olmadığı hal; hissizlik.
|
DUYLUQ (ID - 11094)özünü duyluga qoymaq dan.
özünü bilməməz kimi göstərmək, özünü bilməməzliyə qoymaq. Bu ittifaqda qız qəsdən özünü duyluğa qoyacaqdır ki, guya mən sizi heç elçi bilməyirəm, adi qonaq bilirəm. R.Əfəndiyev. |
DUYMA (ID - 11095)“Duymaq”dan f.is. Duyma qabiliyyəti.
|
Bu səhifə dəfə baxılıb