DUYĞUSUZsif. 1. Duyğusu olmayan, heç bir şeyi hiss etməyən, duymayan, yaxud duyğusu kütləşmiş.
// Üzgünlükdən, yorğunluqdan bayğınlıq dərəcəsinə gəlmiş. [Şeyx Hadi:] Suda bir xeyli qol-qanad çaldıq; Həp yorulduq da, duyğusuz (z.) qaldıq.. H.Cavid. 2. məc. Həyata, hadisələrə, varlığa laqeyd baxan, onları dərk etməyən, heç bir şeydən təsirlənməyən. Dastanlar yaradaq, dastanlar yazaq; Gələcək duyğusuz deməsin bizə. S.Vurğun. Paylaşın - Hamı bilsin
|