DUSTAQis. 1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus. Dustaqlar gözdən qeyb olanacan camaat dallarınca baxırdı. Ə.Haqverdiyev. Qadın yalnız dustaqlara deyil, bəzən üç nəfər qarovul üçün dəyeməkgətirirdi. M.S.Ordubadi. Məşədi Şərəf danışdıqca Qüdrətov yazır, hərdən dayanıb dustağın sifətinə baxırdı. Ə.Vəliyev.
// məc. Məhbus kimi oturub evdən bayıra çıxmayan, xarici aləm, cəmiyyət ilə əlaqəsi olmayan adam haqqında. [Nina Xumara:] Daima evdə, sanki bir dustaq; Nə olur bir çıxıb hava alsaq! H.Cavid. // klas. Əsir mənasında. Bülbüli-şeyda gülün, pərvanə şəmin dağıdır; Binəva könlüm, ki bir dilbilməzin dustağıdır. Qövsi. □ Dustaq etmək (eləmək) - həbs etmək, həbsə salmaq, azadlıqdan məhrum etmək; // məc. bir yerə salıb nəzarət altında saxlamaq, bayıra çıxmağa qoymamaq. Qaraca qız duydu ki, [mürəbbiyə] Ağca xanımı evə salıb dustaq etdi. S.S.Axundov. [Səfər:] İndi bir ay, üç həftə, iki gündür ki, [Səriyyəni] burada dustaq eləyiblər. C.Cabbarlı. Dustaq olmaq - məhbus olmaq, həbsə düşmək, həbsə salınmaq, dustaqlıqda olmaq. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa. C.Məmmədquluzadə. [Reyhan:] Həm insafdırmı, Elçinin anası, əlsizayaqsız bir qadın zindanlarda dustaq olsun?.. M.Hüseyn; // məc. dustaq kimi bir yerdə oturub bayıra çıxmamaq, yaxud bu və ya başqa səbəbə görə bayıra çıxa bilməmək. 2. Həbsxana, həbs, qazamat, həbs yeri, dustaqlıq. [Qubernator:] Dustaqdan bir şey çıxmaz, burada qan lazımdır. C.Cabbarlı. Dustaqdan qayıtdı, görmədi qızı; Qaldı ürəyində hər söz, hər arzu. Z.Xəlil. Paylaşın - Hamı bilsin
|